...

Cavid Osmanov: "Milli Şura" təmsilçiləri bir daha göstərdilər ki, onların öz aralarındakı ünsiyyət söyüş və təhqir üzərində qurulub

Siyasət Materials 8 İyun 2020 19:25 (UTC +04:00)
Cavid Osmanov: "Milli Şura" təmsilçiləri bir daha göstərdilər ki, onların öz aralarındakı ünsiyyət söyüş və təhqir üzərində qurulub

Bakı. Elçin Mehdiyev - Trend:

“Milli Şura” adlanan xəyanətkarlardan ibarət qurupun videokonfransında növbəti dəfə xalqımıza qarşı təhqirlər yağdırıldı, saymazyana yanaşıldı və əlbəttə ki, radikal müxalifətin bu davranışı bir daha Azərbaycan xalqı tərəfindən böyük nifrətlə qarşılandı.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, videoya baxanda görünür ki, onlar xalqa qarşı saymazyana hərəkət edirlər: “Oturuşları-duruşları tərbiyəsizlikdir, canlı yayımda biri uzanıb, biri necə istəyir oturub, bu, birbaşa təhqirdir və insanları aşağılamaqdır.

Bildiyiniz kimi, konstruktiv müxalifət partiyaları hökumətlə dialoqa gedirlər. "Milli Şura"nın rəhbəri Cəmil Həsənli həmin görüşdə hakimiyyətlə dialoqa gedən müxalifət partiyalarını çox aşağılayıcı formada təhqir edir, onları hətta “tryapka” adlandırmaqdan çəkinmir və deyir ki, bu “tryapka” ayaqqabı silməyə də yaramır. Bu, Azərbaycan xalqına qarşı birbaşa təhqirdir və ümumilikdə xalqa qarşı olan bir nifrətdir.

Digər tərəfdən, bunların canlı yayımda bir-birilərinə çəkdikləri misallar və xalqımızın nümayəndələrini təhqir edərək qəhqəhə ilə gülmələri küçə tərbiyəsizliyidir. Bəzən, küçə tinlərində dayanıb tərbiyəsizlik edən adamlar olur. Bax, "Milli Şura"nın səviyyəsi həmin tində duranlardan da aşağıdır. Bu hərəkətləri ilə göstərdilər ki, onların öz aralarında münasibətləri birmənalı olaraq söyüş və təhqir üzərində qurulub və bundan zövq alırlar. Bu, artıq bir həyat tərzidir. Belə tərbiyəsizliklə bunlar Azərbaycana siyasi mədəniyyət təqdim etmək istəyirlər. Çalışırlar ki, Azərbaycan xalqına kənardan da bu formada qiymət verdirsinlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti