...

Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələsi keçirilib (FOTO/VİDEO)

Siyasət Materials 1 May 2020 19:38 (UTC +04:00)
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələsi keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, komandir hazırlığı məşğələsi komandirlərin və qərargah zabitlərinin yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirmək bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilib.

Səhra şəraitində təşkil edilmiş təlim yerlərində müxtəlif fənlər üzrə keçirilən dərslərdə döyüş texnikalarının heyətlərindən normativlərin qəbulu, hərbi hissədə texnikaların yoxlanması, səhra şəraitində avtomobil və döyüş maşınlarının yanacaqla təminatı qaydaları göstərilib.
Məşğələnin sonunda atəş bacarıqları yoxlanan zabitlər müxtəlif atıcı silahlardan praktiki atışlar yerinə yetiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti