...

Gürcüstanlı müşahidəçilər: Azərbaycan parlament seçkilərini layiqincə keçirdi (FOTO)

Siyasət Materials 10 Fevral 2020 13:25 (UTC +04:00)
Azərbaycan parlament seçkilərini layiqincə keçirdi
Gürcüstanlı müşahidəçilər: Azərbaycan parlament seçkilərini layiqincə keçirdi (FOTO)

Bakı. Tamilla Məmmədova - Trend:

Azərbaycan parlament seçkilərini layiqincə keçirdi.

Trend-in məlumatına görə, bunu Gürcüstandan olan müşahidə missiyasının üzvü Georgi Kalandaşvili deyib. O bildirib ki, beş nəfərdən ibarət Gürcüstan nümayəndə heyəti Bakıdakı seçki məntəqələrində müşahidə aparıb: “Biz iki seçki prosesini müşahidə etmişik. Prosesə kənardan hər hansı bir müdaxilənin şahidi olmadıq. Nümayəndə heyətimiz Azərbaycan xalqını layiqli parlament seçkiləri münasibətilə təbrik edir”.

Gürcüstan nümayəndə heyətinin digər üzvü Georgi Şarabidze öz növbəsində qeyd edib ki, namizədlərə və müşahidəçilərə bərabər şərait yaradılmışdı: “Seçkiləri həm xarici, həm də yerli müşahidəçilər izləyib. Hər şey yüksək səviyyədə keçib, hər hansı bir pozuntu qeydə alınmayıb”.

Onun sözlərinə görə, 10 seçki məntəqəsində müşahidə aparıblar: “Bu müddət ərzində sakit, demokratik seçkilər müşahidə etdik, hər şey dinc şəraitdə keçdi”.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti