Aslan İsmayılov: Müxalifətin Oqtay Gülalıyevin müalicəsi barədə siyasi alver etməsi əxlaqsızlıqdır

Aslan İsmayılov: Müxalifətin Oqtay Gülalıyevin müalicəsi barədə siyasi alver etməsi əxlaqsızlıqdır

Bakı. Trend:

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov hüquqşünas Aslan İsmayılova zəng vurub. Trend-in məlumatına görə, bu barədə A. İsmayılov özü sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, buna səbəb hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı yazdığı statusdur:

"Az öncə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı statusumla əlaqədar mənə zəng edib qısa olaraq bu sahədə etdiklərini bildirdi. Eşitdiklərim barədə cəmiyyətə açıqlama verə bilərəmmi sualına isə "qərarı özünüz verin" deyib bu barədə Heydər Əliyev Fondunun öz açıqlamasının olacağını da söylədi. Açıqlamanın necə olacağını bilmirəm. Ancaq eşitdiklərimi və öz münasibətimi Sizə bildirmək istəyirəm.

Hadisə baş verəndən sonra A.Ələkbərova məlumat verilir. Bu barədə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya məruzə ediləndən sonra 2 saat ərzində A.Ələkbərovun öz iştirakı ilə Türkiyədə baş-beyin zədələnməsi sahəsində ən tanınmış həkimlərdən biri olan İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer Bakıya dəvət olunur və o, O.Gülalıyevi müayinə edib səhhətinin çox ağır olduğunu deyib onun Türkiyədə İstanbul Avrasiya xəstəxanasına aparılmasını məsləhət bilir. O.Gülalıyev İstanbula aparılıb xəstəxanaya yerləşdirilir və lazım olan bütün tədbirlər görülür. O.Gülalıyevin səhhətində əlavə problemlər yaranır. A.Ələkbərov şəxsən bir neçə dəfə O.Gülalıyevin həyat yoldaşı Firuzə xanımla danışır, lazım olan hər tədbirin görüləcəyini deyir və lazım olanlar da edilir. Heç bir ehtiyac olmasa da məhz doğmalarının istəyinə görə Oqtay bəy Amerikan Xəstəxanasına köçürülür. Fondun qəbul etdiyi qaydalara görə müalicənin hər 10 günü xəstəxanadan xəstənin durumu barədə arayışlar alınır və ehtiyac olduğu təqdirdə müalicə müddəti uzadılır. Bu qaydada O.Gülalıyevin müalicə müddəti iki dəfə uzadılıb və ödəmələrlə bağlı heç bir problem olmayıb. Əgər xəstənin səhhətinin bərpa ediləcəyi üçün başqa bir xəstəxanaya köçürülməsinə ehtiyac olardısa bu da edilərdi, ona görə ki, İstanbul Amerikan xəstəxanasında olan xərclər digər ölkələrin (İsrail, yaxud Avropa ölkələri) xərclərindən fərqlənmir.

İndi isə O.Gülalıyevlə bağlı ilk gündən baş verənlərlə bağlı öz gördüklərimi və bu barədə fikirlərimi Sizə çatdırıram. Həyatımda qəbul etdiyim bir qayda var. Düşməninlə belə ədalətli davranmalısan. Hadisə baş verəndən dərhal sonra müxalifət funksionerlərinin ard-arda baş vermiş hadisənin hakimiyyət tərəfindən bilərəkdən, O.Gülalıyevin hüquq müdafiə fəaliyyəti ilə bağlı olduğunu ifadə edən bəyanatları yayılmağa başladı. Özüm hadisənin baş vermə anına dəfələrlə baxdıqdan, bəzi şahidlərin, zavallı sürücünün fikirlərini öyrəndikdən sonra baş verənlərin sırf yol-qəza hadisəsi olduğuna əmin oldum. Bu barədə dərhal yazım da oldu. Həmin yazımda da məqsəd bu tip fikirlərin hakimiyyət təmsilçilərini zərərçəkənə kömək etməkdən uzaq durmamasına yönəlmişdi. Təsadüfən hadisə günü çoxdan tanıdığım, siyasətdən tam uzaq olan, məni müxalifətçi sayan, Oqtayın xəstəxanaya yerləşdirildiyi ilk andan onu müayinə edən bir həkimlə eyni məclisdə oldum. Hadisədən dərhal sonra xəstəxanada professor Adil Qeybullanın da olduğunu bildim. Həkimin ədalətli olduğu, həm də A.Qeybulla haqqında söylədiyi yüksək fikirlərdən bəlli oldu. Həkimin mənə dediklərindən utandım. Oqtayın ən ağır məqamında ora gələnlərin əksəriyyətinin məqsədi xəstəyə kömək etmək yox, hadisə yerindən bir şəkil çəkmək, reanimasiya otağında selfi etmək, bir də çığır-bağır salıb həkimləri təhqir etmək istəkləri olub. Həmin həkimin söhbət əsnasında mənə mənə dedikləri "vallah biz bilmirdik, xəstəyə kömək edək, yoxsa sənin dostlarının suallarına, iradlarına cavab verək?".

Bundan sonra O.Gülalıyevin müalicəsi barədə intriqalar, siyasi alver başladıldı. Guya O.Gülalıyevi hakimiyyətin öldürmək istəməsi, sui-qəsdin izini itirmək üçün yararsız bir xəstəxanaya yerləşdirməsi, ona heç bir köməklik edilməməsi, Heydər Əliyev Fondu tərəfindən xəstəxana pulunun ödənilməməsi, Mübariz Mənsimovun ancaq Heydər Əliyev Fonduna görə kömək etməkdən imtina etməsi və s. barədə yazılar sosial şəbəkəni bürüdü. M.Mənsimov məcbur olub deyilənləri təkzib etdi, xəstəyə lazım olan bütün işlərin görüldüyünü, onun köməyə ehtiyacının olmadığını, sağlıq durumunun çox ağır olduğunu, ümidin ancaq Allaha qaldığını bildirdi.

Əziz Səhifə İştirakçıları, indi hər biriniz özünüzü Heydər Əliyev Fondunun əməkdaşlarının yerinə qoyun. Bu qədər çirkabdan sonra, "özünüzə rəva bilmədiyinizi başqalarına rəva bilməyin" deyimimizi nəzərə alıb Siz özünüz hansı həvəslə O.Gülalıyevin müalicəsinə yanaşardınız?! Şantajla, böhtanla, qarayaxma ilə "kiminsə müalicəsini istəyirik" demək riyakarlıqdan başqa bir şey deyil! Bu gün Oqtay bəy komadadır və bu uzun müddət sürə bilər. Ona ediləcək hansısa müalicə isə ancaq komadan çıxdıqdan sonra ola bilər. Müxalifət düşərgəsində fəaliyyətini müsbət dəyərləndirdiyim çox az şəxslərdən biri kimi, əlbəttə Oqtay bəyin sağalmasını, bunun üçün lazım olan hər bir tədbirin görülməsini istəyirəm.

Sonda bir daha hamımıza ədalətli olmağı, görülən müsbət işə dəyər verməyi, şər-böhtandan, qarayaxmadan, siyasi al-verdən aralı durmağı arzulayıram. Belə bir durumda isə əksini etmək əxlaqsızlıqdır".

PSJ "Atalanta"nı məğlub edərək Çempionlar Liqasının yarımfinalına yüksəlib
PSJ "Atalanta"nı məğlub edərək Çempionlar Liqasının yarımfinalına yüksəlib
AFFA kəndlərdə idmanın inkişafına dəstək verir (FOTO)
AFFA kəndlərdə idmanın inkişafına dəstək verir (FOTO)
“Barselona”nın futbolçusu koronavirusa yoluxub
“Barselona”nın futbolçusu koronavirusa yoluxub
Loading Bars
Xəbər lenti
Publik hüquqi şəxs olacaq peşə təhsil mərkəzlərinin sayı artırılacaq
Tərtərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb (FOTO)
Ermənistan atəşkəsi 40 dəfə pozdu
Azərbaycanın Los Ancelesdəki baş konsulu Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüşüb (FOTO)
Avqustun 13-də xarici valyutaların manata qarşı məzənnələri
BNA: Sərnişin avtobusundakı yanğında xəsarət alan olmayıb (YENİLƏNİB)
Venesuelanın Rabitə və İnformasiya naziri koronavirusa yoluxub
PSJ "Atalanta"nı məğlub edərək Çempionlar Liqasının yarımfinalına yüksəlib
Azərbaycan səfirinin Kaliforniya qəzetində məqaləsi: “Nifrət zəminində cinayətlərə yer yoxdur”
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 20,8 milyonu ötüb
Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verəcək
Kanadada meşə yanğınları, 3,8 min insan təxliyə edildi
Moskvada koronavirusdan daha 11 nəfər ölüb
Tovuzda minaatan mərmisi tapılıb (FOTO)
Somalinin paytaxtında terror aktı törədilib
Bakıda köməkçi tikili yanıb
Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlib (FOTO)
İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 227 min nəfəri ötüb
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Azərbaycan xalqının faşizmlə mübarizədə qəhrəmanlığı və Ermənistanın faşist ideologiyası “Hədəf”də təhlil olunub (FOTO)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Qırğızıstanda zəlzələ baş verib
Beyləqanda ev yanıb
“Nağdsız ödənişlərə dəstək verin!” çağırışlı videoçarx hazırlanıb (VİDEO)
Misirdə ailələr arasında torpaq davası olub, azı 8 nəfər öldürülüb
Zərif: İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək
Çində bağlamalar üzərində koronavirus aşkarlanıb
Mingəçevir Dövlət Universiteti “Əsgərə Məktub!” layihəsinə qoşulub (VİDEO)
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb
DSMF-nin büdcəsinə edilən dəyişiklik təsdiqləndi
Hazırda paytaxtın bəzi küçə və prospektlərdə sıxlıq var (FOTO)
Norveç 5 ölkə üçün 10 günlük karantin rejimini tətbiq edir
Cəmil Həsənli xalqı aşağıladı - AXCP və "Milli Şura"nın qeybətxana şousu davam edir (VİDEO)
Dünya gəncləri “Daha yaxşı dünya üçün” devizi altında birləşdi (FOTO)
Ailəniz üçün əlavə kart alın, birlikdə daha çox millər qazanın!
Baş Prokurorluq Bərdədə ölümlə nəticələnən dava barədə məlumat yaydı
İranla sərhəddə 200 kiloqramdan artıq heroin aşkar edildi (FOTO/VİDEO)
İmişlidəki göllərdən Baş Muğan kanalına 3,5 milyon kubmetr su vurulub - suvarma problemi həll olunur (FOTO)
Suraxanıda su borusunun partlaması nəticəsində küçəni su basıb (VİDEO)
Dövlət büdcəsi haqqında qanuna dəyişiklik təsdiqləndi
Şura və Agentlik qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)
AFFA kəndlərdə idmanın inkişafına dəstək verir (FOTO)
AQTA 78 müəssisədə qayda pozuntusu aşkarladı
Bakıya gətirilən yeni "London taksi"ləri yanacaq əvəzinə elektriklə işləyir (FOTO)
Azərbaycanda insanlar seroloji testlərdən keçəcəklər
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir (FOTO)
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib
Avqustun 13-də dolların manata qarşı məzənnəsi
İsveçrədə koronavirusa yoluxma göstəriciləri kəskin artır
Vüqar Rəhimzadə: Ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib
Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən subbakalavrların qeydiyyatına başlanılıb
PAŞA Bank ailəsinə qoşulun!
Ağdaşda ictimai nəqliyyatda tibbi maska taxmayan sürücü və sərnişinlər cərimələnib (FOTO)
Hindistanda avtobus yandı - Ölənlər var
İcra hakimiyyəti Nərimanovda inşa edilən futbol meydançasının tikintisini dayandırıb (FOTO)
Karantin qaydalarını pozaraq Qubaya gələn 7 nəfər məsuliyyətə cəlb olundu
"Ziraat Bank Azərbaycan"ın ödənişləri artıq eManat terminallarında!
Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir
Kürdəmirdə "Mercedes" traktora çırpılıb, ölən var
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
Çindən gələn nümayəndə heyəti videokonfrans keçirdi (FOTO)
Şotlandiyada qatar relsdən çıxaraq yanıb (FOTO)
Xəzərin mühafizəsi ilə bağlı növbəti aksiya keçirildi (FOTO)
Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib (FOTO)
ÜST: Rusiyadakı peyvəndlə bağlı aparılan sınaqların təfərrüatı nəzərdən keçiriləcək
Təhsil Nazirliyi: Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib
Baş Prokurorluq on altı yaşına çatmayan şəxsə zor tətbiq edilməsi ilə bağlı məlumat yaydı
Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF
Prezident İlham Əliyev Bakıya gətirilmiş “LEVC TX” modelli yeni “London taksi”ləri ilə tanış olub (FOTO) (YENİLƏNİB)
I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
Paris marafonu koronavirusa görə ləğv olunub
Pandemiyadan zərər çəkmiş bu şəxslərə təkrarən yardımların verilməsinə başlanıldı
DANX: Sərnişindaşımanın bərpası yalnız Operativ Qərargahın qərarından sonra bəlli olacaq
Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı
Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir - Cəlil Xəlilov
Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Hikmət Hacıyev: Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir
İranda sutka ərzində koronavirusdan 188 nəfər ölüb
Mədəniyyət nazirinin yeni müşaviri təyin edilib
“Barselona”nın futbolçusu koronavirusa yoluxub
8027 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Sabah Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
Avstraliyada koronavirusdan gündəlik ölüm sayı rekord həddə çatıb
Avtobus sürücüsü ehtiyatsızlıqdan iş yoldaşını vurub öldürdü
"Gələcəyimiz gənclərdir" festivalı baş tutub (FOTO)
Salyanda narkotik bitki əkib-becərən şəxs saxlanılıb (FOTO/VİDEO)
Biləsuvarda sanitar-karantin qaydalarını pozan 35 nəfər cərimə edilib
DİM imtahan verəcək abituriyentlərə müraciət etdi
Rusiyada koronavirusa yoluxanların sayı 900 min nəfəri keçdi
“Twitter”də yeni funksiya işə düşüb
Ceyhun Bayramov: Biz münaqişənin siyasi yolla, danışıqlarla həll edilməsi tərəfdarıyıq
Bu il sosial ödənişlər 707 milyon manat artıb
Azərbaycan neftinin qiymətləri dəyişib
Ceyhun Bayramov: Türkiyə-Azərbaycan əməkdaşlığı regionun inkişafına da xidmət edir
Bütün xəbərlər