Bakı. Trend:
Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə təbrik məktubu ünvanlayıb.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə və dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm".