...

MSK iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi

Siyasət Materials 24 Fevral 2020 16:56 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
MSK iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Trend-in məlumatına görə, həmin dairədən deputatlığa namizəd Anar Əsədli MSK-ya müraciət edərək seçki günü həmin dairədə qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, müraciət komissiya tərəfindən araşdırılıb və həmin dairə üzrə 48 və 50 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. R.İbrahimov həmin məntəqələrdə səsvermənin nəticəsinin ləğv edilməsni təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl həmin dairədən namizəd Faiq Kərimovun müracəti əsasında 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti