...

Xankəndi seçki dairəsi üzrə təşviqat prosesi aktiv şəkildə davam edir

Siyasət Materials 3 Fevral 2020 17:38 (UTC +04:00)
Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində 122 saylı Xankəndi seçki dairəsi üzrə seçkilərdə təşviqat prosesi aktiv şəkildə davam edir.
Xankəndi seçki dairəsi üzrə təşviqat prosesi aktiv şəkildə davam edir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində 122 saylı Xankəndi seçki dairəsi üzrə seçkilərdə təşviqat prosesi aktiv şəkildə davam edir.

Trend-in məlumatına görə, hazırda həmin dairə üzrə 9 namizəd – Tural Gəncəliyev ("Azərbaycan Respublikası Dağliq Qarabağ Bölgəsinin Azərbaycanli İcması" İctimai Birliyi İdarə Heyətinin Sədri), Şamxal Adıgözəlov ("Xəzər TV" MMC. Qarabağ bölgəsinin müxbiri), Aydın Əliyev (işləmir), Elman Həsənəli (işləmir), Elbrus Həşimov (Azərbaycan Dövlət Dənizçilik Akademiyasi), Jalə Məmmədova ("Caspian Event Organisers" MMC-nin əməkdaşı), Şəfəq Quliyeva (Vətəndaş Həmrəyliyi Partiyasinin Ümumi şöbəsinin müdiri), Səbuhi Səmədov (Azərbaycan Respublikasi Milli Məclisində deputat köməkçisi), Elxan Xanəlizadə ("Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin əməkdaşı) mübarizə aparır.

122 saylı Xankəndi seçki dairəsində seçicilər də parlament seçkilərinə böyük maraq göstərir və namizədlərin seçicilərlə görüşlərində aktiv iştirak edirlər. Namizədlərdən birinin Trend-ə verdiyi məlumatda da bildirilir ki, təşviqat kampaniyası uğurla keçir. Qeyd olunub ki, Xankəndi seçki dairəsi üzrə 13 seçki məntəqəsi mövcuddur. Xankəndi erməni işğalı altında olduğuna görə, seçki məntəqələri Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakının müxtəlif rayonlarında yerləşir. Ümumilikdə isə Xankəndi seçiciləri Azərbaycanın 38 rayonunda məskunlaşıblar.

Müxtəlif rayonlarda məskunlaşmalarına baxmayaraq seçicilər seçkiqabağı təşviqat prosesində yaxından iştirak edirlər. Namizədlərin seçicilərlə görüşləri aktiv şəkildə davam edir. Görüşlər keçirtmək üçün namizədlərə hər cür şərait yaradılıb, heç bir əngəl yoxdur, insanlar seçkilərə müsbət yanaşır. Namizədlər arasında aktiv rəqabət mövcuddur və hər bir namizəd qalib gəlmə üçün seçicilərin dəstəyini qazanmağa maksimum səy göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti