...

Azərbaycandan İrana hələ də gedənlər var - Operativ qərargahın üzvü

Siyasət Materials 28 Fevral 2020 18:13 (UTC +04:00)
İranda koronavirusun yayılmasına baxmayaraq insanlarımız hələ də ora getməkdə davam edirlər.
Azərbaycandan İrana hələ də gedənlər var - Operativ qərargahın üzvü

Bakı. Ceyhun Ələkbərov - Trend:

İranda koronavirusun yayılmasına baxmayaraq insanlarımız hələ də ora getməkdə davam edirlər.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, insanlar orada virusun yayıldığını bilə-bilə həmin ölkəyə səfər edirlər:

“Azərbaycan tərəfindən İrana gediş-gəlişlər hələ də davam edir. Vətəndaşlarımız ölkəyə qayıdan zaman isə, bəzi hallarda yoxlamadan boyun qaçırırlar. Onlar başa düşməlidirlər ki, bu yoxlamalar onların təhlükəsizliyi və sağlamlığının təminatı üçündür. Görülən işlər tək bizdən asılı deyil, gərək vətəndaşlarımız da bizə az da olsa, yardım etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti