Rusiyalı deputatlar və ekspertlər: Azərbaycanda seçkilər dürüst, ədalətli, azad və şəffaf olub

Rusiyalı deputatlar və ekspertlər: Azərbaycanda seçkilər dürüst, ədalətli, azad və şəffaf olub

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər dürüst, ədalətli, azad və şəffaf olub və mövcud qanunvericiliyə uyğun keçirilib.

Trend-in məlumatına görə, bu rəy “Sotrudniçetvo” beynəlxalq münasibətlər institutunun müşahidə missiyasının fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasında parlament seçkilərinə dair hesabatında yer alıb. Missiyanın tərkibinə Dövlət Dumasının deputatları Aleksey Juravlyov, Sergey Marinin, Yelena Strokova, Boris Çernışov, Maksim İvanov, ekspertlər Lyudmila Kozlova, Oleq Kuznetsov, Yevgeni Kondraxin, Yelena Brızqalina, Valeri Fyodorov, Sergey Voronin, Yelena Marinina, Sergey Markov, Darya Qrevtsova, Ramin Qasımov, Aleksey Bıçkov daxil olublar.

Hesabatda deyilir ki, müşahidəçilər qrupu öz missiyasına fevralın 7-də başlayıb. Onun fəaliyyəti müvafiq beynəlxalq qaydalara və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanır. Müşahidə missiyası zamanı qrup Mərkəzi Seçki Komissiyası, yerli və beynəlxalq müşahidəçilərlə sıx əlaqə saxlayıb, açıqlıq və şəffaflıq prinsiplərini rəhbər tutub. Müşahidəçilər qrupunun ofisi Bakıda olub.

Müşahidəçilər qrupunun hesabatında qeyd olunub ki, seçicilər, müşahidəçilər və polislər üçün seçkilərə dair bir sıra informasiya xarakterli kitab və materiallar çap edilib, həmçinin seçkiqabağı kampaniya zamanı reklam və izahat layihələri həyata keçirilib, KİV-lərdə elanlar yerləşdirilib.

Seçicilər, müşahidəçilər və digər maraqlı şəxslər seçkilər haqqında (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) internet saytlarında zəruri informasiyaları almaq imkanlarına malik olublar.

Qeyd olunub ki, Seçki Məcəlləsinə uyğun olaraq, seçicilərin tam siyahısı seçki məntəqələrində və Mərkəzi Seçki Komissiyasının dairələrində saxlanılıb. Siyahılar iki nüsxədə çap olunub və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46-cı maddəsinə uyğun olub.

Seçicilərin siyahısı tanış olmaq üçün həm də MSK-nın saytında və seçki dairələrindəki stendlərdə yerləşdirilib. Hər bir seçici öz adının siyahıda olmasını şəxsi məlumatlarını (ad, soyad, atasının adı, doğum tarixi, seçki məntəqəsinin sayı) göstərməklə bilavasitə yerində və ya axtarış sistemi vasitəsilə yoxlaya bilib. Seçki məntəqələri üzrə bütün zəruri məlumatlar, xəritələr, nəqliyyat sxemi seçicilərin rahatlığını təmin etmək məqsədilə saytlarda yerləşdirilib. Hər hansı pozuntuların aşkar edilməsi zamanı seçicilər “115” qaynar xəttinə zəng edə və ya onlayn müraciəti doldurmaqla MSK-ya müraciət ünvanlaya bilib. Daxil olan bütün müraciətlərə baxılıb və müvafiq tədbirlər görülüb. Seçicilər öz adlarının seçici siyahısında olmaması ilə əlaqədar həm də dairə seçki komissiyalarına müraciət edə biliblər.

“Sotrudniçetvo” beynəlxalq münasibətlər institutunun müşahidə missiyasının olduğu bütün seçki məntəqələri səsvermə üçün qutularla, kabinələrlə, masalarla, dəftərxana ləvazimatı və bütün zəruri avadanlıqlarla təmin edilib. Səsvermə üçün qutular onların doluluğunu görmək üçün yetərincə şəffaf olub. Daxil olmuş informasiyalara uyğun olaraq, minə yaxın seçki məntəqəsində onlayn veb-kameralar quraşdırılıb. Müşahidəçilər qrupu namizədlər, bülletenlərin doldurulması və Seçki Məcəlləsinin pozulmasına görə cinayət və inzibati məsuliyyət barədə məlumatlar olan xüsusi stendlərin mövcudluğunu qeyd edib.

Hər bir seçici şəxsən və təklikdə səs verib. Bülletenlər heç kimin daxil olmağa ixtiyarı olmayan kabinələrdə doldurulub və gizli səsvermə üçün bütün xüsusi texniki vasitələrə malik olub. Məntəqə seçki komissiyalarının üzvləri və müşahidəçilər heç bir maneə və təzyiq olmadan fəaliyyət göstəriblər. Səsvermənin keçirildiyi müxtəlif məntəqələrdə müşahidələr zamanı seçicilərin iradəsinə təsir göstərilməsi və ya səsvermənin gizliliyinin pozulması halları aşkar edilməyib.

Bundan başqa, məntəqə seçki komissiyaları tərəfindən səhhəti ilə bağlı seçki məntəqəsinə gələ bilməyənlər üçün imkanlar yaradılıb. Bu məqsədlə seçki məntəqələrində daşınan qutular olub.

Bəzi tək-tük nöqsanlar və çatışmazlıqlar səsvermənin gedişatına və seçicilərin öz seçimini azad yerinə yetirməsinə heç bir təsir göstərməyib.

Müşahidəçilər qrupunun üzvləri seçki məntəqələrinin bağlanılması, səslərin sayılması və səsvermənin yekunlarına dair protokolların tərtibi proseslərini izləyiblər və qeyd ediblər ki, bütün proses ölkənin seçki qanunvericiliyinin tələblərinə müvafiq şəkildə aparılıb.

“Sotrudniçetvo” beynəlxalq münasibətlər institutunun Azərbaycan Respublikasında 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərinə verdiyi qiymət onun üzvlərinin öz müşahidələri, qısamüddətli və uzunmüddətli monitorinq zamanı toplanmış qanunvericiliyin, material və informasiyaların öyrənilməsi və təhlilinə əsaslanıb.

“Azərbaycan Respublikasında 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərinin monitorinqinin gedişində səsvermənin nəticələrinə təsir edə biləcək seçki qanunvericiliyinin pozulması halları qeydə alınmayıb. Ümumilikdə, seçkilər Azərbaycan Respublikasının seçki qanunvericiliyinə və hamı tərəfindən tanınan demokratik normalara müvafiq şəkildə keçirilib.

Bütün bunları nəzərə alaraq, seçkilərin dürüst, ədalətli, azad və şəffaf olduğunu və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə keçdiyini söyləmək olar”, -deyə hesabatda qeyd olunur.

Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Loading Bars
Xəbər lenti
“YAŞAT” Fondunun əməkdaşları respublika üzrə 2 min 881 şəhid ailəsini ziyarət ediblər
Tayvanda iki güclü zəlzələ baş verib
Bakıda ikimərtəbəli ev yanıb
Misirdə qatar qəzasında 100-ə yaxın sərnişin xəsarət alıb
Formula-1 Qran Prisinin Mayamidə keçiriləcəyi razılaşdırıldı
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb
Azərbaycanda 2 144 nəfər COVID-19-a yoluxub, 33 nəfər vəfat edib
Ombudsman Səbinə Əliyeva 3-cü “Fərqli Fərdlər” Konqresində iştirak edib (FOTO)
İsmayıllıda COVİD-19 xəstəsi bazarda aşkarlanıb
Suriya prezident seçkilərinin vaxtını təyin edildi
Bədii gimnastlarımız Dünya Kubokunda iştirak edib
Adobe şirkətinin təsisçisi və PDF formatının yaradıcısı Çarlz Geşke vəfat edib
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyyətinin zoom vasitəsilə XIX toplantısı keçirilib
İranda koronavirusa yoluxanların sayı 2,2 milyona çatıb
Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşıb
Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
Çexiya 18 rus diplomatının ölkədən çıxarır
Ağdam rayonunun Saybalı kəndi (VİDEO)
Gürcüstanda koronavirusa daha 818 nəfər yoluxub, 793 nəfər ölüb
ABŞ-da naməlum şəxs yas mərasimində atəş açıb, ölən var
Sabahın hava proqnozu açıqlanıb
Ağdamda minaya düşən şəxslə bağlı araşdırma aparılır
İranda güclü zəlzələ qeydə alınıb
Xızı rayonunda sursat aşkar edilib (FOTO)
Qubadlı rayonunun Tarovlu kəndi (VİDEO)
Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb
Ağdam sakini minaya düşüb (FOTO)
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Cüdo üzrə Avropa çempionatı: 4 idmançımız mübarizəyə başlayır
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib (FOTO)
Qubada ev və ona bitişik tikili yanıb
Daha 2 boksçumuz dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
Dünyada koronavirusa yoluxanların sayı 139 milyonu ötüb - ÜST
Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib
Ekvadorda prezident seçkilərinin ikinci turunda Qilyerme Lasso qalib gəlib
AEBA İranın uranı 60 faizə qədər zənginləşdirməyə başladığını təsdiqlədi
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Bütün xəbərlər