...

Sevinc Hüseynova seçicilərilə növbəti görüşlərini keçirib (FOTO)

Siyasət Materials 4 Fevral 2020 14:49 (UTC +04:00)
103 saylı Gədəbəy seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Sevinc Hüseynova növbəti görüşlərini Gədəbəy rayonunun Miskinli, Plankənd, Çaldaş və Çalburun kəndlərinin seçicilərilə keçirib.
Sevinc Hüseynova seçicilərilə növbəti görüşlərini keçirib (FOTO)

Bakı. Trend:

Təbliğat-təşviqat kampaniyası çərçivəsində 103 saylı Gədəbəy seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Sevinc Hüseynova növbəti görüşlərini Gədəbəy rayonunun Miskinli, Plankənd, Çaldaş və Çalburun kəndlərinin seçicilərilə keçirib.

Trend-in məlumatına görə, görüşlərdə çıxış edən deputatlığa namizəd Sevinc Hüseynova növbəti dönəm üçün Milli Məclisə seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb, ötən illərdə olduğu kimi Gədəbəy əhalisinin problemlərinin həllinə çalışacağını, parlamentin işində fəal iştirak edəcəyini deyib.

Görüşdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Sevinc Hüseynovanın ötən müddət ərzində seçicilərini parlamentdə layiqincə təmsil etdiyini, ona göstərilən etimadı doğrultduğunu deyib.

R.Nağıyev seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti