...

Azərbaycan koronavirusla əlaqədar ÜST-ün tövsiyələrini ciddi şəkildə araşdırır - Hikmət Hacıyev

Siyasət Materials 24 Fevral 2020 10:43 (UTC +04:00)
Koronavirus məsələsi beynəlxalq gündəlikdə olan məsələdir. Azərbaycan bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini ciddi şəkildə araşdırır, öyrənir, lazımi tədbirlər görülür.
Azərbaycan koronavirusla əlaqədar ÜST-ün tövsiyələrini ciddi şəkildə araşdırır - Hikmət Hacıyev

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirus iməsələsi beynəlxalq gündəlikdə olan məsələdir. Azərbaycan bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini ciddi şəkildə araşdırır, öyrənir, lazımi tədbirlər görülür.

Trend-in məlumıtna görə, bunu bu gün jurnalistlərə açıqlamasında koroanvirus təhlükəsi ilə bağlı Azərbaycanın İranla sərhədləri bağlaması ehtimalına münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev deyib ki, Nazirlər Kabinetində koronavirusla bağlı ilkin mərhələdə müzakirələr aparılıb, Tədbirlər Planı hazırlanıb: “Ölkəmiz tərəfindən də bu istiqamətdə lazımi tədbirlər görülməkdədir. Azərbaycan vətəndaşlarının səfərlərinin məhdüdlaşdırılması ilə bağlı da Xarici İşlər Nazirliyi tərəfindən müraciətlər olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti