...

Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

Siyasət Materials 3 İyun 2020 17:53 (UTC +04:00)
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

Bakı. Trend:

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, paradda hərbçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti