Əli Əhmədov: “Milli şura”nın məqsəd və fəaliyyət formalarına ən ötəri nəzər salmaq kifayətdir ki, onun sözün əsl mənasında antimilli şura olduğuna əminlik yaransın

Əli Əhmədov: “Milli şura”nın məqsəd və fəaliyyət formalarına ən ötəri nəzər salmaq kifayətdir ki, onun sözün əsl mənasında antimilli şura olduğuna əminlik yaransın

Bakı. Elçin Mehdiyev – Trend:

Özünə şərəfli bir ifadədən istifadə edərək ad qoymuş milli şuranın nə millət, nə də xalq anlayışları ilə hər hansı əlaqəsinin olmadığını Azərbaycanda uşaq da bilir. Şübhəli və qaranlıq niyyətlərini gizlətmək üçün “xalq”, “millət” anlayışlarının bəzi partiyalar və hərəkatlar tərəfindən konspirativ element kimi istifadə edilməsi tarixdən yaxşı məlumdur. Trend-in məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi “facebook” səhifəsində yazdığı “Antimilli şura” sərlövhəli məqaləsində bildirib.

Ə.Əhmədov bildirib ki, 2013-cü il prezident seçkiləri ərəfəsində müxtəlif adlarla meydana gələn və nəhayət, “milli şura” adını qəbul edən qruplaşmanın Azərbaycanın milli maraqlarından qaynaqlandığını düşünmək siyasi sadəlövhlükdən başqa bir şey deyil. Sadəcə olaraq, həmin qruplaşmanın Azərbaycanın siyasi sisteminə uyğunlaşdırılması məqsədilə onun xalqda rəğbət yarada biləcək ad altında təqdimatı kimi konspirativ metoddan istifadə edildi:

“Nəticə etibarilə “milli şura” adlanan, əslində millət və xalq anlayışları heç bir əlaqəsi olmayan pozucu, mahiyyətcə isə antimilli qruplaşma yaranmış oldu. Buna görə də onun “milli şura” deyil, “antimilli şura” adlandırılması daha doğru və ədalətli olar”.

Əli Əhmədov məqaləsində qeyd edib: “Siyasi partiyanın, yaxud qruplaşmanın mahiyyətini onun adı deyil, məqsədləri və fəaliyyət formaları müəyyən edir. Haqqında söhbət etdiyimiz qrupun məqsəd və fəaliyyət formalarına ən ötəri nəzər salmaq kifayətdir ki, onun sözün əsl mənasında antimilli şura olduğuna əminlik yaransın. Əvvəla, onun yaranması tarixi şübhələr və müəmmalarla doludur. 2013-cü ilin prezident seçkiləri ərəfəsində cərəyan edən siyasi proses və qruplaşmalar, açıq şəkildə özünü büruzə verən xarici maraqlar milli şuranın yaranmasında əsas rol oynayan amillər olub. O zamankı təhlilçilərin birmənalı rəyinə görə, milli şura bir sıra maraqlı xarici qüvvələrin layihəsi kimi meydana gəlmişdi. 2013-cü il iyun ayının 7-də qurumun təsis yığıncağının beynəlxalq təşkilatların və xarici ölkə səfirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilməsi kiçik bir epizod olsa da, obrazlı şəkildə desək, doğulan körpənin göbəyini kimlərin kəsməsi barədə təsəvvür yaradır. Lakin bu körpənin dünyaya gəlməsində daha əhəmiyyətli rol oynamış “ata” və “anası” da olmamış deyildi. Ancaq maraqlı olan budur ki, onlar da Azərbaycanın siyasi mühitinin yetirmələri sayılmırdı və bu səbəbdən yarana biləcək şübhələri aradan qaldırmaq üçün “körpəyə” milli ruha asanlıqla yol tapan ad qoymaq lazım idi. Beləliklə, milli şura adı meydana gəldi. Bundan yaxşısını düşünmək mümkün deyildi: həm şərəfli tarixi var (Azərbaycan Xalq Cümhuriyyətini 1918-ci ilin may ayının 27-də yaradılmış Müvəqqəti Milli Şura elan etmişdi), həm də bu ad altında millətin maraqlarının şəriksiz ifadəçisi roluna iddia etmək mümkün idi.

Adətlərinə uyğun olaraq, Azərbaycanın sərhədlərindən kənarda kimlərinsə göstərdiyi yağlı tikədən pay qoparmaq istəyənlər də tələm-tələsik milli şuranın ətrafında toplaşaraq, yad maraqların ifadəçisi kimi xəyanət yoluna yuvarlandılar. Lakin xoşbəxt anlar çox çəkmədi. 2013-cü ilin prezident seçkilərində xalq səsini onun maraqlarının həqiqi və layiqli təmsilçisi İlham Əliyevə verdi. Milli maraqlara xəyanət edib yağlı tikədən pay almaq həvəsi ilə yenicə yaradılan quruma qoşulanlar vaxt itirmədən oranı tərk etdilər, çünki onun ləkəli imicinə şərik olmaq artıq heç nə vəd etmirdi. Yalnız Əli Kərimli və Cəmil Həsənli “milli şurada” antimilli fəaliyyətlərini davam etdirmək seçiminə “sadiq” qaldılar və bu günə qədər də həmin “yola” sədaqətlə xidmət edirlər.

Milli şuranın antimilli mahiyyəti onun mayası ilə şərtlənsə də, yalnız yaranması tarixi ilə məhdudlaşmır. Azərbaycanın reallıqlarını təhrif etmək, onun imicinə ləkə yaxmaq, anti-Azərbaycan təbliğatı aparmaq bu qurumun başında duranların sevimli peşəsidir. Azərbaycanın onların iştirak etmədiyi tarixində onlarla, yüzlərlə sözün həqiqi mənasında insanda iftixar hissi yaradan hadisələr olub. Mən onların yalnız bir neçəsini sadalamaq istəyirəm: əsrin möhtəşəm neft müqaviləsinin imzalanması və üç dənizin əfsanəsi adlandırılan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin inşa edilib istifadəyə verilməsi (məhz onların sayəsində ölkəmizin iqtisadiyyatı və geopolitik vəziyyəti əsaslı surətdə güclənə bildi), gənc dövlət üçün inanılmaz diplomatik nailiyyət sayılan Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi (bu uğura keçmiş SSRİ respublikaları olan müasir müstəqil dövlətlərdən yalnız bir neçəsi nail ola bilib), hazırda isə BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməsi, ölkəmizin Avropanın ən mötəbər mahnı müsabiqəsində qalib çıxaraq növbəti müsabiqənin 2012-ci ildə Bakıda keçirilməsi, Birinci Avropa Oyunlarının Azərbaycanda baş tutması, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi, ən mötəbər idman yarışlarında idmançılarımızın uğurları, Ramil Səfərovun Azərbaycana ekstradisiyası, Aprel döyüşlərində düşmənə endirilən möhtəşəm zərbə, cəbhəçilərin hakimiyyəti dövründə xarabazarlığı xatırladan Bakının, digər şəhərlərin, bütünlüklə ölkənin simasının kökündən dəyişməsi, sadalanması çox vaxt aparan daha nə qədər uğurlar və nailiyyətlər. Soruşmaq istəyirəm: ayrı-ayrılıqda hər biri milli qürur və iftixar mənbəyi ola biləcək bu uğurlarımızın hansına “milli şura” adını götürmüş qrupun üzvləri azacıq da olsa sevindilər? Heç birinə. Tam əksinə, əllərindən gələni etdilər və bu gün də edirlər ki, Azərbaycanın haqqında onun layiq olmadığı təsəvvürləri yaratsınlar.

Sadaladıqlarım “milli şuranın” antimilli mahiyyətini ifadə edən faktların heç də hamısı deyil. Bu və ya digər səbəblərlə əlaqədar Azərbaycanın üzləşdiyi çətinliklərə sevinmələri orada toplaşanların xislətinin ən eybəcər cəhəti kimi hamıya məlumdur. Nə qədər inanılmaz olsa da, o insanlar bir-birini ölkəmizin üzləşdiyi çətinlik və ya problemlərlə təbrik edirlər. Dünya bazarında neftin qiymətinin ucuzlaşması münasibətilə antimilli şura üzvlərindən birinin digərinə gözaydınlığı verməsi cəmiyyətə yaxşı məlumdur. İndi isə, yəqin ki, əlləri göylərdə dualar edirlər ki, koronavirus Azərbaycana daha çox problem yaratsın. Çoxdan müşahidə etdiyimiz mənzərədir: xalqımızın sevincinə səbəb olan, onu ruhlandıran hadisələr baş verəndə onlar yasa batır, problem yarandıqda isə bayram edirlər. Nə yaxşı ki, tale onlara tez-tez sevinməyi nəsib etməyib (söhbət heç bir halda şəxsi həyat anlarından getmir). Bayramı xalqın bayramı, dar günü xalqın dar günü ilə bir olmayanların xalqın dostu adlandırılmağa mənəvi haqqı çatmır. Onlar bədniyyətlər və bəduğurlardır. Onlar harada varsa, orada qan tökülür, faciələr yağır, səfalət yaşanır. Xalq cəbhəsi yaranan gündən Azərbaycanda xalq bir-birini əvəzləyən ağrı-acılar yaşamağa başladı: erməni təcavüzü genişləndi, cəbhədə qanlar töküldü, 1990-cı ilin 20 yanvar faciəsi baş verdi, Gəncədə vətəndaş müharibəsi alovlandı, xalq çörəklə sınağa çəkildi, ölkə parçalanmaq həddinə çatdırıldı. Bir partiya bir neçə ilin içərisində xalqa nə qədər faciələr yaşada, nə qədər qanlar tökə bilər?!

Mən bunları ona görə xatırladıram ki, indi “milli şura” adlanan, əslində isə antimilli şurada toplananlar həmin bədniyyət və bəduğurların qalıqlarıdır.

Nə yaxşı ki, tariximiz yalnız onlardan ibarət deyil. Müasir tariximiz əsasən və daha çox gəlişi ilə ölkəyə sabitlik, əmin-amanlıq, ruzi-bərəkət gətirənlərin tarixidir. Bir daha onun şahidi olduq ki, heç bir xalq onun tarixini anti-milli ruhlu adamların yazmasına nə razı olar, nə də imkan verər”.

"ADY Container"  yük daşımalarının həcmini artırıb
"ADY Container" yük daşımalarının həcmini artırıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
Loading Bars
Xəbər lenti
Britaniya Fransa, Hollandiya və Monakodan ölkəyə gələnlərə yenidən karantin tətbiq edəcək
Lənkəranda aviobomba aşkar olunub (FOTO)
Boliviyada seçkilər 18 oktyabrda keçiriləcək
"Leypsiq" Çempionlar Liqasının yarımfinalına keçid qazanıb
Moskvada koronavirusdan ölənlərin sayı 4 633 nəfərə çatıb
Fələstin BƏƏ-dəki səfirini geri çağırır
Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun Minsk Qrupunun həmsədri statusuna ziddir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 276 mindən çox artıb
“iPhone 12” smartfonlarının təqdimat vaxtı məlum olub
Agentlik sədri: Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər
Türkiyədə koronavirusdan sağalanların sayı 228 min nəfəri ötüb
"Xiaomi" dünyada ilk ultra-nazik şəffaf televizor istehsal edib
Arzu Nağıyev: ATƏT-in MİNSK qrupu verdiyi qərarlara hörmət etməlidir (VİDEO)
Hulusi Akar: 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür
Hulusi Akar: Türkiyə ilə Azərbaycanın silahlı qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub
Prezident İlham Əliyev: Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur
Prezident İlham Əliyev: Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür
Prezident İlham Əliyev: Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur
Ədliyyə Nazirliyi: 100 məhkum cəzadan tamamilə azad edilib
Məhkumlara sovqat və banderolların verilməsi bərpa olunub
Məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb
Yardımlıda qəza edən "Niva" qaz xəttini zədələdi
İqtisadiyyat Nazirliyi 65 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edib
Ermənistan kimi təcavüzkar ölkənin silahlandırılması təəssüfedici faktdır - Aydın Quliyev
Ağstafa və Salyanda "Ford" markalı avtomobil yanıb
“Facebook” istifadəçilərin biometrik məlumatlarının icazəsiz toplanmasında ittiham olunur
Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib (FOTO/VİDEO)
AQTA 76 obyektdə kobud pozuntular aşkarladı
İtalyan jurnalist: Ermənistanda totalitar rejim hökm sürür
Təsdiq edilən yeni qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişlərinin əhatəsini genişləndirəcək
İndoneziya bu ilin sonunadək sərhədləri açmayacaq
İnstitut summativ qiymətləndirmələrin aparılmasını vacib sayır
Ərdoğanla Merkel arasında telefon danışığı olub
Azərbaycan nümayəndəsi UNESCAP-ın ASİSM layihəsi üzrə İdarəetmə Komitəsinin iclasında iştirak edib
Səfir Eldar Həsənov tutulub - DTX
Azərbaycanda 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı
Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir - Deputat
XİN-də Azərbaycan-Gürcüstan əlaqələri müzakirə edilib
Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib - RƏSMİ (FOTO)
Avqustun 14-də dolların manata qarşı məzənnəsi
"Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub
İqtisadiyyat Nazirliyində yeni təyinat olub
Rusiya vaksini orqanizmi koronavirusdan iki il müddətində qoruyacaq
Xaçmazda artezian quyusunun qazılması ilə 200-dən çox sakinin içməli suya olan tələbatı tam ödəniləcək (FOTO)
Ali məktəb və kolleclərdə tədrisin distant formada təşkili təklif olunur
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
Polis Oğuzda reyd keçirib (FOTO)
Orta məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsi məqsədəuyğun sayılmır
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
Uşaq bağçalarının yalnız bu ərazilərdə açılması təklif edilir
Zakir Həsənov: Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək
Təhsil İnstitutu tədrisin bərpası ilə bağlı təkliflərini açıqladı
Hulusi Akar: Xocalı soyqırımını törətmiş və Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı sonadək Azərbaycanın yanındayıq
Siyəzəndə iki yük avtomobili toqquşub
Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib
“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib (FOTO)
Los-Anceles polisi azərbaycanlılara hücum edən erməniləri axtarır
Bakı polisi nəzarət-profilaktiki tədbirləri davam etdirir (FOTO)
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanun təsdiqləndi
“The Jewish Press”: İsraildə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib (FOTO)
Xaçmaz polisi təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıb (FOTO)
Bu gün keçirilən qəbul imtahanlarının nəticələri nə vaxt elan ediləcək? - RƏSMİ (FOTO)
Cəmi 15 dəqiqəyə Unibankda onlayn sahibkar hesabı aç!
Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüb
Siyəzəndə yas mərasimi keçirənlər cərimələniblər
Avqustun ortalarında hava sərin keçəcək
Nazir: Almaniya yaxın aylarda öz vaksinini istehsal edə bilər
Professor: Sevr müqaviləsi Türkiyə Böyük Millət Məclisində rədd edilmiş və lazımsız kağız parçası kimi cırılıb kənara atılmışdı
Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər - Siyavuş Novruzov
İki kəndin su təchizatı ilə bağlı yeni layihənin icrasına başlanıb (FOTO)
BP "Şahdəniz"dən qaz hasilatını artırıb
Azərbaycan neftinin son qiymətləri
Xəzərin ekoloji mühitinə mənfi təsirlərin azaldılması üçün müzakirələr aparılıb
Şahdəniz qazının Səngəçal terminalı ilə ixracı artıb
İranda koronavirusdan ölənlərin sayı 19 min nəfəri keçib
AÇG-də neft hasilatı azalıb
Polislər boğulmaq üzrə olan iki nəfərin həyatını xilas edib (FOTO)
Sabah yağış yağacaq - 14 avqustda gözlənilən hava şəraiti
Dövlət orqanlarında işçi sayı 50 faizə qədər müəyyən edilib
BP AÇG üzrə xərcləri artırıb
Bulvarda istifadəyə verilən idman qurğularına və veloparka xüsusi nəzarət olunur (FOTO)
“İnstagram”da narkotiki təbliğ şəxs həbs edilib (VİDEO)
Epidemiyanın bədii ifadələri covidoscope.org saytında (FOTO)
Gənc könüllülər bilikləri ilə yarışdılar (FOTO)
Sosioloq: Azərbaycanda ictimai qınağın yüksəldilməsinə böyük ehtiyac var
İranla enerji əməkdaşlığı müzakirə edilib (FOTO)
İndiyə qədər 5,9 milyon manat ƏDV məbləği geri ödənilib
BP: Pandemiya materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olur
Ermənistanın Bolqarıstandakı səfirliyinin yalanları ifşa olunub (FOTO)
Prokurorluq sosial şəbəkələrdə (VİDEO)
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür (FOTO)
DİM: İndiyədək buraxılış imtahanlarında 3 nəfər maksimal bal toplayıb
Avstraliyada işsizlərin sayı ilk dəfə 1 milyon nəfəri keçib
Smart sayğaclar mexanikilərlə niyə əvəzlənir? - “Azəriqaz”dan açıqlama (FOTO)
Kişmişin içərisindən 5 kiloqram narkotik çıxdı (FOTO)
Bakı Metropoliteni işçi axtarır
Filippin Rusiyanın istehsal etdiyi koronavirus vaksinini sınaqdan keçirməyi planlaşdırır
Kəndimizə bütün giriş-çıxış yollarını bağlamışdılar - Ermənistandan qovulan azərbaycanlı o dövrdə yaşadıqlarını danışıb
Bakıdan rayona gedən koronavirus xəstəsi postda saxlanılıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bütün xəbərlər