...

Şahin Mustafayev Milli Koordinator vəzifəsindən azad edildi

Siyasət Materials 3 İyul 2020 18:38 (UTC +04:00)
Şahin Mustafayev Milli Koordinator vəzifəsindən azad edildi

Bakı. Trend:

Prezident İlham Əliyev “Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamla “Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamının 1-ci hissəsindən Şahin Abdulla oğlu Mustafayevin adı çıxarılır.

Qeyd edək ki, Ş.Mustafayev ötən ilə qədər İqtisadiyyat naziri vəzifəsini tutub. Hazırda o, Baş Nazirin müavinidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti