...

AZAL: Daha 175 Azərbaycan vətəndaşı vətənə çatdırılıb (FOTO)

Siyasət Materials 27 May 2020 19:13 (UTC +04:00)
AZAL: Daha 175 Azərbaycan vətəndaşı vətənə çatdırılıb (FOTO)

Bakı. Trend:

Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti