...

149 Azərbaycan vətəndaşı Birləşmiş Ərəb Əmirliklərindən Bakıya yola salınıb (FOTO)

Siyasət Materials 28 Aprel 2020 14:06 (UTC +04:00)
149 Azərbaycan vətəndaşı Birləşmiş Ərəb Əmirliklərindən Bakıya yola salınıb (FOTO)

Bakı. Trend:

Azərbaycan hökuməti COVID-19 pandemiyası dövründə xaricdə qalan vətəndaşlarımızın vətənə qayıdışının təmin olunmasını davam etdirir.

Trend-in məlumatına görə, koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası və Birlışmiş Ərəb Əmirlikləri arasında da hava əlaqəsi müvəqqəti dayandırıldığından 149 Azərbaycan vətəndaşının Dubaydan ölkəmizə gətirilməsi təşkil olunub.

Azərbaycana gələn bütün sərnişinlər müvafiq sanitar-epidemioloji qaydalara uyğun olaraq karantinə yerləşdirilib.

COVID-19 ilə əlaqədar dünyada tətbiq edilən xüsusi karantin rejimi dövründə xarici ölkələrdən vətənə qayıda bilməyən vətəndaşlarımızın Azərbaycana gətirilməsi bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, bu günə qədər 10 mindən çox Azərbaycan vətəndaşının ölkəyə qayıtması təmin edilib. Bir daha vətəndaşlarımız koronavirus infeksiyasına yoluxma təhlükəsinin yüksək olduğu dövrdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına və təlimatlarına riayət etməyə, hazırda olduqları ölkələrin hava limanlarında toplaşmamağa çağrılır, növbəti reyslər haqqında məlumatların Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərindən almaq tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti