...

Qırğızıstanlı müşahidəçi: Seçki prosesi zamanı heç bir mənfi halla qarşılaşmadıq

Siyasət Materials 10 Fevral 2020 09:57 (UTC +04:00)
Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri baş tutub və buna görə Azərbaycan xalqını təbrik edirəm.
Qırğızıstanlı müşahidəçi: Seçki prosesi zamanı heç bir mənfi halla qarşılaşmadıq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri baş tutub və bu münasibətlə xalqı təbrik edirəm.

Trend-in məlumatına görə, Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Qırğızıstandan olan beynəlxalq müşahidəçi Almazbek Batırbekov deyib.

Onun sözlərinə görə, müşahidə apardıqları məntəqələrdə seçki prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlməyiblər: "Müşahidələrimiz zamanı heç bir mənfi halla qarşılaşmadıq. Mərkəzi Seçki Komissiyasının da işindən razı qaldıq. Bizi daha çox məmnun edən hal o oldu ki, MSK bütün qərarları kollegial qaydada qəbul edirdi".

Azərbaycanda seçkiləri müşahidə etmək üçün yaratdıqları şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edən A.Batırbekov Şamaxı və Qobustanda, eləcə də Bakıda müşahidə apardıqlarını söyləyib.

Seçkilərdə iştirak edən namizədlərin təxminən 20 faizinin qadın və gənclərin olduğunu müsbət məqam kimi xüsusi vurğulayan beynəlxalq müşahidəçi əlavə edib ki, qaçqın və məcburi köçkünlərin seçki prosesində iştirakı da çox qənaətbəxş idi.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti