...

Siyavuş Novruzov: Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar

Siyasət Materials 5 İyun 2020 11:35 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar.

Trend-in məlumatına görə, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, o zaman hadisələrin qarşısını ala bilməyən AXC-Müsavat cütlüyü indi özlərini demokrat adlandırırlar:

“O zaman Sürət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri asacaqdı. Bunları ümumnilli lider Heydər Əliyev dar ağacından xilas etdi. O zaman dövlət katibi olan Əli Kərimli iki il qaçıb Kələkidə gizlənmişdi, Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi birdərədən çıxıb özlərini demokrat adlandırırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti