...

Arzuman Abdulkərimov: Radikal müxalifət videokonfranslarda özü özünü ifşa edir

Siyasət Materials 11 İyun 2020 15:00 (UTC +04:00)
Son günlər milli şura deyilən qurumun və AXCP-nin rəyasət heyətinin bir necə rəzil formada olan videokonfranslarının şahidi olmuşuq. Bunu Trend-ə Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.
Arzuman Abdulkərimov: Radikal müxalifət videokonfranslarda özü özünü ifşa edir

Bakı. Elçin Mehdiyev – Trend:

Son günlər "Milli Şura" deyilən qurumun və AXCP-nin rəyasət heyətinin bir neçə rəzil formada olan videokonfranslarının şahidi olmuşuq.

Bunu Trend-ə Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

A.Abdulkərimov bildirib ki, canlı yayımda olan videokonfranslarda o qədər küçə jarqonlarından, təhqirlərdən istifadə olunur ki, adam ora baxmaqdan utanır:

“Sonuncu konfranslarda da biz şahidi olduq ki, orada siyasi müxalifət üzvləri də təhqir olunurlar, alçaldılılırlar. Eyni zamanda Azərbaycanın bir regionu bunların konfransında lağlağı obyektinə çevrilib. Cəmil Həsənli hökumətlə dialoqda iştirak edən müxalif partiya rəhbərlərini “triyapqa” adlandırmaqdan da çəkinmədi. Bildiyiniz kimi bu söz kifayət qədər alçaldıcı mənada işlədilir. Düşünürəm ki, hökumətlə dialoqda iştirak edən müxalifət partiyaları özləri də Cəmil Həsənlinin cavabını verməlidirlər, çünki burada onların ünvanına çox ciddi təhqir səsləndirilib”.

A.Abdulkərimov bildirib ki, AXCP-nin rəyasət heyətinin videokonfransı da təhqir və söyüşlərlə zəngin idi: “Bu hallar Azərbaycan xalqına əsas verir ki, bu radikal qüvvələri dəstəkləməsinlər. Yəni oponentlərinin onlara qarşı təbliğat aparmasına ehtiyac qalmır. Onlar özlərini getdikcə ifşa etməyə davam edirlər. Əslində bunların hansı məqsədə xidmət etdikləri bəlli idi, biz həmişə vətəndaşlara bunları deyirdik və vətəndaşlarımız da bizi dəstəkləyirdi. Radikal müxalifət videokonfransları ilə özlərini ifşa etdilər. Vətəndaşlar gördü ki, o videokonfranslar hansı küçə söyüşləri ilə gedir, onlar hansı səviyyəyə sahibdirlər, əxlaqa zidd davranırlar. Azərbaycan xalqı heç zaman bu cür qüvvələrə dəstək verməyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti