...

Milli Məclisin fəaliyyətində yeniliklər olacaq - Aparat rəhbəri

Siyasət Materials 10 Mart 2020 16:58 (UTC +04:00)
Milli Məclisin fəaliyyətində bir sıra yeniliklər olacaq.
Milli Məclisin fəaliyyətində yeniliklər olacaq - Aparat rəhbəri

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin fəaliyyətində bir sıra yeniliklər olacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev AzTv-yə müsahibəsində deyib.

S.Mirzəyev bildirib ki, Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və müavinlərinin əksəriyyəti dəyişib: "Bunlar göstərir ki, ölkədə bütün sahələrdə olduğu kimi, Milli Məclisdə də dərin islahatlar aparılır. Hələlik kadr islahatlarından başlanılıb, bundan sonra Milli Məclisin fəaliyyətində də yəqin ki, dəyişikliklər olacaq. Bu dəyişiklilər qanunvericilik, təmsilçilik, nəzarət və beynəlxalq əlaqələrlə bağlı fəaliyyətə aid olacaq.

Eyni zamanda, Milli Məclisin aparatında islahatlar aparılacaq. Müasir dövrə uyğun olaraq struktur dəyişiklikləri, eləcə də informasiya təminatı ilə bağlı dəyişiklilər olacaq, eyni zamanda gənc kadrlar Milli Məclisdə işə cəlb olunacaq. Bütün bunlar qarşıda həyata keçiriləcək. Ümid edirəm ki, Milli Məclisin yeni rəhbərliyi bu sahədə böyük işlər görəcək”.

Xatırladaq ki, bu gün VI çağırış Milli Məclisin ilk iclası keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti