...

Azərbaycan Hərbi Hava Qüvvələrində taktiki-xüsusi məşqlər keçirilib (FOTO/VİDEO)

Siyasət Materials 16 Aprel 2020 17:28 (UTC +04:00)
Azərbaycan Hərbi Hava Qüvvələrində taktiki-xüsusi məşqlər keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlim-məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, S-125 zenit-raket komplekslərinin döyüş heyətləri şərti düşmən hədəflərini aşkarlayaraq praktiki atışlarla onları məhv edib.

Şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti