Pandemiya dövrünün Azərbaycan reallıqları: Mükəmməl və bənzərsiz idarəçilik, fərqli iş prinsipləri

Pandemiya dövrünün Azərbaycan reallıqları: Mükəmməl və bənzərsiz idarəçilik, fərqli iş prinsipləri

Bakı. Trend:

Pandemiya. Sürətli yoluxma, çoxsaylı insan tələfatı, dərin iqtisadi tənəzzül. Planet ağır və çətin sınaqla üz-üzə qalıb. Ölkələr demək olar ki, virtual idarə olunur. Koronavirus hər şeyi unutdurub, indi həyat uğrunda mübarizədən başqa heç nə yada düşmür. Dünyanın bugünkü real mənzərəsi belədir.

Azərbaycan isə yenə fərqlənir. Prezident İlham Əliyevin mükəmməl idarəçiliyi, çevik və qətiyyətli liderlik məharəti ölkəmizi nümunəyə, örnəyə çevirir. Pandemiya ilə mübarizə effektivdir, uğurludur. Qabaqlayıcı tədbirlər nəticə verir. Səhiyyə sistemi yüksək hazırlıqlı vəziyyətdədir, ən müasir xəstəxanalar, son model tibbi avadanlıqlar, rekord test müayinələri. Tibb sahəsi, peşəkar həkim personalı özünü təsdiqləyir, etimadı doğruldur. Son günlərin sərt karantin tədbirləri gözlənilən mümkün təhlükələrdən, kütləvi yoluxma hallarından qorunmaq məqsədi daşıyır.

Dövlət vətəndaşının sağlamlığını, sosial rifahını düşünür. İnsanların yaşayış səviyyəsinin yüksəldilməsi üçün milyardlar xərclənir. Azərbaycan Prezidenti iqtisadi itkilərə rəğmən dövlətin maliyyə imkanlarını vətəndaşlardan əsirgəmir. Bütün güclər bir hədəfə yönəldilir. Prioritet yenə vətəndaş amilidir.

Xarici iqtisadi şoklar milli iqtisadiyyatımıza təsirsiz ötüşmür, lakin geriləmə çox cüzidir. İqtisadi dayanıqlıq qorunub saxlanılır, çünki, təməllər çox möhkəmdir. Uzun illərin təcrübəsi, gərgin əmək bahasına yaradılan iqtisadi güc özünü göstərir. Bəzi sahələrdə hətta irəliləmə var.

Azərbaycan dövləti bu ağır və həssas məqamda heç bir plana dəyişiklik etmir. Heç bir sosial layihə təxirə salınmır. Pandemiyanın mənfi təsirləri gündəlikdəki digər məsələləri arxa planda saxlamır. Regionların sosial-iqtisadi inkişafı, böyük infrastruktur layihələrinin icrası əvvəlki templə davam edir. Prezident İlham Əliyev demək olar ki, hər gün yeni obyektlərin açılışına qatılır. Dövlət başçısı tez-tez bölgələrə səfərə yollanır, vətəndaşlarla görüşür, görülən işləri şəxsən yoxlayır, layihələrlə yerindəcə tanış olur, problemləri öyrənir, həlli üçün dərhal tapşırıqlar verir.
Azərbaycan dövləti koronavirusla mübarizə ilə paralel olaraq regional inkişaf siyasətini əzmlə davam etdirir. Şəhərlə kənd arasında fərq sürətlə azalır. Bölgələrdə, ən ucqar kəndlərdə müasir infrastruktur qurulur. Yeni yollar, sosial obyektlər, istehsal müəsisələri yaradılır. Bütün güclər Azərbaycan vətəndaşının məmnunluğu və rahatlığına yönəldilir. Biz artıq tam yenilənmiş, siması başdan-başa dəyişmiş Azərbaycan görürük.

İndi Azərbaycanın elə bir rayonu, kəndi və ya qəsəbəsi yoxdur ki, orada inkişaf, yenilik hiss olunmasın. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Tərtər, Ağcabədi və Ağdam rayonlarında yeni obyektlərin açılışını etməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezidentin Yuxarı Qarabağ bölgəsinə səfəri regionların sosial-iqtisadi inkişafı baxımdan böyük əhəmiyyətə malikdir. Diqqətdə saxlanılan ən vacib məqamlardan biri region əhalisinin rahat, təhlükəsiz və layiqli həyat şəraitinin təmin edilməsidir. Bu məqsədlə bölgələrdə müasir yollar çəkilir, on minlərlə insanın kənd və qəsəbələrdən rayon mərkəzlərinə rahat gediş-gəlişi təmin edilir.

Müasir yollar həm də iqtisadi tərəqqi, turizmin, kənd təsərrüfatının və gidər sahələrin inkişafı deməkdir. Odur ki, dövlət başçısı kənd təsərrüfatının inkişafını da xüsusi diqqətdə saxlayır. Bu gün ölkənin bütün ərazilərində aqrar sektorun şaxələndirilməsi prioritet təşkil edir. Prezidentin Tərtər və Ağcabədidə toxum emalı müəssisəsini istifadəyə verməsi, həmçinin əkin sahələrinə baş çəkməsi, taxıl biçinini izləməsi bölgənin inkişafını şərtləndirən əsas amillərdəndir. İri infrastruktur layihələri arasında əhalinin davamlı elektrik enerjisi ilə təminatı, içməli su və kanalizasiya sistemlərinin yenidən və ya sıfırdan qurulması ciddi sosial əhəmiyyətə malikdir. Tərtər və Ağcabədi rayonlarında elektrik yarımstansiyalarının açılışı bu siyasətin davamıdır.

Azərbaycan vətəndaşlarına şəffaf və keyfiyyətli xidmətlər göstərmək, vətəndaş məmnunluğuna nail olmaq qarşıya qoyulan əsas hədəflərdəndir. Milli brendimizə çevrilən “ASAN Xidmət” mərkəzləri bu baxımdan əvəzsiz əhəmiyyətə malikdir. Paytaxtla yanaşı bölgələrdə də “ASAN Xidmət” mərkəzləri vətəndaşlara yüksək xidmət edir və bu mərkəzlərin sayı durmadan artmaqdadır. Prezident İlham Əliyevin Ağcabədidə açılışını etdiyi “ASAN Həyat” kompleksi bölgə əhalisi üçün böyük hədiyyə idi. “ASAN Xidmət” Azərbaycanın intellektual brendidir. İlham Əliyevin ideyası olan bu mütərəqqi layihə artıq dünya miqyasında tanınır. “ASAN Xidmət” daim innovativ yeniliklərə imza atır. Burada əsas məqsəd insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qorumaqdır. Vətəndaşlara daha şəffaf və keyfiyyətli xidmətlər göstərməkdir.

Bütün bunlar qlobal pandemiya dövrünün Azərbaycan reallıqlarıdır. İlham Əliyevin idarəçilik ənənələri, fərqli iş prinsipləri xüsusi maraqla, heyranlıqla izlənilir. Azərbaycan Prezidenti özünəməxsus iş metodları, məsələlərə bənzərsiz yanaşması ilə digər həmkarlarından seçilir. Bu özəl xüsusiyyətlər dünyanın çox az liderlərinə xas ola bilər.

Sahil Kərimli

Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktor müavini

Ermənistan sutka ərzində atəşkəsi 65 dəfə pozdu
Ermənistan sutka ərzində atəşkəsi 65 dəfə pozdu
Təlimlərə cəlb olunan qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır (FOTO)
Təlimlərə cəlb olunan qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır (FOTO)
Atəşkəs rejimi 78 dəfə pozulub
Atəşkəs rejimi 78 dəfə pozulub
Loading Bars
Xəbər lenti
Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçib
Meksikada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb
Tehranın qərbində partlayış səsləri eşidilib
Moskvada koronavirusdan daha 28 nəfər ölüb
Türkiyə sahillərində 30-a yaxın miqrant xilas edildi
ABŞ Çinin dörd vətəndaşına və bir təşkilatına sanksiya tətbiq edib
Salyanda yanğın baş verib
Xalq artisti Canəli Ələkbərovun oğlu vəfat edib
Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)
AZAL Kiyevdən çarter reysi yerinə yetirib
Dünya ölkələri COVID-19-la mübarizədə yeganə çıxış yolunu məhdudiyyətlərin yenidən sərtləşdirilməsində görürlər
Rusiya pandemiya ilə mübarizədə kömək etmək üçün Azərbaycana mütəxəssislər göndərməyi planlaşdırır
Futbol üzrə avrokubokların 1/8 final mərhələsinin oyunları tamaşaçısız keçiriləcək
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir
Türkiyədə koronavirusdan sağalanların sayı 190 min nəfəri ötüb
6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub - Nazirlik
“Sabahın Sahibkarları”na Ziraat Bank dəstəyi davam edir (FOTO)
"Tesla" şirkəti tam avtomatlaşdırılmış avtomobil istehsal edəcək
Qazaxda tank əleyhinə raket tapılıb (FOTO)
Qoşulmama Hərəkatının COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupunun ilk onlayn görüşü keçirilib
Büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində 431 sayda araşdırma aparılıb
Böyük Şor gölünün 50 faizi çirkabdan təmizlənib (VİDEO)
Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 491 nəfər sağaldı, 10 nəfər öldü
İranda koronavirusla bağlı rekord qeydə alındı: Daha 221 nəfər öldü
Sabunçuda 4 otaqlı ev yanıb
Rusiya XİN: Biz əminik ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası konstruktiv yöndə keçəcək
Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb
Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb
BMT rəhbərliyi Azərbaycana müstəsna qabiliyyətli ölkə kimi baxır - Aydın Quliyev
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Böyük Şor gölünün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsinə başlanılıb
Daha bir həkim koronavirusa yoluxdu
Unibankın sərfəli əmanət-kredit kampaniyası davam edir
Mingəçevir Dövlət Universitetində yaz imtahan sessiyası ərzində altıncı “Açıq qapı” günü keçirilib (FOTO)
Ağsuda taxıl sahəsi yanır
Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyən edilib - “E-Təbib”-dən AÇIQLAMA
Qubada "Pandemiya dövründə insan hüquqlarının müdafiəsi və multikultural dəyərlərin təbliği" mövzusunda videokonfrans keçirilib
"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb
Sahibkarlar yeni şərtlər əsasında işləməyi öyrənməlidirlər – Ekspert
DİM bakalavarlara xəbərdarlıq etdi
İyulun 10-da dolların manata qarşı məzənnəsi
Sosial tədbirlər əhalinin 48%-ni əhatə edib - Nazir (FOTO)
Cənubi Koreyada sərxoş sürücü üç idmançını öldürdü
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib
"Azəriqaz" 200 yeni smart tipli sayğac gətirdi
Sumqayıt yolunda yeni geridönmə hissə yaradıldı (FOTO)
Sərt karantin rayonlarından Oğuza istirahətə gələnlər aşkarlanıb
AzMİU-da onlayn “Məzun günü” keçirilib (FOTO)
Hindistan qlobal dirçəlişdə aparıcı rol oynayır: Baş nazir Şri Narendra Modi
Ekspert: Kredit-zəmanət mexanizmi sahibkarlıq üçün ciddi dəstəkdir
Yevlax rayon mərkəzi xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb
Azərbaycan AŞ Nazirlər Komitəsinin komitə iclasında təmsil olunub
4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusunu əldə edib
İlk 6 ayda Texniki Şuralar vasitəsilə 886 müraciətə baxılıb
Elektron Kredit Platforması iqtisadiyyata investisiya axınını sürətləndirir
Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin son vəziyyəti açıqlandı - RƏSMİ
Carlsberg Azerbaijan və AzərŞəkər pivəlik arpa yığımını həyata keçirdi (FOTO/VİDEO)
Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı təsdiq edilib
AQTA 84 obyektdə qanun pozuntusu aşkarlayıb (FOTO)
Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsinə dəyişiklik edilib - Fərman
“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin etdi (FOTO)
Bakıda iki nəfərin ölümünə səbəb olan saxta spirtli içki istehsalçıları həbs edildi
DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib (FOTO)
Bakıda məhkəmə hakimi dünyasını dəyişdi
Koronavirusa qarşı yeni dərmanlar tapılıb
Prospektdə baş verən qəza tıxaca səbəb olub
Arye Qut: Son illər Diasporla İş üzrə Dövlət Komitəsi açıq platformaya çevrilib, artıq bu müstəvidə çox ciddi fikir mübadiləsi aparmaq mümkündür
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib (FOTO)
Son 17 ildə Azərbaycanda səhiyyə xərcləri 20 dəfəyədək artıb – Tahir Mirkişili
Yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib
Tekstil sənayesinin Türk Şurası ölkələrinin inteqrasiyasındakı rolu
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçi axtarır
MİDA iyunun 30-da keçirilən mənzil seçiminin nəticələri barədə statistik məlumatları açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhəti xüsusi nəzarətə götürülüb
Türkiyədə pirotexnika daşıyan maşın partladı - Ölənlər var
DİN rayonlarda əməliyyata başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı (YENİLƏNİB)
Onlayn müsahibələrin keçirilmə tarixi açıqlanıb
Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!
Taxıl zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb (FOTO)
Komitə sədri: ATƏT-in Minsk qrupunun işğalçı Ermənistana təyziq etmək əvəzinə, Azərbaycana tələb irəli sürməsi həmin qrupa inamı tamamilə sarsıdıb
Sabah Bakıda güclü külək, rayonlarda dolu, leysan gözlənilir
Milli Məclisin komitə sədri: SOCAR-da optimallaşdırma ilə bağlı təhlillər aparılır
Samuxda piknik edənlər cərimələnib (FOTO)
Həftəsonu sərt karantin olan ərazilərdə yenidən postlar qurula bilər
Koronavirusa yoluxan ATU-nun şöbə müdiri Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib
Koronavirus Azərbaycanda televiziya kanallarının fəaliyyətinə necə təsir edir? - SORĞU
Şabran və Siyəzəndə çəyirtkələrin kənd təsərrüfatına ziyan vurmasının qarışısı alınıb (FOTO)
Mal-qara oğurları saxlanılıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Yaşayış yerini tərk edən koronavirus xəstələrinin evinə həkim briqadası göndəriləcək - RƏSMİ
120 min şəxsə elektron qaydada fərdi hesab açılıb
Xaçmazın giriş-çıxışlarında postlar quruldu, hərəkətə ciddi nəzarət başladı
Komitə sədri: Əhalinin sağlamlığı və sosial müdafiəsi ön plandadır
Azərbaycan nefti ucuzlaşıb
Onlayn Apelyasiya komissiyasının fəaliyyəti başa çatıb
Kürdəmir sakini külli miqdarda heroin daşıyarkən yaxalandı (FOTO)
Tovuz rayonunda 1 şəhər və 4 kəndi əhatə edən yolların yenidən qurulması davam edir (FOTO)
DTX-nın həbs etdiyi XİN əməkdaşlarının şikayətləri rədd edildi
Zaqatalada hovuzda istirahət edən şəxslər cərimələndi (VİDEO)
Bütün xəbərlər