...

İnanırıq ki, Sizin rəhbərliyinizlə görülən tədbirlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olacağıq - Milli Qəhrəman ailəsinin Prezident İlham Əliyevə məktubu

Siyasət Materials 17 Aprel 2020 09:39 (UTC +04:00)
İnanırıq ki, Sizin rəhbərliyinizlə görülən tədbirlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olacağıq - Milli Qəhrəman ailəsinin Prezident İlham Əliyevə məktubu

Bakı. Trend:

İnanırıq ki, Sizin rəhbərliyinizlə görülən tədbirlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olacağıq.

Trend-in məlumatına görə, bu barədə Füzuli rayonundan Milli Qəhrəman ailəsi Ülviyyə Quliyevanın Prezident İlham Əliyevə minnətdarlıq məktubunda deyilir.

Trend Prezidentin saytına istinadən Ü.Quliyevanın məktubunu təqdim edir:

"Hörmətli cənab Prezident, Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. İstirahət etmədən xalqımızın qayğısına qalırsınız. Bu çətin günlərdə belə diqqətinizi bizdən əsirgəmirsiniz. Şəhid Milli Qəhrəman ailəsi olaraq Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyinizlə görülən tədbirlər sayəsində ölkəmizdə pandemiyanın sona çatmasına nail olacağıq. Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" şüarınızı dəstəkləyirik və hər zaman arxanızdayıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti