Prezident İlham Əliyev: Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz

Prezident İlham Əliyev: Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz

Bakı. Trend:

Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deib.

Dövlət başçısı bildirib:

"Xoş gəlmisiniz, hörmətli Mövlud bəy. Sizi yenidən görməyimə çox şadam. Sabah Bakıda Xarici İşlər nazirləri səviyyəsində çox önəmli toplantı keçiriləcəkdir. Bu, Zirvə Görüşündən sonra Xarici İşlər nazirlərinin Bakıda keçirilən birinci toplantısıdır. Bildiyiniz kimi, keçən ildən başlayaraq Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb. Biz çalışacağıq ki, bir il ərzində bu təşkilatın sədri kimi bütün üzv ölkələrin dəstəyi ilə fəal iş görək və bu ölkələr arasındakı əməkdaşlığı, dostluğu, qardaşlığı daha da möhkəmləndirək. Eyni zamanda, sizin səfəriniz yaxşı fürsətdir ki, biz ikitərəfli məsələləri bir daha müzakirə edək. Biz sizinlə bu yaxınlarda Davosda da görüşdük. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Yaxın gələcəkdə Bakıda Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcəkdir və hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan bizim qonağımız olacaqdır.

Əminəm ki, bu il də Türkiyə-Azərbaycan əlaqələri uğurla inkişaf edəcək. Keçən il çox böyük uğurlarımız olubdur və birlikdə TANAP-ın Avropa sərhədinə çatdırılmasını qeyd etdik. Bundan başqa, bir çox önəmli layihələr uğurla icra edilir. O ki qaldı Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə, indi bu fəaliyyət daha da genişmiqyaslıdır və artıq bir çox mənbələrdən bu yol vasitəsilə yüklər Avropa istiqamətinə və Asiya istiqamətinə göndərilir. Əminəm ki, bu yolun önəmi getdikcə atacaq və bu, bizim birgə uğurlu layihəmizdir.

Fürsətdən istifadə edərək bu yaxınlarda Çindən Azərbaycan vətəndaşlarını təxliyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu, Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. Siz Azərbaycan vətəndaşlarına öz vətəndaşlarınız kimi münasibət göstərdiniz və göndərilən təyyarəyə onları mindirib sağ-salamat Türkiyəyə - onların doğma vətəninə gətirdiniz. Əlbəttə ki, Azərbaycanda bu addım, bu hərəkət çox yüksək qiymətləndirilir.

Eyni zamanda, keçən ay Strasburqda Avropa Şurası Parlament Assambleyasının toplantısında Türkiyə nümayəndələri tam heyətlə Azərbaycanın haqq işinə öz dəstəyini göstərmişlər, bir daha həmrəylik göstərmişlər. Bir daha göstərmişlər ki, onlar həqiqətin, ədalətin yanındadırlar. Azərbaycan nümayəndə heyəti də öz növbəsində, hər zaman Türkiyəni dəstəkləyir. Biz sizinlə Avropa Şurasının Parlament Assambleyasında fəaliyyət göstərən insanlar kimi bu təşkilatı yaxşı tanıyırıq. Əfsuslar olsun ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəni isə daha uzun müddət ərzində. Xatırlayıram, ilk dəfə mən Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimə başlayanda mənim ilk addımım Azərbaycan heyətini Türkiyə heyəti ilə görüşdürmək idi. Biz elə birinci gün görüşüb razılaşdıq, anlaşdıq ki, bütün məsələlərdə bir-birimizə daim dəstək olacağıq. Əfsuslar olsun ki, hesab edirəm o illərdən bəri Avropa Şurasında deqradasiya prosesi gedir. Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir.

Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır. Mən Ermənistanı misal gətirə bilərəm. Ermənistanın keçmiş Prezidenti bir ildən çoxdur ki, həbs olunub, o prezident fəal siyasətlə məşğul olmaq haqqında öz sözünü deyəndən sonra həbs olunub və bir ildən çoxdur ki, həbsxanada saxlanılır. İki il bundan əvvəl Ermənistana rəhbərlik edən prezident də indi istintaq altındadır. Onun haqqında cinayət işi açılıbdır və mətbuatda yayılan məlumata görə onun işi məhkəməyə verilibdir. Bunun da başlıca səbəbi keçmiş prezidentlərin indiki iqtidarın fəaliyyətini tənqid etmələridir. Ermənistanda jurnalistlər həbs olunur. Mənə verilən məlumata görə, bu yaxınlarda bir media orqanının rəhbəri həbs olunub. Bir neçə ay bundan əvvəl bir jurnalist həbsxanada aclıq aksiyasına başlayaraq aclıqdan vəfat edib. Ancaq bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Nə üçün? Nə üçün Ermənistana qarşı bir münasibət var, Azərbaycana, Türkiyəyə qarşı başqa münasibət? Biz bu sualın cavabını yaxşı bilirik və bir daha qeyd etmək istəyirəm, yaxşı olardı ki, Avropa Şurası bu məsələlərlə məşğul olsun. Avropa Şurası Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, insanların polis tərəfindən öldürülməsinə diqqət yetirsin, o ölkələri qınasın, o ölkələrin hüquq mühafizə orqanlarına irad tutsun. Biz bunu eşitmirik, biz televiziyada görürük. Demək olar ki, müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların gözləri çıxarılır, insanların üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Sanki bu, demokratiya imiş. İndi biz bunu deyəndə, - mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, - onlar cavab vermirlər, susurlar. Amma otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər. Biz buna əlbəttə ki, dözə bilmərik. Biz Türkiyə ilə birlikdə mübarizə aparırıq, necə ki, biz sizinlə birlikdə mübarizə aparmışıq.

Siz Avropa Şurasında böyük vəzifəyə seçilmişdiniz, Avropa Şurası Parlament Assambleyasının prezidenti olmusunuz. Sizin dövrünüzdə bu təşkilatda ədalətli mövqe sərgilənirdi. Siz imkan vermirdiniz ki, bu təşkilat kiminsə əlində alətə çevrilsin. Siz çox dəyərli və müstəqil insan kimi bütün təzyiqlərə davam gətirirdiniz və müstəqil siyasət aparırdınız. Ona görə o dövrdə Avropa Şurası elə bil ki, öz əsl simasını bərpa edirdi. Ancaq bu gün bu təşkilat əfsuslar olsun, bir daha demək istəyirəm ki, heç bir nüfuza malik deyil, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə əhəmiyyətsizdir. Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik.

Bizim işimiz isə haqq işidir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzidir və biz huna çox sevinirik. Türkiyənin bütün uğurları bizim üçün də çox əhəmiyyətlidir, bizə ruh verir. Biz birlikdə böyük işlər görmüşük və həmişə haqqın, ədalətin yanında olmuşuq. Əminəm ki, bundan sonra da belə olacaq. Heç bir kənar qüvvə nə Türkiyəyə, nə Azərbaycana təsir edə bilməz. Biz iki qardaş ölkə kimi bundan sonra da dostluq, qardaşlıq, müstəqillik yolu ilə gedəcəyik. Bir daha xoş gəlmisiniz".

Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Gəncədə yaşayan rəssamların virtual sərgisi keçirilib (FOTO)
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Rusiya Prezidenti tanınmış xoreoqraf soydaşımızı təltif edib
Loading Bars
Xəbər lenti
Ramana qəsəbəsində mərkəzi küçə əsaslı şəkildə təmir olunur (FOTO)
Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir
Prezident İlham Əliyev: Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi
Dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar artıb
Qubadlıda Həkəri və Bərgüşad çaylarına qızıl xallı farel balıqları buraxılıb
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına gəlib (FOTO)
Prezident İlham Əliyev Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb
Bu il 35 minədək şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub
Azərbaycan Prezidenti: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azad olunan ərazilərə icazəsiz keçmək istəyənlərin qarşısı alınır (FOTO)
Qarabağda "İsgəndər-M" qalıqlarının tapılması Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə olunur - Peskov
Bitkoindən daha bir tarixi rekord
Tərtərdə yol polisi reyd keçirib
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləyirik
Kafedə toy edənlər məsuliyyətə cəlb edilib
Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib (FOTO)
Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
İranda ötən sutka 291 nəfər koronavirusdan ölüb
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi olub
Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil - Baş infeksionist
Prezident İlham Əliyev: İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar
Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir
Xüsusi qorunma statusu olan 35 Şərq çinarını ermənilər məhv edib - Nazirlik rəsmisi
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək
Sabah yağış yağacaq, külək arabir güclənəcək
Hacıqabulda toy məclisi aşkarlanıb, 6 nəfər cərimələnib
Prezident İlham Əliyev: Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq
Prezident İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq
Prezident İlham Əliyev: Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik
"MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub
Bakıda hava proqnozları 94 faiz özünü doğruldur - Umayra Tağıyeva
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Azərbaycan Prezidenti: Bərpa prosesinin ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik
Prezident İlham Əliyev: Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq
Zəngilan rayonunun Sarıqışlaq kəndi (VİDEO)
Prezident İlham Əliyev: İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır
Dövlət qurumlarında satınalmalar düzgün rəsmiləşdirilmir - Palata sədri
Azərbaycan Prezidenti: Ermənistan əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq
Bakı Ali Neft Məktəbində Beynəlxalq Elmi Konfransların açılış mərasimi keçirilib (FOTO)
Prezident İlham Əliyev: Qarabağda əsas infrastruktur layihələrini 3 il ərzində başa çatdırmağı planlaşdırırıq
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində ekoloji terror törədiblər - Firdovsi Əliyev
Prezident İlham Əliyev: Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik
Sabunçuda aptek və evlərdən oğurluq edənlər saxlanılıb (FOTO/VİDEO)
Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb
Həyat yoldaşını qətlə yetirən ruhi xəstə ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir
Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edib
Prezident İlham Əliyev: Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı
Ceyranbatan su kanalında batmış 18 yaşlı qızın meyiti tapılıb
ƏƏSMN-in elektron portalında qeydiyyatdan keçmiş aktiv istifadəçilərin sayı 879 minə çatıb
Saatlıda yas mərasimi aşkar edilib
Prezident İlham Əliyev: Ermənilər nəhəng istehkam tikməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyib
Azərbaycan nefti bahalaşır
Milli Məclisin növbəti plenar iclası başlayıb
Prezident İlham Əliyev: Azərbaycan hər zaman münaqişənin tez tənzimlənməsində maraqlı olub
İşğaldan azad edilmiş ərazilərimizin kütləvi minalanmasına dair ABŞ-da televiziya verilişi yayımlanıb
Həftəlik hava proqnozu açıqlanıb
Bərdədə ad günü keçirənlər saxlanılıb
Kafedə bir nəfəri bıçaqla qətlə yetirən, bir neçə nəfəri yaralayan şəxsin cinayət işi məhkəməyə göndərilib
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib (VİDEO)
Prezident İlham Əliyev: Dağıntılar Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan mədəniyyətinin irsini silmək üçün törədilib
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilərdəki dağıntılar ən pis gözləntiləri də aşır
Bərdədə yas mərasimləri aşkar edilib
Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
Salyanda yol polisi reyd keçirib (FOTO)
Prezident İlham Əliyev: Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq
Nöqsanlar aşkarlanan bu restoran bağlandı (FOTO)
Prezident İlham Əliyev: Münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır (YENİLƏNİB)
Azərbaycan dəmir yolları vasitəsi ilə yüklərin daşınması müzakirə olunub (FOTO)
Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq
Küçədə 8 koronavirus xəstəsi saxlanılıb, 3 nəfərə cinayət işi açılıb
Balakəndə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Mart ayında pensiya alanların ümumi sayı 715 mindən çox olub
Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib
Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edib (FOTO/VİDEO)
25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək
Cəbrayıl və Qubadlıda jurnalistlərin iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək
Bu il Ramazan ayı ötən ilki qaydalar çərçivəsində keçiriləcək - Hacı Şahin
Deputatlar bu gün 9 məsələnin müzakirəsinə toplaşır
Ağ Şəhərdə yağış suları kollektorlarının çəkilişi davam edir (FOTO)
Siyəzəndə gənc qız kanalda batıb
Aprelin 13-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda son sutkada koronavirusa 2 016 nəfər yoluxub
Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı
Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb
ABŞ ordusunun Əfqanıstandan çıxardılması planları hazırlanıb
Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsini dayandırır
Türkiyədə son sutkada koronavirusdan 41 218 nəfər sağalıb
ABŞ-da naməlum şəxs məktəbdə atışma törədib, ölən var
Rusiyanın şərqində zəlzələ baş verib
Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri üçün mövcud maneələr haqda danışılıb
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində kosmosa ilk uçan Yuri Qaqarinin şəkili əks olunub
Çavuşoğlu və Blinken Əfqanıstan və Suriyadakı sülh prosesini müzakirə ediblər
Hindistan Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi
Türkiyədən Azərbaycana işləmək məqsədilə gələnlərin sayı azalıb
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Bütün xəbərlər