...

MSK deputatlığa namizədə və səlahiyyətli nümayəndəsinə xəbərdarlıq etdi

Siyasət Materials 31 Yanvar 2020 17:11 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında parlament seçkilərində 9 saylı Binəqədi Seçki Dairəsindən namizədliyi qeydə alınan Ülvi Həsənova və onun səlahiyyətli nümayəndəsi Mehman Hüseynova rəsmi xəbərdarlıq edib.

Trend-in məlumatına görə, MSK-nın iclasında bildirilib ki, həmin dairədən namizədliyi Yeni Azərbaycan Partiyasından qeydə alınmış Kəmaləddin Qafarovun səlahiyyəti nümayəndəsi MSKya müraciət edərək bildirib ki, Kəmaləddin Qafarov seçicilərlə görüşən zaman Ülvi Həsənov və Mehman Hüseynov əvvəldəcən öyrədilmiş bir neçə nəfəri görüş yerinə gətirərək K.Qafarova qarşı kampaniya aparıblar.

MSK müraciəti araşdıraraq qeyd olunanların həqiqətə uyğun olduğu qənaətinə gəlib. Müzakirələrdən sonra MSK Ülvi Həsənov və Mehman Hüseynova xəbərdarlıq etmək barədə qərara gəlib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, M.Hüseynov eyni zamanda 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti