...

Amerika Yəhudi icmasının üzvü: İlk dəfə Azərbaycanda hökumətin milli azlıqlara göstərdiyi hörməti gördüm

Siyasət Materials 10 Fevral 2020 04:58 (UTC +04:00)
Missiya ölkənin müxtəlif mədəni və dini görməli yerlərini ziyarət edib və Azərbaycanda olmalarından məmnundur
Amerika Yəhudi icmasının üzvü: İlk dəfə Azərbaycanda hökumətin milli azlıqlara göstərdiyi hörməti gördüm

Bakı. Trend:

Nyu Yorkdakı Amerika ictimaiyyətinin nümayəndələr missiyasının müşahidəçisi, Buxara Yəhudiləri Konqresinin ABŞ və Kanadadakı əlaqələndiricisi Rafael Nektal jurnalistlərə Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.

Trend-in məlumatına görə, Azərbaycanda növbədənkənar seçkilərlə bağlı press-konfransda Nektal bildirib ki, Azərbaycandakı yəhudi icması ilə görüşəndə əvvəlcə ölkənin hökumətinin milli azlıqlara göstərdiyi hörməti görüb.

Nektal deyib: "Bakıda və Qubada oldum və hər iki şəhərdə həm küçəni, həm də yəhudi mənşəli olan Azərbaycanın milli qəhrəmanı Albert Aqarunovun abidəsini seyr etmək xoş idi. Yerli əhalinin Krasnaya Slobodadakı dağ yəhudilərinə, Bakıdakı Ashkenazi və Gürcü yəhudiləri icmalarına necə hörmət etdiyini gördüm, müsəlmanlarla yəhudilər arasında qarşılıqlı yardım və hörmət körpüsünün nə qədər inkişaf etdiyinə təəccübləndim.

O, Albert Agarunovun tərcümeyi-halından əlavə, 20 Yanvar hadisələri və Azərbaycan cəmiyyətini müstəqillik yolunda digər sarsıdan hadisələrlə də tanış olduğunu və yəhudi xalqının sınaqları ilə paralel burada cəmiyyətin necə bir olduğunu başa düşdüyünü söyləyib.

Bundan əlavə, onların missiyasının ölkənin müxtəlif mədəni və dini görməli yerlərini ziyarət etdiklərini və Azərbaycanda olmalarından məmnun olduqlarını qeyd edib.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti