Azərbaycan Prezidenti: Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır

Azərbaycan Prezidenti: Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır

Bakı. Trend:

Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsi zamanı deyib.

Dövlət başçısı bildirib:

"Əlbəttə, bu pandemiya təsirsiz ötüşmədi. Dünyanın aparıcı maliyyə qurumları indi ortaya müxtəlif proqnozlar qoyurlar - dünya iqtisadiyyatı nə qədər tənəzzülə uğrayacaq, avrozonada vəziyyət necə olacaq, işsizliklə bağlı vəziyyət necə olacaq? Biz görürük ki, işsizlik az olan ölkələrdə işsizlik kəskin artır. Dünya iqtisadiyyatına böyük zərbə vuruldu və Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olduğu üçün təbii ki, bu, bizim vəziyyətimizə də mənfi təsir göstərmişdir.

Biz bu ili çox böyük ümidlərlə, böyük planlarla başlamışdıq. İlin ilk aylarında iqtisadi göstəricilərimiz kifayət qədər yüksək idi. Biz hesab edirdik ki, 2020-ci il son vaxtlar apardığımız islahatların nəticəsində gözəl nəticələri verə biləcək il olacaqdır. Ancaq əlbəttə ki, pandemiya bizim bütün planlarımıza da müdaxilə etdi və biz şüurlu şəkildə çox sərt məhdudlaşdırıcı addımlar atdıq, o cümlədən ticarət sahəsində, digər sahələrdə. Təxmin edirdik ki, iqtisadiyyatımız tənəzzülə uğrayacaq. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. Altı ayın yekunları yəqin ki, bir neçə gündən sonra məlum olacaq. Amma bilirsiniz, bu, bərpa ediləcək. Ona görə mən bir daha demək istəyirəm ki, seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır. Amma buna baxmayaraq, biz heç bir sosial layihəni təxirə salmadıq, ixtisar etmədik. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Misal üçün, ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Məsələn, bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcəkdir. Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək, adətən ildə təqribən 700-800 mənzil təqdim edilir. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Biz ünvanlı sosial yardım alanların sayını artırdıq. Bu rəqəm təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni, 300 mindən çox insan. Digər önəmli sosial layihələr icra edildi. Bildiyiniz kimi, işsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib.

Ona görə biz nə qədər vəsait lazımdırsa, o qədər də ayıracağıq".

Sentyabrın 8-də özəlləşdirmə hərracına 61 dövlət əmlakı çıxarılacaq
Sentyabrın 8-də özəlləşdirmə hərracına 61 dövlət əmlakı çıxarılacaq
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Avqustun 10-da xarici valyutaların manata qarşı məzənnələri
Avqustun 10-da xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Sentyabrın 8-də özəlləşdirmə hərracına 61 dövlət əmlakı çıxarılacaq
Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib
Gəncədə qanunsuz narkotik saxlayan şəxs tutulub (FOTO)
“Zenit” futbol klubunun iki oyunçusu koronavirusa yoluxub
Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib
Avstraliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
Əfqan Nağıyev ev dustaqlığına buraxılıb - Rəsmi
Bakıda 18 km yol yenidən qurulur (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 15 min nəfəri keçdi
Peşə təhsili üzrə qəbul planına 18 260 yer ayrılıb
Köhnəlmiş və lazımsız ixtisasların tədrisi dayandırılacaq - Direktor
Azərbaycan Ordusunun generalı vəfat edib
Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək
Masallıda qaydaları pozan 21 velosipedçi cərimələndi
Bu gündən peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır
Saatlıda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib
İmtahanlarla bağlı məlumatlar artıq şəxsi səhifələrə göndərilir
Dillər Universiteti "Mənim Çinim" adlı onlayn-foto sərgi keçirir (FOTO)
Tovuzun Ağdam kəndində ödənişsiz səyyar tibbi müayinə keçirilib (FOTO)
Paytaxtda polis əməkdaşı bıçaqlanıb
Ermənistanda daha 5 nəfər koronavirusdan öldü
"Singapore Airlines" 6 mindən çox əməkdaşı ödənişsiz məzuniyyətə göndərib
Bu il 1253 məhbus vaxtından əvvəl azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İlkin nəticələrə görə Lukaşenko səslərin 80,23 faizini toplayıb - Arzu Nağıyev
Xəzərdə suyun səviyyəsi azalıb
Havanı çirkləndirən sexin sahibi cəzalanıb
Pakistanda daşqınlar: 60-dan çox ölü
Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib (FOTO)
Ermənistan atəşkəsi 35 dəfə pozub
Avqustun 10-da xarici valyutaların manata qarşı məzənnələri
Bakıda qəza - avtobuslar gecikir (FOTO)
İsraildə koronavirusa yoluxanların sayı 83 min nəfəri ötüb
Bakıda ev yanıb
Xətai rayonunda “Hyundai” yanıb
Səbail rayonu ərazisində yerləşən çimərliklərdə nəzarət-profilaktik tədbirlər həyata keçirilir (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 20 milyon nəfəri ötüb
Yevlaxda 1 nəfər Kürdə batıb, FHN axtarış aparır
Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu məhv edib
Tramp: ABŞ Livana əlavə yardım göndərəcək
Bakıda ictimai nəqliyyatın hərəkəti bərpa edilib
Braziliyada bir gündə koronavirusdan 572 nəfər ölüb
BQXK Livana 40 milyon avro yardım edəcək
Ağstafada top mərmisi tapılıb (FOTO)
Belarusda prezident seçkilərində seçici fəallığı 84,05 faiz olub
Nigerdə 6 fransalı turist qətlə yetirilib
Livanda daha bir nazir istefaya gedib
MSK: Lukaşenko prezident seçkilərində liderdir (ƏLAVƏ OLUNUB)
Moskvada koronavirusdan ölənlərin sayı 4 585 nəfərə çatıb
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr - SİYAHI
Açıq havada idman yarışlarının keçirilməsinə icazə verildi
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edildi
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı
Ağsuda zəlzələ olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 273 mindən çox artıb
Batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap edə bilərlər
İsraildə ordumuza dəstək yürüşü keçirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 223 min nəfəri ötüb
"Exit poll": Lukaşenko Belarusda keçirilən prezident seçkilərində 79,7% səslə qalib gəlib
Belarusda prezident seçkilərində səsvermə başa çatıb
Beyrutda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 5 milyonu keçdi
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Özbəkistanda daha 279 nəfər koronavirusa yoluxub
Naqif Həmzəyev: Belarusda əhalinin seçkiyə marağının yüksək olduğunun şahidi olduq
Koronavirusa yoluxma riskinin artmasına yol verməmək üçün vətəndaşlar sıxlığın az olduğu çimərliklərə getməlidirlər (FOTO)
Kabilin mərkəzində partlayış baş verib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO)
ABŞ-da atışma olub, ölən var
“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir (FOTO/VİDEO)
Çimərliklərdə sıxlıq davam edir - Nəzarət tədbirləri gücləndirilib
Sabahdan bu istiqamətlərdə ekspress xəttlər fəaliyyətə başlayır
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
Paytaxtda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
İranda daha 163 nəfər koronavirusdan ölüb
Arzu Nağıyev: Belarusda keçirilən prezident seçkilərində səsvermə qanunvericiliyə uyğun şəkildə gedir (FOTO)
İranda güclü zəlzələ olub
Azərbaycanda gün ərzində koronavirusa yoluxanların sayı 87-yə düşdü
Çimərliklərdə sıxlıq var - "cimerlik.az" portalına baxmadan dənizə getmək yoluxmanı artıra bilər (FOTO/VİDEO)
Belarusda prezident seçkilərində seçicilərin fəallığı 45,33% təşkil edib
Bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək
Hindistanda COVID-19 xəstələri üçün xəstəxanada baş verən yanğında 7 nəfər öldü
İstefada olan general-leytenant Məmmədov Çingiz Mustafa oğlu vəfat edib
Taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib (FOTO/VİDEO)
Arye Qut: Ermənistanda faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib
ADPU-da “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçirib (FOTO)
Şamaxıda "Mercedes" yanıb
Bakı sakini qardaşı tərəfindən qətlə yetirilib
Türkiyədə yol qəzası baş verib, ölən və yaralananlar var
Tovuzda bıçaqlanan qadın xəstəxanada ölüb
BNA Bakıda sərnişin avtobusları üçün zolaqların təşkili ilə bağlı təklif hazırlayıb
Qaxda yol qəzası nəticəsində "VAZ" yanıb
Ermənistan sutka ərzində atəşkəsi 28 dəfə pozdu
Belarusda prezident seçkilərində seçki məntəqələri açılıb
Tramp pandemiya zamanı amerikalıları dəstəkləmək üçün bir sıra fərmanlar imzalayıb
Xəzər dənizində zəlzələ olub
Bütün xəbərlər