...

Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Siyasət Materials 17 May 2020 09:56 (UTC +04:00)
Azərbaycanla Fransa arasında əməkdaşlıq yüksək səviyyədədir

Bakı. Hüseyn Səfərov - Trend:

Azərbaycanla Fransa arasında əməkdaşlıq səviyyəsini kifayət qədər yüksək səciyyələndirmək olar.

Trend-in məlumatına görə, bunu rusiyalı tarix elmləri namizədi, fransaşünas İqor İqnatçenko deyib.

O bildirib ki, Emmanuel Makronun prezident qismində qlobal hədəflərindən biri Fransa iqtisadiyyatının yenidən işə düşməsi və ölkə ÜDM-in ciddi şəkildə artmasıdır:

“Bu baxımdan Azərbaycan Fransa məhsullarının satışı üçün çox perspektivli və ən əsası ödənişqabiliyyətli bazardır. Ona görə də, fikrimcə, Azərbaycan indi Fransa hökumətinin və sənayeçilərinin diqqət mərkəzindədir. Buraya həm də Azərbaycanla Fransa arasında təhsil, sosial və humanitar inkişaf proqramlarını əlavə etmək olar. Bugünkü gün iki ölkə arasında iqtisadi, sosial və humanitar sahələrdə əməkdaşlıq səviyyəsini kifayət qədər yüksək səciyyələndirmək olar”.

Onun sözlərinə görə, bu deyilənlərdən Fransa rəhbərliyinin Azərbaycana təhlükəsizlik və müdafiə sahəsində məhsul və xidmətlər təklif etməklə silah bazarında möhkəmlənmək marağı ortaya çıxır:

“Bakının ödənişqabiliyyətliliyini nəzərə almaqla Paris bu perspektiv və maliyyə baxımından cəlbedici bazarda rəqiblərini sıxışdırıb çıxarmağı arzulayır. Fransa zirehli texnika, məsələn, “Leklerk” tankı, dördüncü nəsil “Dassaul Rafale” çoxhədəfli qırıcılar, robotlaşdırılmış texnika və digər elektron avadanlıqları təklif edə bilər”.

İ.İqnatçenko hesab edir ki, prezident E.Makron da öz sələfləri kimi Cənubi Qafqaz regionuna müəyyən maraq göstərir və son dövrlərdə Fransa rəhbərliyinin Azərbaycana artan marağı müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti