...

Pərvin Kərimzadə: Müstəqillik tariximizin dönüş nöqtəsi - Qurtuluşdan tərəqqiyə

Siyasət Materials 13 İyun 2020 13:41
Pərvin Kərimzadə: Müstəqillik tariximizin dönüş nöqtəsi - Qurtuluşdan tərəqqiyə

Trend-i buradan izləyin

Bakı. Trend:

Böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olub. Ulu Öndər Heydər Əliyev ölkəmizi bütün təhlükələrdən qoruyub, xalqımızın rifahının, əmin-amanlığının, sabitliyinin, təhlükəsizliyinin, eyni zamanda, Azərbaycanın gələcəyinin təmin edilməsinə zəmin yaradıb.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Millət vəkili bildirib ki, Tanrının xalqımıza bəxş etdiyi bu böyük insanın ömrünün hər anı, hər dəqiqəsi Vətənə, millətə sədaqətlə xidmətin əsl təntənəsi olub.

Heydər Əliyev Azərbaycan dövlətinin haqq səsini bütün dünyaya çatdırdı, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratdı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi, adını qızıl hərflərlə bəşəriyyət tarixinə yazdırdı. Məhz Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ulu Öndərin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətin həyata keçirilməsi nəticəsində mümkün oldu.

1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanda bir-birini əvəz edən səriştəsiz rəhbərlərin şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları ölkədə xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə, real vətəndaş qarşıdurmasına səbəb olmuşdu. Ölkədə vətəndaş müharibəsi həddinə çatmış qarşıdurma dövlət müstəqilliyimizi, mili varlığımızı təhlükə qarşısında qoyurdu. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqların işğalı, getdikcə gərginləşən vəziyyət siyasi və mili liderə ehtiyacı zəruri edirdi.1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən azad etdi, ölkəmiz öz nicatını görkəmli siyasətçinin hakimiyyətə qayıdışında tapdı.

Beləliklə, Qurtuluş Günü müstəqil tariximizin dönüş nöqtəsi oldu. Ən əsası vətəndaş qarşıdurmasının, qardaş qırğınının qarşısı alındı. Milli dövlətçilik konsepsiyamız yarandı. Azərbaycançılıq ideologiyası ətrafında dünya Azərbaycanlıları birləşdi. Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başladı. Dahi şəxsiyyət Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənliyi və sarsılmaz qətiyyəti nəticəsində Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı. Ölkədə ordu quruculuğu, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı.

Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs sazişi imzalandı. Bir sözlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi ilə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir güclü nizami ordunun təməli qoyuldu. Hazırda dünyanın 50 ən güclü ordusu sırasında olan Azərbaycan ordusunun gücünə dünya aprel döyüşlərində şahid oldu. Eyni zamanda atəşksin əldə olunması, sabitliyin bərqərar olması ilə beynəlxalq aləmdə Azərbaycana inam və maraq artdı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalandı və neft strategiyasının işlənib hazırlandı. Müstəqil Azərbaycan iqtisadi inkişafının əsasları qoyuldu. Ulu Öndərin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı. 1995-ci ildə müstəqil dövlətin müstəqil Konstitusiyası qəbul edildi.

Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Milli Qurtuluş günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı kimi deyil, həm də müasir müstəqillik tariximizin dönüş nöqtəsi kimi qeyd edildi. Bu tarixdən Ulu Öndərin uzaqgörən, praqmatik siyasəti nəticəsində. Azərbaycanın inkişafının, müstəqilliyinin, dövlətçilik tarixinin şanlı səhifəsi yazıldı.

Pərvin Kərimzadə qeyd edib ki, bu gün dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlət başçısı İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət yürüdür. Bu gün AZərbaycan xalq-iqtidar birliyinin mövcud olduğu güclü dövlətdir.Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib, ölkəmizin dünya dövlətləri arasında nüfuzu artıb. Ulu Öndər Heydər Əliyev ideyaları yaşayır dedikdə, bu gün Azərbaycanın inkişaf perspektivlərini, rifahını, əmin-amanlığını, sabitliyini, təhlükəsizliyini və eyni zamanda, Azərbaycanın gələcəyini başa düşürük.

Azərbaycan xalqı da tam əmindir ki, Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil ölkəmizin dövlət müstəqilliyi əbədi, daimi və dönməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti