...

Bir sıra məhkəmələrin hakimləri vəzifədən azad edilib

Siyasət Materials 5 May 2020 11:44 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən iclasında bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Bir sıra məhkəmələrin hakimləri vəzifədən azad edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Əhmədov, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mübariz Hüseynovun vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması təklif edilib.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti