Vüsal Qasımlı: Ermənistanın maliyyə təhlükəsizliyi təhdidlə üzləşib

Vüsal Qasımlı: Ermənistanın maliyyə təhlükəsizliyi təhdidlə üzləşib

Bakı. Trend:

Ermənistanın iqtisadi inkişafı borc cəlbinə əsaslanır və bu ölkə getdikcə xaricdən daha çox asılılığa düşməkdədir.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Ermənistan Maliyyə Nazirliyinin 2020-ci ilin birinci yarımilinin nəticələri üzrə açıqladığı statistik göstəricilərə əsasən bu ölkənin ümumi dövlət borcunun həcmi 7 milyard 721 milyon ABŞ dollarına çatmışdır: “Hansı ki, bu göstəricinin də 5 milyard 984 milyon ABŞ dolları həcmində hissəsi xarici borcun payına düşmüşdür. Təkcə bir faktı qeyd edək ki, bu ölkənin ümumi dövlət borcunun 80 faizi xarici valyutadadır və bu istiqamət üzrə son dövrlərin davamlı neqativ tendensiyası həmin ölkənin maliyyə təhlükəsizliyinin nə dərəcədə kövrək olduğunu göstərir. Belə ki, hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşmışdır və bu ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 42 faiz civarındadır. Qeyd edək ki, ümumi dövlət borcunun ÜDM-ə nisbəti son dövrlər davamlı olaraq artmaqdadır. Belə ki, 2015-ci illə müqayisədə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48 faizdən 54 faizə, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 40 faizdən 42 faizədək artmışdır. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin qarşıdakı dövrdə daha da pisləşəcəyini və ilinin sonuna 57,2 faizə çatacağını proqnozlaşdırmışdır. Belə ki, 2019-cu ildə ümumi dövlət borcu 6 faiz artdığı halda, təkcə cari ilin 6 ayı ərzində bu göstərici 5 faiz, xarici borc isə 4,6 faiz artım göstərmişdir. Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının müxtəlif ssenarilər üzrə hesablamaları bu ölkənin ümumi dövlət borcunun büdcə gəlirlərinə nisbətinin yaxın 5 il ərzində də 200 faizindən çox olacağını göstərir. Vergi gəlirlərinin azalması və fiskal xərclərin artması büdcə defisi ilə bağlı məsələni daha da kəskinləşdirəcək və BVF-nin ekspertlərinin hesablamalarına əsasən büdcə defisitinin ÜDM-də çəkisi cari ildə 5 faiz, ümumi borcun ÜDM-də çəkisi isə 60 faizdən yüksək olacaqdır. Göründüyü kimi hər iki mötəbər qurum Ermənistanın maliyyə asılılığının hələ də yüksək olaraq qalacağını qeyd edir. Bu ölkənin mərkəzi hökumətinin borclarının 79 faizi xarici valyutadadır. Atılması planlaşdırılan bütün fiskal tədbirlərə rəğmən Beynəlxalq Valyuta Fondu bu göstəricinin 2025-ci ilədək 73 faizdən yüksək olacağını proqnozlaşdırır. Əlbəttə ki, bu da ölkə iqtisadiyyatını valyuta riskinə qarşı uzun müddət volatil və qeyri-stabil vəziyyətdə saxlayacaqdır. Bu ölkənin hazırki addımları, eyni zamanda pandemiyanın əks təsirlərini aradan qaldırmaq üçün borclanmaya getməsi ölkədə iqtisadi və maliyyə təhlükəsizliyinin daha da kəskinləşəcəyini göstərir. Belə ki, 2015-ci ilin sonu ilə müqayisədə 2019-cu ilin yekunlarına əsasən bu ölkənin xaricdən cəlb etdiyi kreditlərin miqdarı 2 dəfə artmışdır.

Eyni zamanda Ermənistanın xaricdən cəlb etdiyi kreditlərin həcmi 4 milyard 539 milyon ABŞ dollarına çatmışdır ki, bu da ölkənin ÜDM-nin 33 faizi civarındadır. Burada bir məqamı qeyd edək ki, Ermənistana kredit resurslarının cəlb olunmasında beynəlxalq təşkilatlardan ən böyük pay Dünya Bankının qurumları (Beynəlxalq Yenidən Qurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası), Asiya İnkişaf Bankı, Avrasiya İnkişaf Bankı, ölkələrdən isə Rusiya, Almaniya və Yaponiyaya məxsusdur. Ümid edirik ki, artıq bu təşkilatlar və ölkələr də Ermənistanın təcavüzakar, etibarsız və regionda sülhü destabilizəedici hərəkətlərini müşahidə edərək bu ölkəyə maliyyə vəsaitlərinin verilməsini məhdudlaşdıracaqdır. Ermənistan iqtisadiyyatının xaricdən maliyyə asılılığı təkcə borc vəsaitlərinin cəlb edilməsi parametrləri üzrə deyildir. Belə ki, bu ölkə pul köçürmələrindən də yüksək səviyyədə asılıdır. Xaricdən pul köçürmələrinin ÜDM-də xüsusi çəkisinə görə Ermənistan dünyada ən pis vəziyyətdə olan ölkələrdən biridir. Belə ki, nüfuzlu “Miqrasiya və İnkişaf üzrə Qlobal Bilik Əməkdaşlığı” (KNOMAD) platformasının açıqladığı statistik göstəriciləri təhlil edəndə görünür ki, 2019-cu ildə xaricdən pul köçürmələri Ermənistan iqtisadiyyatının toplam ÜDM-nin 11,4 faizini təşkil etmişdir və bu rəsmi göstəricilərə əsaslanan statistikadır. Hansı ki, bu göstəriciyə görə Ermənistan dünyada 153-cü mövqeyi bölüşür və statistikası açıqlanmış cəmi 25 ölkədən “yaxşı” vəziyyətdədir. Bu isə məlum ölkənin iqtisadi təhlükəsizliyinin nə qədər bərbad vəziyyətdə olduğunun göstəricisidir. Bu ölkə rəsmilərinin açıqlamalarında da xaricdən maliyyə transferlərinin ölkənin iqtisadiyyatındakı payının açıqlanan rəsmi statistikadan çox daha böyük olduğu qeyd olunmuşdur və müxtəlif ekspertlərin hesablamaları bu rəqəmin 25 ətrafında olduğunu göstərir.

Qeyd edək ki, Dünya Bankı 2020-ci il 22 aprel tarixli bəyanatında dünyada qlobal pul köçürmələrinin (yardımlar) cari il ərzində 20 faiz aşağı düşəcəyini və bunun son illərin ən kəskin aşağı düşməsi olacağını açıqlamışdır. Həmçinin, bu enmə zəncirinin ən kəskin aşağı düşməsi Avropa və Mərkəzi Asiya regionunda (27,5 faiz) olacaqdır ki, bu da Ermənistana ən yüksək pul köçürmələrinin baş verdiyi regionlardan gəlirlərin kəskin azalması deməkdir. Bir məqamı da qeyd edək ki, Ermənistanda iqtisadi vəziyyət pandemiyadan öncə də gərgin idi. Belə ki, Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən 2019-cu ildə ötən illə müqayisədə bu ölkəyə investisiyaların ÜDM-ə nisbəti göstəricisi 5 faiz, yığım əmsalı isə 2 faiz azalmışdır. Beynəlxalq Valyuta Fondunun missiyası 2020-ci ilin sonunadək cari hesabın defisitinin ÜDM-də xüsusi çəkisinin 8,6 faizədək artacağını, həmçinin maliyyə hesabının kəskin azalacağını proqnozlaşdırmışdır ki, bunun da əsas səbəbləri kimi qeyri-rezidentlərin depozitlərinin geri çəkilməsi hesabına xarici özəl sərmaye axınlarının kəskin azalacağı və ölkəyə xaricdən gələn yardımların (xüsusilə də Rusiyadan) kəskin aşağı enəcəyi göstərilir. Təkcə mart ayında erməni dramı 5 faiz dəyər itirmişdir. Nəzərə alsaq ki, aprel ayında bəri Rusiyanın Qazprom şirkəti ilə təbii qazın qiyməti ilə bağlı yaşanan problemlər, bu ölkənin təbii enerji asılılığında olması, iqtisadi problemləri pandemiyanın neqativ təsirlərini azaltmaq məqsədilə maliyyə resurslarını cəlb etmək imkanlarını da məhdudlaşdırır. Beynəlxalq Valyuta Fondu tərəfindən bu ölkəyə net birbaşa xarici investisiyaların isə 2020-ci ilin sonunadək 161 milyon ABŞ dolları ətrafında olacağı proqnozlaşdırılır ki, bu da 2019-cu illə müqayisədə 2,5 dəfə azalma deməkdir. Bu ölkənin ümumi beynəlxalq rezervlərinin də ilin sonuna doğru azalacağı və 2,9 milyard ABŞ dollarından 2,2 milyard ABŞ dollarına düşəcəyi proqnozlaşdırılır.

Göründüyü kimi, Ermənistan iqtisadi göstəricilərin bütün parametrləri üzrə xaricdən asılılıqda olan ölkədir və bütün mötəbər proqnozlar da bu ölkənin vəziyyətinin getdikcə daha da pisləşəcəyini və kəskin iqtisadi asılılıqla üz-üzə qalacağını göstərir. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, beynəlxalq ekspertlər 2018-ci ildə Ermənistanda baş verən dəyişikliklərin əsas sosial-iqtisadi drayverlərinin hazırki dövrdə getdikcə daha kəskin şəkildə hərəkətə gəldiyini və bu ölkə üçün yeni neqativ siyasi nəticələri olacağını göstərirlər. Maliyyə təhlükəsizliyi, bütövlükdə iqtisadi təhlükəsizliyi təhdid altında olan bir ölkənin Azərbaycana qarşı provakasiyalara getməsi sonun başlanğıcıdır.”

İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb (FOTO)
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb (FOTO)
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)
Loading Bars
Xəbər lenti
Britaniya Fransa, Hollandiya və Monakodan ölkəyə gələnlərə yenidən karantin tətbiq edəcək
Lənkəranda aviobomba aşkar olunub (FOTO)
Boliviyada seçkilər 18 oktyabrda keçiriləcək
"Leypsiq" Çempionlar Liqasının yarımfinalına keçid qazanıb
Moskvada koronavirusdan ölənlərin sayı 4 633 nəfərə çatıb
Fələstin BƏƏ-dəki səfirini geri çağırır
Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun Minsk Qrupunun həmsədri statusuna ziddir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 276 mindən çox artıb
“iPhone 12” smartfonlarının təqdimat vaxtı məlum olub
Agentlik sədri: Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər
Türkiyədə koronavirusdan sağalanların sayı 228 min nəfəri ötüb
"Xiaomi" dünyada ilk ultra-nazik şəffaf televizor istehsal edib
Arzu Nağıyev: ATƏT-in MİNSK qrupu verdiyi qərarlara hörmət etməlidir (VİDEO)
Hulusi Akar: 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür
Hulusi Akar: Türkiyə ilə Azərbaycanın silahlı qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub
Prezident İlham Əliyev: Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur
Prezident İlham Əliyev: Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür
Prezident İlham Əliyev: Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur
Ədliyyə Nazirliyi: 100 məhkum cəzadan tamamilə azad edilib
Məhkumlara sovqat və banderolların verilməsi bərpa olunub
Məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb
Yardımlıda qəza edən "Niva" qaz xəttini zədələdi
İqtisadiyyat Nazirliyi 65 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edib
Ermənistan kimi təcavüzkar ölkənin silahlandırılması təəssüfedici faktdır - Aydın Quliyev
Ağstafa və Salyanda "Ford" markalı avtomobil yanıb
“Facebook” istifadəçilərin biometrik məlumatlarının icazəsiz toplanmasında ittiham olunur
Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib (FOTO/VİDEO)
AQTA 76 obyektdə kobud pozuntular aşkarladı
İtalyan jurnalist: Ermənistanda totalitar rejim hökm sürür
Təsdiq edilən yeni qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişlərinin əhatəsini genişləndirəcək
İndoneziya bu ilin sonunadək sərhədləri açmayacaq
İnstitut summativ qiymətləndirmələrin aparılmasını vacib sayır
Ərdoğanla Merkel arasında telefon danışığı olub
Azərbaycan nümayəndəsi UNESCAP-ın ASİSM layihəsi üzrə İdarəetmə Komitəsinin iclasında iştirak edib
Səfir Eldar Həsənov tutulub - DTX
Azərbaycanda 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı
Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir - Deputat
XİN-də Azərbaycan-Gürcüstan əlaqələri müzakirə edilib
Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib - RƏSMİ (FOTO)
Avqustun 14-də dolların manata qarşı məzənnəsi
"Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub
İqtisadiyyat Nazirliyində yeni təyinat olub
Rusiya vaksini orqanizmi koronavirusdan iki il müddətində qoruyacaq
Xaçmazda artezian quyusunun qazılması ilə 200-dən çox sakinin içməli suya olan tələbatı tam ödəniləcək (FOTO)
Ali məktəb və kolleclərdə tədrisin distant formada təşkili təklif olunur
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
Polis Oğuzda reyd keçirib (FOTO)
Orta məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsi məqsədəuyğun sayılmır
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
Uşaq bağçalarının yalnız bu ərazilərdə açılması təklif edilir
Zakir Həsənov: Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək
Təhsil İnstitutu tədrisin bərpası ilə bağlı təkliflərini açıqladı
Hulusi Akar: Xocalı soyqırımını törətmiş və Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı sonadək Azərbaycanın yanındayıq
Siyəzəndə iki yük avtomobili toqquşub
Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib
“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib (FOTO)
Los-Anceles polisi azərbaycanlılara hücum edən erməniləri axtarır
Bakı polisi nəzarət-profilaktiki tədbirləri davam etdirir (FOTO)
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanun təsdiqləndi
“The Jewish Press”: İsraildə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib (FOTO)
Xaçmaz polisi təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıb (FOTO)
Bu gün keçirilən qəbul imtahanlarının nəticələri nə vaxt elan ediləcək? - RƏSMİ (FOTO)
Cəmi 15 dəqiqəyə Unibankda onlayn sahibkar hesabı aç!
Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüb
Siyəzəndə yas mərasimi keçirənlər cərimələniblər
Avqustun ortalarında hava sərin keçəcək
Nazir: Almaniya yaxın aylarda öz vaksinini istehsal edə bilər
Professor: Sevr müqaviləsi Türkiyə Böyük Millət Məclisində rədd edilmiş və lazımsız kağız parçası kimi cırılıb kənara atılmışdı
Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər - Siyavuş Novruzov
İki kəndin su təchizatı ilə bağlı yeni layihənin icrasına başlanıb (FOTO)
BP "Şahdəniz"dən qaz hasilatını artırıb
Azərbaycan neftinin son qiymətləri
Xəzərin ekoloji mühitinə mənfi təsirlərin azaldılması üçün müzakirələr aparılıb
Şahdəniz qazının Səngəçal terminalı ilə ixracı artıb
İranda koronavirusdan ölənlərin sayı 19 min nəfəri keçib
AÇG-də neft hasilatı azalıb
Polislər boğulmaq üzrə olan iki nəfərin həyatını xilas edib (FOTO)
Sabah yağış yağacaq - 14 avqustda gözlənilən hava şəraiti
Dövlət orqanlarında işçi sayı 50 faizə qədər müəyyən edilib
BP AÇG üzrə xərcləri artırıb
Bulvarda istifadəyə verilən idman qurğularına və veloparka xüsusi nəzarət olunur (FOTO)
“İnstagram”da narkotiki təbliğ şəxs həbs edilib (VİDEO)
Epidemiyanın bədii ifadələri covidoscope.org saytında (FOTO)
Gənc könüllülər bilikləri ilə yarışdılar (FOTO)
Sosioloq: Azərbaycanda ictimai qınağın yüksəldilməsinə böyük ehtiyac var
İranla enerji əməkdaşlığı müzakirə edilib (FOTO)
İndiyə qədər 5,9 milyon manat ƏDV məbləği geri ödənilib
BP: Pandemiya materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olur
Ermənistanın Bolqarıstandakı səfirliyinin yalanları ifşa olunub (FOTO)
Prokurorluq sosial şəbəkələrdə (VİDEO)
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür (FOTO)
DİM: İndiyədək buraxılış imtahanlarında 3 nəfər maksimal bal toplayıb
Avstraliyada işsizlərin sayı ilk dəfə 1 milyon nəfəri keçib
Smart sayğaclar mexanikilərlə niyə əvəzlənir? - “Azəriqaz”dan açıqlama (FOTO)
Kişmişin içərisindən 5 kiloqram narkotik çıxdı (FOTO)
Bakı Metropoliteni işçi axtarır
Filippin Rusiyanın istehsal etdiyi koronavirus vaksinini sınaqdan keçirməyi planlaşdırır
Kəndimizə bütün giriş-çıxış yollarını bağlamışdılar - Ermənistandan qovulan azərbaycanlı o dövrdə yaşadıqlarını danışıb
Bakıdan rayona gedən koronavirus xəstəsi postda saxlanılıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bütün xəbərlər