...

Fransa nümayəndə heyəti: Səslərin sayılması prosesində ciddilik var idi

Siyasət Materials 9 Fevral 2020 21:40 (UTC +04:00)
Fransanın nümayəndə heyəti Azərbaycanda parlament seçkiləri zamanı müşahidələrinin nəticələrini açıqlayıb.
Fransa nümayəndə heyəti: Səslərin sayılması prosesində ciddilik var idi

Bakı. Samir Əli - Trend:

Fransanın nümayəndə heyəti Azərbaycanda parlament seçkiləri zamanı aparılan müşahidələrin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, Beynəlxalq Münasibətlər və Müdafiə Komissiyasının sədr müavini, senator Joel Qöelyo bildirib ki, müşahidələrinə əsasən seçkilər normal keçib:

"Müşahidələrimi 20 məntəqədə apardım. Səslərin sayılması prosesini izlədim. Səslərin sayılması ilə bağlı dəqiq məlumatlar əldə edə bildim. Təəssüratlarım yaxşıdır. Ən maraqlı cəhət barmaqlara rəngsiz mürəkkəbin vurulmasıdır. Bunu innovasiya kimi şərh edərdim. İkinci məsələ isə yeni nəsil şəxsiyyət vəsiqələridir. Bundan başqa, səslərin sayılması prosesində ciddilik müşahidə etdim. Bütün məntəqələrdə bənzər hal yaşandı. Yalnız 1 məntəqədə kiçik gərginliklər qeydə alındı. Ümumilikdə, proses müsbət məcrada başa çatdı. Təşkilatçılara xüsusi təşəkkür edirəm. Sərbəstlik yüksək səviyyədə idi. Bakını çox bəyəndim. Xalça muzeyini xüsusi xatırlatmaq istərdim".

Nümayəndə heyətinin sədri, Fransanın Boll şəhərinin meri İv Meteğu bildirib ki, Azərbaycana ilk səfəridir: "Turizm Nazirliyi ilə görüşüm də təşkil olundu. Məqsəd iki ölkə arasında münasibətləri tənzimləməkdir. Mən hüquqşünasam və burada seçki məcəlləsini oxumaq imkanım oldu. Bu məcəllə asan dillə və praktik yazıldığı üçün bütün namizədlərin də bununla tanış olma imkanı yüksəkdir".

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti