Tamam Cəfərova: Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilib

Tamam Cəfərova: Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilib

Bakı. Trend:

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya şəraitində Azərbaycanın dünyadakı nüfuzu durmadan artır. Ölkə başçısı pandemiyaya qarşı mübarizə ilə bərabər, həm qlobal, həm də regional səviyyədə layihələrə ev sahibliyi edir, beynəlxalq əhəmiyyətli təşəbbüslərlə çıxış edir. Ölkə rəhbəri İlham Əliyevin diplomatik və siyasi dühası ətrafda bütün ölkələrlə ortaq nöqtələrin tapılmasına, əməkdaşlıq mühitinin inşasına, qarşılıqlı faydaya dayanan əlaqələrin qurulmasına gətirib çıxarıb. Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə keçirilən görüşü bu baxımdan böyük əhəmiyyət daşıyır.

Trend-in məlumatına görə, bu sözləri millət vəkili Tamam Cəfərova deyib.

Tamam Cəfərova qeyd edib ki, bu gün Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilmişdir. Yerləşdiyi əlverişli coğrafi mövqe, eyni zamanda yürüdülən siyasətə geopolitik spesifikaları da qatan Azərbaycan regional və qlobal proseslərdə güc mərkəzi kimi unikal rol oynamağa davam edir. Strateji baxımdan mühüm geosiyasi məkanda - Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlərboyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır. Əlverişli geosiyasi və coğrafi mövqe Azərbaycana yeni dividendlər qazanmaq şansı yaratmışdır.

Həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev mövcud reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi düzgün dəyərləndirərək, bundan həm də transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində başlıca amil kimi məharətlə istifadə etmişlər. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır.

Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi siyasəti, dövlətin 1993-cü ildən xarici iqtisadi və geosiyasi əlaqələr sahəsində həyata keçirdiyi iki əsas strateji xətdən biri olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 17 ildə neftdən gələn gəlirlərin də bir qismini cəlb etməklə, ilk növbədə, ölkəni xarici aləmlə bağlayan əksər avtomobil və dəmir yolları, hava və su nəqliyyatı infrastrukturları, quru, hava və su nəqliyyatına aid kommunikasiyalar, rabitə-informasiya texnologiyaları modernləşdirilmiş, yenidən qurulmuş, yaxud hazırda qurulur. XX əsrin son onilliyində Avropa İttifaqının maliyyə yardımı, Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi səyi ilə reallaşdırılan "İpək Yolu" (TRASEKA) layihəsinə əlavə dəstək olaraq, Azərbaycanın təşəbbüsü-liderliyi ilə inşa olunan və 2017-ci il oktyabrın 30-da istismara buraxılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Trans-Avropa-Asiya dəmir yolları şəbəkələrini birləşdirmiş, bununla da qədim İpək Yolunun polad magistrallar üzərində bərpası işi başa çatdırılmışdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, bu ərazidə yaradılan Azad Ticarət Zonası və s. mühüm infrastruktur layihələri Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsində xüsusi rol oynamışdır.

Hazırda dünayda, beynəlxalq sistemin formalaşma prosesi gedən nöqtələrdən biri Orta Asiyadır. Bu region bizim üçün təkcə türkdilli respublikalarla zəgin olması deyil, dünyanın ən vacib enerji bazası, Çinə, Hidistana, Rusiyaya, İrana və digər vacib məntəqələrə uzanan nüfuz qurşağını, mühüm ticarət yollarını təşkil edir və bu yolun tən ortasında - Asiyadan Avropaya keçiddə Azərbaycan Respublikası yerləşir.

İyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə keçirilən görüşündə 3 dövlət arasında əməkdaşlığın strateji cəhətdən önəmli məsələlərinə dair fikir mübadiləsi aparılmış, xüsusilə nəqliyyat və kommunikasiya sahəsində tərəfdaşlığ məsələləri müzakirə edilmişdir.

Görüş bir daha göstərdi ki, Azərbaycan siyasi coğrafiyanı müsbət dəyərləndirməklə qalmayıb, Qoşulmama Hərəkatının sədri kimi bütün üzv dövlətlərdən, eləcə də Əfqanıstandan böyük dəstək əldə edib. Əfqanıstan Prezidenti Azərbaycanın regionda və dünyada oynadığı rolu, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüslərini, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafında rolunu, həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Əfqanstanın prezidentinin yatırılan sərmayələrə görə, iqtisadi layihələrə görə və COVİD – 19-a qarşı yürütdüyü birgə səylərə görə Azərbaycan rəhbərinə təşəkkür etməsi mühüm mesajları özündə ifadə etdi.

Lapis Lazuli dəhlizi kontekstində enerji, tranzit, ticarət və investisiya məsələləri barədə Orta Asiyaya həyat qazandıran addımları atan Azərbaycan rəhbəri bildirdi ki, "2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola "Dəmir İpək yolu" deyilir. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir".
Cənab Prezident həmçinin vurğuladı ki, Davos İqtisadi Forumunun son hesabatında dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdədir. Bütövlükdə Davos Forumunun hesabatında nəqliyyat infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 34-cü yerdədir.

Görüşdə Prezident İlham Əliyev Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirdiyini bildirib. Dövlət başçıları səviyyəsində həyata keçirilmiş çoxsaylı qarşılıqlı səfərlər, beynəlxalq tədbirlər çərçivəsindəki görüşlər bu əlaqələrin inkişafına mühüm töhfə verib. Azərbaycanın Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda da səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyirlər.

Tamam Cəfərova həmçinin bildirib ki, Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşməsi onun beynəlxalq miqyasda önəmini daha da artırır. Onun sözlərinə görə, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlığı daha da inkişaf edirib. "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib. Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilmişdir.

Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu
Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu
Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında
Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında
Ermənistan sutka ərzində atəşkəsi 35 dəfə pozub
Ermənistan sutka ərzində atəşkəsi 35 dəfə pozub
Loading Bars
Xəbər lenti
Özbəkistanda daha 279 nəfər koronavirusa yoluxub
Naqif Həmzəyev: Belarusda əhalinin seçkiyə marağının yüksək olduğunun şahidi olduq
Koronavirusa yoluxma riskinin artmasına yol verməmək üçün vətəndaşlar sıxlığın az olduğu çimərliklərə getməlidirlər (FOTO)
Kabulun mərkəzində partlayış baş verib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO)
ABŞ-da atışma olub, ölən var
“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir (FOTO/VİDEO)
Çimərliklərdə sıxlıq davam edir - Nəzarət tədbirləri gücləndirilib
Sabahdan bu istiqamətlərdə ekspress xəttlər fəaliyyətə başlayır
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
Paytaxtda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
İranda daha 163 nəfər koronavirusdan ölüb
Arzu Nağıyev: Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir (FOTO)
İranda güclü zəlzələ olub
Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 87-yə düşdü
Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər (FOTO/VİDEO)
Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% təşkil edib
Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək
Hindistanda COVID-19 xəstələri üçün xəstəxanada baş verən yanğında 7 nəfər öldü
İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu vəfat edib
Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib (FOTO/VİDEO)
Arye Qut: Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib
ADPU-da “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçirib (FOTO)
Şamaxıda "Mercedes" yanıb
Bakı sakini qardaşı tərəfindən qətlə yetirilib
Türkiyədə yol qəzası baş verib, ölən və yaralananlar var
Tovuzda bıçaqlanan qadın xəstəxanada ölüb
BNA Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili ilə bağlı təklif hazırlayıb
Qaxda yol qəzası nəticəsində "VAZ" yanıb
Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu
Belarusda prezident seçkilərində seçki məntəqələri açılıb
Tramp pandemiya zamanı amerikalıları dəstəkləmək üçün bir sıra fərmanlar imzalayıb
Xəzər dənizində zəlzələ olub
Esper: Payızın sonuna qədər Əfqanıstanda 5 mindən az ABŞ hərbçisi qalacaq
Abşeronda transformator yanıb
Qazaxıstanda daha 872 nəfər koronavirusa yoluxub
Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı 728 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)
Çində ötən sutka ərzində 23 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb
Çexiyada yaşayış binasında yanğın olub, 11 nəfər ölüb
Braziliyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb
Çempionlar Liqasının 1/4 finalçıları məlum oldu
Kanadada tornado 2 nəfərin ölümünə səbəb olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 284 mindən çox artıb
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub
Livanın baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini təklif edib
Masallıda meşə ərazisində yanğın olub
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Qazaxda 2 ədəd minaatan mərmisi tapılıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 222 min nəfəri ötüb
Pirlo "Yuventus"un baş məşqçisi təyin edildi
Mingəçevirdə birmərtəbəli ev yanıb
Tamam Cəfərova: Vətəndaşlarımızın sağlamlığı və sosial müdafiəsi ölkə rəhbərliyinin daim diqqətindədir
Pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyi “Hədəf”də təhlil olunub
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Azərbaycan nümayəndə heyəti Belarusda prezident seçkilərini müşahidə edir (FOTO)
Beyrutda etirazçılar XİN-in və İqtisadiyyat Nazirliyinin binalarına daxil olublar (ƏLAVƏ OLUNUB)
Bakıda zəncirvari qəza yolda tıxaca səbəb oldu (VİDEO)
Deputat: Prezidentin şəhid ailələrinə və müharibə əllilərinə qayğısı hər zaman yüksək olub
Milli Məclisin Sədr müavini Adil Əliyev seçiciləri ilə görüşüb (FOTO)
Baş nazir magistratura və rezidentura ilə bağlı qərar imzalayıb
Otellərdə Operativ Nəzarət Qrupu yaradılacaq
Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimilə əlaqədar Respublika videomüşavirəsi keçirilib
Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 158-ə çatıb
Müdafiə Sənayesi Nazirliyinin kollegiya üzvlərinin sayı müəyyənləşdirilib
Azərbaycanda koronavirusa yoluxanların 89 faizi sağalıb
AQTA daha 70 obyektdə pozuntular aşkarlayıb
Azərbaycanlı Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin olunub (FOTO)
Arzu Nağıyev: Belarusda seçicilər sərbəst şəkildə öz səsvermə hüquqlarından istifadə edirlər (FOTO/VİDEO)
13 rayonda 26 modul tipli məktəb quraşdırılacaq
İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq
Hikmət Babaoğlu: Azərbaycan İnvestisiya Holdinqinin yaradılması milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər
Komitə: Mingəçevirdə torpaq sürüşməsi olub, köçkün ailələrinə ziyan dəyib (FOTO)
Bakıda üçmərtəbəli binanın alkopan divarları yanıb
Sumqayıtda çimərliklərdə karantin qaydalarını pozan şəxslərə qarşı reydlər keçirilir (FOTO/VİDEO)
Çimərliklərdə nəzarət-profilaktik tədbirlər keçirilir
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
"ADY Container" yük daşımalarının həcmini artırıb
Azərbaycanda koronavirusa yoluxanların sayı rekord sayda azalıb
Beyləqanda keçmiş məhkum avtomobil oğurlayıb
Prezident İlham Əliyev Sinqapurun dövlət başçısını təbrik edib
Naqif Həmzəyev: Bəzi məhdudiyyətlər aradan qaldırılsa da, arxayınlaşmaq hələ tezdir
Niderlandın Livandakı səfirinin həyat yoldaşı partlayış nəticəsində vəfat etdi
Zərdabda kafedə ad günü məclisi təşkil edənlər saxlanıldı (FOTO)
"Keşlə" Tərlan Əhmədovla yollarını ayırdı
Şahbaz Muradov fəxri diplomla təltif edilib - SƏRƏNCAM
Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq
Xırdalanda yanğın baş verib
Vitse-prezident: Türkiyə ciddi ziyan dəymiş Beyrut limanını bərpa etməyə hazırdır
“ЛІГАБізнесІнформ”: Azərbaycan ilə Ermənistan arasında münaqişənin eskalasiyası: bir düyün, iki çıxış yolu
Somalinin paytaxtında güclü partlayış törədilib
İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalır
Azərbaycanda modul tipli məktəblərin quraşdırılmasına 7 milyon manat ayrılıb - SƏRƏNCAM
Livanda partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb
İstirahət günü Bakıda 33, rayonlarda 38 dəcəyədək isti olacaq
Ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlər Xorvatiya mətbuatında
Dənizdə hamilə arvadını boğaraq öldürən şəxs tutulub
Məscidlərin açılmasına hələ gedə bilmərik - Şahmar Mövsümov
Bütün xəbərlər