Deputatlığa namizəd Sevil Yusifova seçiciləri ilə görüşüb (FOTO)

Deputatlığa namizəd Sevil Yusifova seçiciləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd “Tərəqqi medal”lı tanınmış jurnalist, ictimai xadim Sevil Yusifova seçiciləri ilə görüşlərini davam etdirir.

Trend-in məlumatına görə, Sevil Yusifova M.Gəncəvi adına Mədəniyyət Mərkəzində seçicilərlə görüş keçirib. Namizəd özünün seçki platforması haqda danışıb, seçiciləri maraqlandıran məsələlər barədə müzakirə aparılıb.

Sevil Yusifova ötən gün gənclərə müraciət edərək onları təbrik edib, bildirib ki, bu gün Azərbaycan gənci yenilənən cəmiyyətimizin düşünən beyninə çevirilir: “Gənclərimiz öyrənir, öyrədir, tədqiq edir və ölkəmizi dünyanda layiqincə təmsil edir. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir və dinamik proseslərin aparıcı qüvvəsinə çevrilir. Ünlü təhsil ocaqlarında bilik sərmayəsi qazanır, müxtəlif yarış meydanlarında qalib olur və bayrağımızı zirvələrə qaldırır. Əziz gənclər, Sizlər çox hörmətli dövlət başçımızın güvəndiyi və haqqında inamla danışa biləcəyimiz Azərbaycan gəncliyisiniz. Əziz gənclər, sizə ən xoş əməllər naminə sözün həqiqi mənasında tükənməz gənclik enerjisi arzulayıram!”. Sevil xanım müraciətində bütün gəncləri xalqımızın gələcəyində mühüm rol oynacaq növbədənkənar parlament seçkilərində aktiv iştirak etməyə çağırıb.

Sevil Yusifova təbliğat-təşviqat kampaniyası çərçivəsində namizəd olduğu dairədə xanımlarla da görüşüb. Səmimi atmosferdə baş tutan görüşdə çıxış edən xanımlar bildiriblər ki, fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə layiqli qadın namizədlər var və onlardan biri də 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsindən parlamentə ən layiqli namizəd olan Sevil Yusifovadır. Seçicilər vurğulayıblar ki, deputatlığa namizəd Sevil Yusifova özünün yüksək intellekti, bacarığı, səmimiliyi, təvazökarlığı və digər namizədlərdən fərqli platforması ilə seçilir.

Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Sevil Yusifova deyib ki, əsl millət vəkili xalqla hökumət, xalqla dövlət arasında körpü olmalı, seçiciləri maraqlandıran məsələləri öyrənməli, parlamentdə səsləndirməli, qanunların qəbulunda səmərəli təşəbbüslə çıxış etməli və bu prosesdə fəal şəkildə iştirak etməlidir. Sevil Yusifova seçicilərinə öz dərin minnətdarlığını ifadə etməklə yanaşı, onların hər birinə səsvermə günü seçki məntəqələrinə gedərək layiq bildikləri namizədə səs verməyə çağırıb.

Sevil Yusifova, həmçinin şəhid ailələri və Qarabağ əlillərinin ailələri də görüş
keçirib.

Qeyd edək ki, Sevil Yusifova 38 saylı Nizami ikinci(Gəncə) Seçki Dairəsindən deputatlığa ən şanslı namizədlərdən biri hesab olunur. Onun əsas seçici elektoratı Şəhid ailələri, Qarabağ qaziləri, əlillər, işsizləri, aztəminatlı ailələr, zəhmətkeşlər, xanımlar, elm adamları, gənclər, jurnalistlər, ictimai fəallar və ziyalılardır.

Sevil Yusifova 1995-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib və həmin il AMEA-nın Nizami adına Ədəbiyyat institutunun aspiranturasına qəbul olub. 1999-cu ildə aspiranturanı bitirib. “Abbas Tufarqanlının mühiti və yaradıcılığı” adlı monoqrafiyanın müəllifidir. O, 1994-cü ildə “525-ci qəzet”də müxbir kimi işə başlayıb, ondan sora müxtəlif media orqanlarında (“Ekskuliziv” informasiya agentliyində, “Panorama”, “Gündəlik Azərbaycan” qəzetlərində) parlament müxbiri, redaktor və xüsusi layihələr üzrə redaktor və s. vəzifələrində çalışıb.

AzTV, GünazTV, ELTV ilə əməkdaşlıq edib, “İşgüzar qadın”, “Gender” televiziya verlişlərinin müəllifi və aparıcısı olub. 2003-cü ildən 2005-ci ilə kimi “Ruh” AJMK-da monitorinq qrupun rəhbəri olub. 2006-ci ildə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti seçilib. Bu günə kimi bu vəzifəni icra edir. O 19 dekabr 2012-ci ildə Milli QHT Forumun Qurultayında MQF-nin İdarə Heyətinə üzv seçilib. 2017-ci ildə isə MQF-nin vitse-prezidenti təyin edilib. Sevil Yusifova İTV-nin Yayım Şurasının üzvüdür.

O, 22 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Bundan əlavə Azərbaycan Jurnalistlər Birliyinin “Zərdabi” və digər qurumların “Yaxşıların ən yaxşısı”, “Media ulduzu” və s. mükafatları ilə təltif edilib. S. Yusifova “Gürcüstan-Azərbaycan” dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə və Azərbaycan həqiqətlərinin gürcü mətbuatında uğurla işıqlandırılmasına və Azərbaycanda maarifçilik işinin fəal şəkildə həyata keçirməsinə görə bir qrup nüfuzlu təşkilatlar tərəfindən təltif edilib.

“Zərif imzalar”, “Elegant Signatures”, “Mübariz yol” kitablarının tərtibçisi-müəllifidir. “Media və Hüquq” kitabının redaktorudu.

S.Yusifova Gürcüstanda gürcü dilində “Xocalı soyqırımı. Faktların dili ilə” kitabını dərc etdirib. Narkomaniya əleyhinə sosial reklam hazırlayıb, həmin sosial-reklamlar İTV, Xəzər TV, ElTV-də yayımlanıb.

Dəfələrlə xarici ölkələrdə “Qafqaz evi və ermənilər”, “Ukraynanın gündəminə Azərbaycan həqiqətlərini gətirək”, “Ermənistanın işğalçılıq siyasəti”, “Erməni yalanları”, “Gürcüstan mətbuatında Qarabağ həqiqətləri”, “İrəvansız-100 il”, “Uşaqlığı oğurlanmışlar. Qarabağ müharibəsinin şahidləri” və s. beynəlxalq konfransları gerçəkləşdirib. S.Yusifova Xocalı soyqırımının ildönümdə İstanbulda, Ankarada “Xocalı harayı” adlı tədbir keçirib, soyqırımın qəbul edilməsi çağırışı ilə TBMM-nin sədrinə, millət vəkillərinə müarciət edib.

S.Yusifova iki yüzdən çox təhsilə dair, sosial yönümlü və mədəni layihələri gerçəkləşdirib: “Gənclər hər cür zorakılığa qarşı”, “Qadın sağlamlığı. Reabilitasiya”,“Qızların təhsildən tez ayrılmasının səbəbləri”4 nömrəli Respublika Xüsusi İnternat məktəbində Respublika Gününə həsr olunmuş “Elm öyrənərək”, “Tariximizi öyrənək”, “Hepatitlə mübarizə aksiyası!”, “Genofondumuzu qoruyaq!”, “Uşaq mətbuatı bu gün: problemlər, perespektivlər”,”Milli uşaq telekanalının yaradılması yolları”, “Türk Dünyasının Mədəni İnteqrasiyası: Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi dili”, “Şərqdə ilk demokratik Respublika. Azərbaycan qadını” və s.

Tarixdə ilk dəfə “I Respublika Jurnalist Qadınların Forumu”nu reallaşdırıb. O, Forumun ideya müəllifi və təşkilat komitəsinin sədri olub. Bişkekdə keçirilən Türkdilli Ölkələrin və Toplumların III Media Forumunda Azərbaycanı təmsil edib və məruzəçi olub.

Azərbaycanda ilk dəfə jurnalistlər və aztəminatlı ailələr üçün “Ankara Medikal” klinikasında pulsuz “chek up” müayinələr təşkil edib. S.Yusifovanın şəxsi dəvəti və təşkilatçılığı ilə Türkiyədən bir qrup həkimlər Dr.Mətin Yurdakoş və Dr.Serbülənt Orhanerin vətəndaşlarımızı pulsuz müayinə və müalicə ediblər.

Eyni zamanda Sevil xanım ölkədə ilk dəfə Türkiyənin məşhur “Viral hepatit” mərkəzinin səyyar laborotoriyasını Azərbaycana gətirdib. Bakıda, Lənkəranda, Gəncədə, Ağstafada və s. şəhərlərimizdə aztəminatlı ailələrin üzvləri, o cümlədən tələbələr, jurnalistlər pulsuz müayinə olunublar. Hepatit xəstələri isə türk professor tərəfindən pulsuz müalicə ediliblər.

S.Yusifova Avropa Şurası Bakı Ofisinin 2018-2019-cu illər ərzində reallaşdırdığı “Azərbaycanda gender bərabərliyi və media azadlığı layihəsində təlimçi olub.

Sevil xanım müqəddəs Həcc, Ümrə, Məşhəd ziyarətlərində olub.

"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Loading Bars
Xəbər lenti
Türkiyə və İran prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib
Böyük Britaniya COVID-keçid sistemini tətbiq edəcək
UEFA Çempionlar Liqası: "Atalanta"-"Vilyarreal" oyunu təxirə salınıb
Gürcüstan Azərbaycana ən çox ixrac olunan malları açıqlayıb
Polad Bülbüloğlu və Fransanın Rusiyadakı səfiri Soçi görüşünün nəticələrini müzakirə ediblər
SOCAR Gürcüstanda gələn il 3000-dən çox günəş paneli quraşdırmağı planlaşdırır
Avropada qazın qiyməti min kubmetr üçün 1200 dolları ötüb
ABŞ investorların işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirə aparılıb
Azərbaycan və İran arasında ticarət dövriyyəsinin artırılması istiqamətində addımlar atılacaq - Səfir
Misirdə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub (FOTO)
Türkiyə qoyun və keçilərin sayına görə Avropada birinci yerə yüksəlib
bp yeni təşkilati struktur sayəsində Azərbaycanda məhsuldarlığı artırıb
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 200 dollar həddini keçib
Dekabrın 9-na USD/AZN rəsmi məzənnəsi
Büdcə qaydasının yeni təkmilləşdirilmiş variantı təklif olunur - Nazir
Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub
Azərbaycanın Büdcə Məcəlləsi hazırlanır
Peşəkar Mühasib Sertifikatı üçün keçirilən imtahanın nəticələri elan olunub
Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib (FOTO/VİDEO)
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb (VİDEO)
Polisin evindən "Qəhrəman ana" medalını oğurlayanlar məhkəmə qarşısına çıxarıldı
Bakıda yeni vəkil bürosu açılıb (FOTO)
Mikayıl Cabbarov Azəbaycan Güləş Federasiyasının prezidenti seçilib
Tədavülə yeni 20 qəpik buraxılıb
Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib (FOTO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
“Azərbaycan Hava Yolları” BƏƏ turizm agentləri üçün təqdimat keçirib (FOTO)
20 manatlıq pul əsginası yenilənib (FOTO)
Hindistanın baş qərargah rəisi həyat yoldaşı ilə birgə helikopter qəzasında həlak olub
Vətəndaşlardan 10 ədəd ov tüfəngi götürülüb
MDU-da beynəlxalq elmi konfrans keçiriləcək
Baş Prokurorluğun əməkdaşı Bolqarıstanda səfərdə olub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfində bir sıra əməliyyatlar üçün limit nəzərdə tutulub
İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 sayda tibbi xidmət daxildir - Agentlik
Bu gün dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir - Əhliman Əmiraslanov
Elektron Ədliyyə Köşkü pandemiya dövrünə qədər çox geniş istifadə edilirdi - İdarə rəisi
İl ərzində doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub - MN
Yelo Bank-la pulunuz daha çox artsın
Azərbaycanda doğumu qeydə alınmamış uşaqlara daha çox rast gəlinən rayonlar AÇIQLANDI
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Azərbaycanda neçə şəkərli diabet xəstəsi var?
Qardaşını öldürməkdə təqsirləndirilən şəxsə bəraət verildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 210 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)
İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır - ANAMA rəhbəri
Təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir - İdarə rəisi
Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov
Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı (VİDEO)
40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib
"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi
Azərbaycanın enerji sahəsindəki fəaliyyətləri alqışalayiqdir - İranlı nazir
Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA
General-polkovnik Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb (FOTO/VİDEO)
Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik - Ərdoğan
Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb (FOTO/VİDEO)
Mərkəzi Bank açıq bankçılıq texnologiyalarının dəstəklənməsi üzrə müvafiq standartların hazırlanmasını növbəti ilə planlaşdırır
Bu ərazilərdə dekabrın pensiyaları ödənildi
İranda daha 90 nəfər koronavirusdan ölüb
Mərkəzi Bankı rəqəmsal ödəniş strategiyasının əsas istiqamətlərini açıqladı
Əsas hədəfimiz "Google" istifadəçilərinin ödəniş imkanlarını asanlaşdırmaqdır - Can Avunduk
Marketlərdə də “BakıKartın” balansını artırmaq mümkün olacaq
Şəmkirdə saxta əlilik arayışları verənlərlə bağlı cinayət işi məhkəməyə göndərilib
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb
Nağdsız ödənişlər pandemiya dövründə 40 faiz artıb - "Azericard"
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir sıra görüşlər keçirib (FOTO)
Azərbaycan və İran Astaraçay üzərində körpü və piyada keçidinin tikintisi ilə bağlı müzakirə aparıblar
Bu günə qədər 150-dən artıq qazi Türkiyəyə müalicəyə göndərilib
"YAŞAT" Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətirib
Rayonlarda avtobuslar kartla ödənişə keçə bilər
Almaniyanın yeni kansleri seçilib
PAŞA Bank Ani Ödənişlər Sisteminə qoşulub
1300-dək şəhid ailə üzvü və qazi "Məşğulluq marafonu" çərçivəsində işlə təmin edilib
Zaur Əliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən tibbi xidmətlərin statistikasını açıqlayıb
Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib
Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var - Elvin Hüseynov
"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələr reallaşdırır
Azərbaycan Karyera İnkişaf Forumu başlayıb (FOTO)
Azad edilmiş ərazilərdə "Şuşa", "Yaşma", "Zəfər" buğda sortlarının əkini aparılıb - Trend TV-nin Tərtərdən reportajı
Bacarıqlı işçi qüvvəsinin yetişdirilməsi üçün yeni proqramlar hazırlanır - Nazir
Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
Sabahın hava proqnozu açıqlanıb
Fuad Muradov "YAŞAT" marafonundan danışıb
Bu rayonlara qar yağacaq - Xəbərdarlıq
Azad olunmuş ərazilərdə bərpa işləri görüldükcə məşğulluq təmin olunacaq - Sahil Babayev
2026-cı ilədək ÜDM-də özəl sektorun payının 88 faizə çatdırılması nəzərdə tutulub - Elnur Əliyev
Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə təqdiqatlar aparılır
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılacaq
Bu il 20 min şəhid ailəsinə ödəniş təyin edilib
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Hindistanda baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb - Ölənlər var
Azərbaycan vətəndaşları üçün hansı turizm istiqamətləri açıqdır? - FOTO
"YAŞAT" Fondu əlilliyin təyinatı gözlənilmədən qazilərə yardım göstərir - Ülvi Mehdiyev (FOTO)
Bütün xəbərlər