...

Mark İfraimov: Xocalıya bənzər faciə təkrar olunmamalıdır (VİDEO)

Siyasət Materials 24 Fevral 2020 13:03 (UTC +04:00)
2020-ci il fevralın 21-də İsrailin Qüds şəhəri yaxınlığında “Xocalı 613” meydanında mitinq keçirilib
Mark İfraimov: Xocalıya bənzər faciə təkrar olunmamalıdır (VİDEO)

Bakı. Trend:

2020-ci il fevralın 21-də İsrailin Qüds şəhəri yaxınlığında “Xocalı 613” meydanında mitinq keçirilib.

Trend-in məlumatına görə, mitinq zamanı Knessetin deputatı Mark İfraimov Xocalı faciəsi ilə bağlı təəssüfləndiyini ifadə edib və Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda ədalətli həll olunacağına ümid etdiyini deyib.

Deputat deyib: “Xocalının 613 qurbanı mənə Tövratın 613 əmrini xatırladır. Mən arzu etmək istəyirəm ki, 613 əmrin yəhudi xalqını İsraildə birləşdirdiyi kimi, 613 qurban da Azərbaycan xalqının ərazi bütövlüyünün bərpası və çiçəklənmə yolunda birləşdirici rəmz olsun”.

M.İfraimov, həmçinin ümidvar olduğunu bildirib ki, dünya ictimaiyyəti birgə səylərlə Xocalı kimi faciənin bir daha təkrar olunmaması üçün əlindən gələni edəcək.

İki ölkə arasındakı münasibətlərin inkişafından da danışan deputat Azərbaycana səfər edərkən özünü evdəki kimi hiss etdiyini vurğulayıb və İsraillə Azərbaycan arasında əməkdaşlığın, iqtisadi və mədəni əlaqələrin artmasını məmnunluqla qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti