...

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)

Siyasət Materials 8 Fevral 2020 21:21 (UTC +04:00)
Müdafiə nazirinin tapşırığına əsasən, fevralın 8-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin tapşırığına əsasən, fevralın 8-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

Hərbi hissələrin komandanlığı ilə keçirilən görüşlərdə valideynləri maraqlandıran məsələlərin müzakirəsi aparılıb, həmçinin qonaqlar və şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti