...

Afət Həsənova seçiciləri ilə görüşüb (FOTO)

Siyasət Materials 29 Yanvar 2020 17:17 (UTC +04:00)
Afət Həsənova Əmircan qəsəbəsində Zeynal Zeynalov küçəsində seçiciləri ilə görüşüb.
Afət Həsənova seçiciləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Bu gün 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının Milli Məclisə deputatlığa namizədi Afət Həsənova Əmircan qəsəbəsində Zeynal Zeynalov küçəsində seçiciləri ilə görüşüb.

Trend-in məlumatına görə, seçicilərini seçkilərdə fəal olmağa çağıran deputatlığa namizəd Afət Həsənova onlara öz gələcək talehlərinə biganə qalmamağı, seçkilərə qatılaraq məsuliyyət tələb edən bu statusa layiqli namizədi dəstəkləmələrini tövsiyə etdi.

Afət Həsənova deputatın xalqın içərisində olmasını, sakinlərin problemlərinin həllinə hər daim var gücüylə çalışmasını, seçicilərinin umidlərini doğrultmalı olduğunu vurğulayıb. Bu cür məsuliyyəti öz üzərinə götürən millət vəkilinin vətəndaşlarla ünsiyyətini sıxlaşdırmalı, onların rifahına çalışmalı olduğunu qeyd edib.

Seçicilər qarşısında çıxış edən 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının Milli Məclisə deputatlığa namizədi Afət Həsənova Suraxanı rayonunun inkişafı, seçicilərinin maraqları naminə səylə çalışacağını, ona göstəriləcək etimadı doğruladacağını söyləyib.

Qeyd edək ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində deputatlığa namizəd Afət Həsənova seçiciləri ilə mütəmadi olaraq görüşlər keçirir, həmçinin onları qərargahında qəbul edərək problemlərinin həllinə yardımçı olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti