...

Prezident İlham Əliyev Münxendə Əfqanıstan Prezidenti ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 14 Fevral 2020 21:56 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb
Prezident İlham Əliyev Münxendə Əfqanıstan Prezidenti ilə görüşüb (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Bu barədə Trend-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə Bakının mötəbər tədbirlərin keçirildiyi məkan olduğu bildirildi. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edildi. Artıq Əfqanıstan yüklərinin Lapis-Lazuli marşrutu ilə Azərbaycan ərazisindən daşınıldığı qeyd edildi, gələcəkdə bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulandı.

Həmçinin görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti