Vüqar Rəhimzadə: “Milli Şura” xəyanətkarların və siyasi dələduzların toplaşdığı “ölü doğulmuş” dərnəkdir

Vüqar Rəhimzadə: “Milli Şura” xəyanətkarların və siyasi dələduzların toplaşdığı “ölü doğulmuş” dərnəkdir

Bakı. Trend:

Radikal müxalifət daim tariximizi, saxtalaşdırmağa, istismar etməyə cəhd göstərib. Dağıdıcı müxalifət düşərgəsində bir araya gələn antimilli ünsürlər mahiyyətini, siyasi yükünü və digər keyfiyyətlərini anlamadan Rəsulzadəni, Müsavatı, Cümhuriyyət dəyərlərini təcavüzə məruz qoyublar. Bu gün müsavatçılığın mahiyyətini anlamayanlar Müsavat Partiyasının, milli xalq hərəkatının hansı məqsədlər üçün yarandığını unudanlar AXCP-nin timsalında bir siyasi partiyanı dələduzlar, cinayətkarlar yuvasına çeviriblər. Belə bir dələduzlar dərnəyindən biri də məhz “Milli Şura” adlanan amorf qurumdur. “Milli Şura”nın ətrafında toplaşanların fəaliyyətlərinin təhlili birmənalı olaraq belə bir fikir söyləməyə əsas verir ki, bu qurum xəyanətkarların və siyasi dələduzların toplaşdığı “ölü doğulmuş” dərnəkdir, antimilli düşərgədir.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, 2013-cü ildə xəyanət və satqınlıq simvolu kimi yaradılan “Milli Şura” da Müsavat və AXCP kimi tariximizin istismarı üzərində qurulmuşdu: “Heç kəsə sirr deyil ki, 1918-ci ildə yaradılmış müvəqqəti “Milli Şura” Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edilməsinə gedən yolda bir platforma olmuşdu. Lakin 2013-cü ildə eyniadlı təşkilat yaratmaqla əslində xalqa və dövlətə xəyanət yolunu tutanlar bununla da tariximizi təhrif etməyə, onu barbarcasına istismar etməyə cəhd göstəriblər.

“Milli Şura” bir anti-Azərbaycan layihəsi olaraq xarici ölkələrin birinin paytaxtında qurulub ölkəmizə ixrac olunan bir xəyanət layihəsi idi. Hələ 2013-cü ildə prezident seçkiləri ərəfəsində Rusiyadakı anti-Azərbaycan qüvvələrin maliyyə dəstəyi ilə yaradılan bu üzdəniraq dərnək çevriliş yolu ilə hakimiyyəti ələ almaq niyyətini güdürdü. Əlbəttə ki, “Milli Şura” layihəsinin mahiyyətindəki bu planı Əli Kərimli, Cəmil Həsənli kimilər də bilir və etiraf edirdilər. Bir sözlə, “Milli Şura” niyyəti və fəaliyyəti ilə əslində antimilli “şura” olduğunu hər kəs gördü. O, xalqın deyil, ermənipərəst dairələrin, Azərbaycan xalqının və dövlətinin düşmənlərinin ölkəmizdəki maşası oldu. Elə bu səbəbdən də xalq 2013-cü ildə mayası xaricdən olan antimilli “şura”ya birmənalı “yox” dedi. Əlbəttə ki, xalqın təpkisindən nəticə çıxaran bəzi siyasi partiyalar və təşkilatlar vaxt itirmədən antimilli “şura”nı tərk etdilər. Çünki onun ləkəli, xəyanətkar imici yaxşı heç nə vəd etmirdi. Amma bəlli səbəblərdən antimilli “şura”nın yalnız Əli Kərimli və Cəmil Həsənli kimi “çürümüş dirəkləri” həmin xəyanət yoluna “sadiq” qaldılar”.

Vüqar Rəhimzadə vurğulayıb ki, son bir neçə həftə ərzində antimilli “şura”nın ictimailəşən onlayn iclaslarında səslənən fikirlər, edilən qeybətlər və atılan şər-böhtanlar dərnəkdə birləşənlərin xəyanətkar mahiyyətlərini bir daha ortaya qoyur: “Artıq antimilli “şura”nın başında duranlar o qədər azğınlaşıb və quduzlaşıblar ki, xalqı ələ salmaqdan, onun ağır gününə sevinməkdən belə çəkinmirlər. Hər kəs xatırlayır ki, antimilli “şura”nın onlayn iclasında Gültəkin Hacıbəyli neftin qiymətinin 14 dollara düşməsinə görə çox sevinir. İclasda Gültəkin Hacıbəyli "Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin", - deyə bildirir. Cəmil Həsənli isə "Bu son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün, sonra təbrik edərəm", - deyə vurğulayır.

Əlbəttə ki, bu antimilli “şura”nın “ştatnikləri” bir şeyi unudurdular ki, neftin qiymətinin düşməsi, gəlirlərin azalması xalqımızın hər bir vətəndaşına ziyandır. Azərbaycan xalqının gəlirlərinin azalmasına yalnız xalqın düşmənləri– ermənilər, bir də Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimilər sevinə bilərlər. Bu xəbəri eşitdikdən sonra onların sevinmələri, qəhqəhə çəkib gülmələri Azərbaycan xalqına olan nifrətlərinin bariz göstəricisidir. Bəlkə də elə bü səbəbdən idi ki, sosial şəbəkədə yayımlanan bu videogörüntüyə şərh yazan insanlar onları düşmən, xain adlandırdılar.

Bu günlərdə yayılmış videoda Qənimət Zahidin “bizim işimiz hakimiyyəti şərləməkdir”, Vahid Məhərrəmlinin isə “xalq elə başa düşsün ki, biz onların qayğısını çəkirik” demələri antimilli “şura”nı bir daha ifşa etmiş oldu.

Bütün bu faktlar onu sübut edir ki, antimilli “şura”da yer alanlar xalqımızın və dövlətimizin ancaq pis gününü arzulayırlar. Onlar üçün hər bir uğur dərd, xoşagəlməz hadisə isə sevincdir. Təsəvvür edin ki, son 1 ay ərzində Avropa İttifaqı Azərbaycan dövlətinin, xalqının milli maraqlarına tam cavab verən qərarlar qəbul etdi, lakin antimilli “şura” susdu, danışmadı. Lakin Kür çayında təbii hadisələrə görə quruma prosesi getdi, bir neçə ətraf yaşayış məntəqəsində su olmadı, fürsət elə budur deyib, antimilli “şura” bu məsələni də hakimiyyət əleyhinə çevirmək üçün güclü ləkələmə kampaniyası başlatdı. İndi kim deyə bilər ki, antimilli “şura”dakılar xalqımızı düşünürlər? Orada yer alanları azərbaycanlıların həyat səviyyəsi, yaşamı maraqlandırırmı? Xeyr”.

Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycan xalqı bir dəfə antimilli ruhluları tarixin zibilliyinə yollayıb: “1992-ci ildə xalqın iradəsinin əksinə silah gücünə hakimiyyəti qəsb edən antimilli AXC-Müsavat tandemini insanlarımız cəmi 13 ay sonra qovdu. Xalq Dağlıq Qarabağın işğalına yol açmış, ölkədə vətəndaş müharibəsi, aclıq, səfalət başlatmış bir antimilli hakimiyyətə dözmək fikrində deyildi və lazım olanı etdi. Bu gün də eyni xəyanət yolunu tutmuş “Milli Şura”dakı Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilərin satqınlıqlarına xalq yenidən layiqli cavabı verəcək. Hakimiyyət qarşılığında Qarabağı qurban verməyə hazır olan antimilli “şura”nın növbəti dəfə qovulması daha rüsvayçı ola bilər. Ona görə də nə qədər gec deyil bu şər yuvasında birləşənlər üzdəniraq “Milli Şura”anı buraxsalar və xəyanət yolundan çəkilib siyasətdən getsələr onlar üçün daha yaxşı olar. Əks halda Azərbaycan xalqı onların növbəti xəyanətini də bağışlamayacaq, bu dəfə tarixin daha dərin, daha üfunətli zibilliyinə atacaq”.

"Twitter" şirkəti yenidən təşkil olunacaq
"Twitter" şirkəti yenidən təşkil olunacaq
Ən məhsuldar smartfonun adı məlum olub
Ən məhsuldar smartfonun adı məlum olub
Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı
Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı
Loading Bars
Xəbər lenti
Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
"Yaşıl Marafon" çərçivəsində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi (FOTO)
Azərbaycanda 1 406 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Ombudsmanın İtaliyaya səfəri İtaliya mətbuatında geniş işıqlandırılıb
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib (FOTO)
Avropa ölkələri Əfqanıstanda ümumi diplomatik missiya aça bilər
İranda ötən sutka daha 58 nəfər koronavirusdan ölüb
Bitkoin 20 faizə yaxın ucuzlaşıb
Güləş Federasiyasının ofisindən içərisində 63 min manat olan dəmir seyf oğurlanıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev Tailand və Finlandiyanın dövlət başçılarını təbrik edib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi
Xaçmazın icra başçısı Elnur Rzayev problemlərlə yerində tanış olub (FOTO)
Komando hərbi hissəsində taktiki təlim keçirilib (FOTO/VİDEO)
“Yevlax Pilot Aqropark”ın açılışı olub (FOTO)
Stokholmda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının səbəbi açıqlanıb
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb
Əlillərin cəmiyyətə inteqrasiyasının qarşısını alan maneələr aradan qaldırılmalıdır - Ombudsman Aparatı (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
40-a yaxın əlil kurort və müalicə mərkəzlərinə göndərilib
Qəbiristanlıqlardan oğurluq edənlər saxlanılıblar (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 280 mini keçib
Sosial reabilitasiya layihəsinə 6200 uşaq cəlb edilib (FOTO)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda kafe və aptekdən oğurluq edilib
İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək - İranın sabiq səfiri
2021-ci ilin son Günəş tutulması başlayıb (VİDEO)
Təbii qaz "omikron" ştammına görə ucuzlaşa bilər
Bazar günü hava yağmursuz keçəcək, 15 dərəcəyədək isti olacaq
Salyanda işlədiyi mağazadan 63 min manat pul oğurlayan şəxs saxlanılıb
Goranboyda evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
Zərdabda toy sahibi cərimələnib
Zəngilanın Ağalı kənd sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq (FOTO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ÜST ilə əməkdaşlıq memorandumu imzalayır (VİDEO)
Qazilər hansı halda müalicə üçün xaricə göndərilir?
Qusarda ev yanıb, bir nəfər ölüb
Dostumun atasını FHN hospitalına yerləşdirmək üçün 3 min manat istədilər - Məhkəmə
Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı
Azərbaycan nefti bahalaşıb
Həbsxanadan çıxandan 15 dəqiqə sonra avtomobil qaçırtdı (FOTO/VİDEO)
XİN-də işə qəbulla bağlı imtahanda iştirak üçün tarif müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində iştirak edir (FOTO)
Ötən gün 105 nəfər COVID pasportu olmadığına görə toya buraxılmayıb
Lənkəranda koronavirus xəstəsi çayxanada aşkarlanıb
Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Ordunun Təlim və Tədris Mərkəzində seminar keçirilib (FOTO)
bp-nin azad olunmuş ərazilərdə tikəcəyi elektrik stansiyasının investisiya dəyəri açıqlanıb
"Omikron" ştammı ABŞ-ın 10 ştatında aşkar edilib
Helikopter qəzasında yaralanan hərbçilərin vəziyyəti açıqlanıb
Suraxanıda üçmərtəbəli evdə yanğın olub
Bakıda mənzildə naməlum meyit tapılıb
Oğuzda "Kia" yanıb
Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Zaqatalada qapalı məkanlarda və ictimai nəqliyyatda reyd keçirilib, 30-a yaxın şəxs cərimələnib (FOTO/VİDEO)
Türkiyənin ixrac etdiyi məhsullarda "Made in Turkey" ifadəsi istifadə olunmayacaq
Fransa koronavirusun yayılmasında mübarizə üçün sərhəd nəzarətini gücləndirir
Türkiyə istehsalı olan hərbi texnikanın ixrac edildiyi bazarlar sırasında Azərbaycan ilk üçlükdədir
"Twitter" şirkəti yenidən təşkil olunacaq
İqlim dəyişikliyi ilə mübarizə üçün 10 trilyon dollara qədər vəsait tələb olunacaq - Kristalina Georgiyeva
Fransa və Qətər Əfqanıstana 40 tona yaxın humanitar yardım çatdırıb
BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatının bərpası tempinə təsirini qiymətləndirib
İsveçrə və Belçika koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirəcək
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma idxalına icazə verəcək
BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb
"Honda" şirkəti 790 minə yaxın avtomobili geri çağırır
ABŞ dövlət katibi Bayden ilə Putinin "ən yaxın gələcəkdə" danışacağını açıqlayıb
Ən məhsuldar smartfonun adı məlum olub
Koronavirusun "omikron" ştammı 38 ölkədə aşkar edilib - ÜST
Türkiyə prezidenti Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırılıb
Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib (FOTO)
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda çoxmərtəbəli binada yanğın olub, ölən var
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)
Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə”lər seçilib (FOTO)
MDU-da “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş olub
UNEC İqtisadi Forumunun sonuncu paneli: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya (FOTO)
Ombudsman nümayəndəsi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçiriləcək
Ərdoğan və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Tikinti-Təchizat Birliyi MMC-nin saxlanılması xərcləri müəyyənləşib
Dayanıqlı maliyyəni təmin etmək üçün alternativ maliyyə mənbələri vacibdir - Orxan Məmmədov
Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR
Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb (FOTO)
Ombudsman İtaliyada bir sıra rəsmi görüşlər keçirib (FOTO)
Bakıda şantaj yolu ilə qızı intihara vadar edən oğlan həbs edildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 703 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub (FOTO/VİDEO)
Sahil Babayev Qəbələdə şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib (FOTO)
Xaçmazda Vətən müharibəsi qazisi ziyarət olunub (FOTO)
Postmünaqişə dövrünün reallıqları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Roma papasının Aİ-dəki nümayəndəsi koronavirusdan ölüb
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regionda baş verən son prosesləri müzakirə edib
Dekabrın 6-na USD/AZN rəsmi məzənnəsi
Livanın informasiya naziri istefa verib
İsmayıllıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb
Muğanbankda struktur dəyişikliyi
Bütün xəbərlər