...

Azərbaycan HHQ-nin nümayəndələri Rusiyanın döyüş təyyarələri istehsal edən müəssisələrində olublar (FOTO)

Siyasət Materials 7 Aprel 2020 12:39 (UTC +04:00)
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssislərindən ibarət heyət Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə olublar.
Azərbaycan HHQ-nin nümayəndələri Rusiyanın döyüş təyyarələri istehsal edən müəssisələrində olublar (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssislərindən ibarət heyət Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə olublar.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin üzvləri Rusiyanın Su-35 və MiQ-35 döyüş təyyarələrini istehsal edən hərbi zavodlarına baş çəkiblər. Rusiyanın qlobal silah bazarının liderlərindən biri olan “Rosoboroneksport” şirkətinin nümayəndələri və hərbi zavodların rəhbərliyi ilə keçirilən görüşlərdə ölkəmizin Rusiya istehsalı olan ən müasir döyüş təyyarələrinin alınmasında maraqlı olduğu bildirilib.

Nümayəndə heyətimizə təyyarələrin taktiki-texniki xüsusiyyətləri, döyüş qabiliyyəti, silahlanması, ümumilikdə aviasiya vasitələrinin istehsalı, istismarı və onlara texniki xidmət göstərilməsi barədə brifinqlər təqdim olunub.

Rusiya tərəfi öz növbəsində Azərbaycana Hərbi Hava Qüvvələrimizin ehtiyaclarını ödəyəcək sayda döyüş təyyarələrinin təqdim edilməsinə hazır olduqlarını bildiriblər.

Hərbi pilotlarımız Rusiyanın hərbi aviabazalarında MiQ-35 təyyarəsində praktiki uçuşlar yerinə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti