...

Azərbaycan Misirə başsağlığı verdi

Siyasət Materials 28 Fevral 2020 19:38 (UTC +04:00)
Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev fevralın 28-də Misirin Bakıda səfirliyinə gedərək Misir Ərəb Respublikasının 4-cü prezidenti, görkəmli siyasət və dövlət xadimi Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar başsağlığı verib.
Azərbaycan Misirə başsağlığı verdi

Bakı. Trend:

Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev fevralın 28-də Misirin Bakıda səfirliyinə gedərək Misir Ərəb Respublikasının 4-cü prezidenti, görkəmli siyasət və dövlət xadimi Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar başsağlığı verib.

Bu barədə Trend Nazirlər Kabinetinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

Ş.Mustafayevi Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim qarşılayıb. Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan ilə Misir arasında mövcud olan dostluq münasibətlərini qeyd edərək əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirib.

Görüşün sonunda Şahin Mustafayev Azərbaycan hökuməti adından başsağlığı verib və matəm kitabına ürək sözlərini yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti