...

Sabirabad Birinci Seçki Dairəsi üzrə bir məntəqədə nəticə etibarsız sayıldı

Siyasət Materials 24 Fevral 2020 17:31 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 63 saylı Sabirabad birinci seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Sabirabad Birinci Seçki Dairəsi üzrə bir məntəqədə nəticə etibarsız sayıldı

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 63 saylı Sabirabad birinci seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Trend-in məlumatına görə, həmin dairədən deputatlığa namizəd Qiyas Sadıqov MSK-ya müraciət edərək həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Qabil Orucov bildirib ki, müraciət komissiya tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 28 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. Q.Orucov həmin məntəqədə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti