...

Fərəc Quliyevlə bağlı məsələ qərar qəbulu üçün MSK-ya göndərilib - RƏSMİ

Siyasət Materials 6 Fevral 2020 20:07 (UTC +04:00)
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynovun ittihamlarına cavab verib.
Fərəc Quliyevlə bağlı məsələ qərar qəbulu üçün MSK-ya göndərilib - RƏSMİ

Bakı. Trend:

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynovun ittihamlarına cavab verib.

Trend-in məlumatına görə, E.Sultanovun "Facebook" profilində yaydığı məlumatda bildirilir:

"Mehman Hüseynovun nəzərinə çatdırıram ki, onunla eyni dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyev tərəfindən seçki qanunvericiliyinin tələblərinin ehtimal olunan pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinin tələblərinə əsasən baxılması və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə Mərkəzi Seşki Komissiyasına göndərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti