Xələf Xələfov: Münaqişənin həllinin süni surətdə uzadılması regional sabitlik və təhlükəsizlik üçün yeni risklər yaradır

Xələf Xələfov: Münaqişənin həllinin süni surətdə uzadılması regional sabitlik və təhlükəsizlik üçün yeni risklər yaradır

Bakı. Trend:

15 iyul 2020-ci il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ermənistan silahlı qüvvələrinin iyul ayının 12-də artilleriya və ağır silahlardan istifadə etməklə Ermənistan-Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində hücumlara başladığını və onun nəticəsində 1 general da daxil olmaqla 11 azərbaycan hərbçisinin və 1 mülki şəxsin həlak olduğunu diqqətə çatdırıb. Hücumları dəf etmək və atəş nöqtələrini ləğv etmək məqsədi ilə Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində çoxsaylı itkilər verən Ermənistan silahlı qüvvələrinin geri oturdulduğunu bildirib.

Nazir müavini qeyd edib ki, bu təcavüz aktını törətməkdə məqsəd Azərbaycan ərazilərində yeni mövqeləri ələ keçirməklə işğalın əhatəsini genişləndirərək sərhəd zonasında yaşayan mülki əhalini məcburi köçkün vəziyyətinə salmaqdır.

X.Xələfov, bu təxribatçı əməlin təcavüzkar Ermənistanın rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməli olduğunu vurğulayıb. O, Ermənistan rəhbərliyinin bu məkrli niyyətinin eyni zamanda region ölkələrini və üzv olduğu hərbi-siyasi blokları Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi orbitinə cəlb etməklə digər dövlətləri təcavüzkar ölkə kimi üzərinə düşən beynəlxalq məsuliyyətə bulaşdırmaqdan ibarət olduğunu bildirib.

Nazir müavini, Ermənistan hakimiyyətinin bu avantürist təxribatının alınmadığından narahat olan Fransadakı, xüsusilə Parisdəki erməni havadarlarının Azərbaycana qarşı düşmənçiliklərini gizlədə bilmədiklərini qeyd edib. Belə ki, təşkil edilmiş radikal qrupların iyul ayının 13-dən 14-nə keçən gecə (Fransanın milli bayramı günü, saat 2-3 radələrində) Azərbaycan səfirliyinə və Mədəniyyət Mərkəzinə hücumlar təşkil etmiş və səfirliyimizin binasına qarşı vandal aktı törətmişlər.

X.Xələfov baş vermiş insidentlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Fransa tərəfinə qəti etiraz etdiyini, bu vandalizm aktının araşdırılmasını, törədənlərin hərəkətinə hüquqi qiymət verilməsini tələb etdiyini diqqətə çatdırıb. O, Fransa Hökuməti tərəfindən Azərbaycanın Parisdəki diplomatik missiyasının binalarının mühafizəsinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini istəyib.

X.Xələfov, Azərbaycan tərəfinin Fransadan Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli istiqamətində real addımlar atılmasını, eləcə də Fransanın seçkili orqanlarının bəzi nümayəndələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “qurum”u təşviq edən hər hansı fəaliyyətinin, o cümlədən “humanitar layihələr adı ilə, qarşısının alınması üçün bütün zəruri tədbirləri görməsini gözlədiyimizi bildirib.

Nazir müavini, baş verənlərin bir daha ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini şübhə altına aldığını və Minsk Qrupunun rolunu və fəaliyyətini sual altına qoyduğunu vurğulayıb. O, Azərbaycan ictimaiyyətində Minsk Qrupunun fəaliyyəti ilə bağlı ciddi narazılıqların getdikcə artmaqda olduğunu, Minsk Qrupu həmsədrlərinin Ermənistana işğalçı siyasətinə son qoymasına və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsi üçün açıq çağırışlar etmək əvəzinə, hər dəfə ümumi bəyanatla kifayətləndiyini qeyd edib.

X.Xələfov münaqişənin həllinin süni surətdə uzadılmasının regional sabitlik və təhlükəsizlik üçün yeni risklər və çağırışlara münbit şərait yaradaraq daha geniş regional münaqişələrə yol açacağını vurğulayıb.

O, Ermənistan Respublikasının bu cinayətkar addımları atmaqla 30 ildən bəri davam edən və Azərbaycan torpaqlarının 20%dən çoxunu işğal altında saxlayan təcavüzkar siyasətinin davam etdirilməsində israrlı olduğunu nümayiş etdirdiyini bildirib.

X.Xələfov hadisələrin bu məcrada inkişafına Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilat və nüfuzlu dövlətlərin təcavüzkar Ermənistana loyal və yumşaq münasibət bəsləməsi, beynəlxalq birliyin Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyət daşımasına göz yummasının şərait yaratdığını vurğulayıb.

O, vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib. Bugünkü Ermənistan Respublikası hakimiyyətinin siyasətinin sülh danışıqlarının hər vəchlə pozmaq, onların mahiyyətini saxtalaşdırmaq, işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasından boyun qaçırmaqdan ibarət olduğunu diqqətə çatdırıb. Bu proseslərin dünya birliyi və Minsk Qrupu həmsədrlərinin gözü qarşısında baş verdiyini və adekvat tədbirlərin görülməməsinin daim Azərbaycan xalqını məyus etdiyini söyləyib.

X.Xələfov, Azərbaycanın hüquqlarının on illərdən bəri ardıcıl olaraq pozulması və onun haqq işinə biganəliyin Azərbaycan xalqının və onun qətiyyətli rəhbərliyinin səbir kasasını doldurduğunu, Azərbaycan xalqının və dövlətinin yaşamaq və inkişaf hüququnun təcavüzkar tərəfindən daim tapdalanmasına yol verilməyəcəyini vurğulayıb.

Yaranmış vəziyyətin Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş özünü müdafiə hüququna əsaslanaraq təcavüzün dayandırılması, işğal olunmuş ərazilərinin azad olunması üçün təxirə salınmadan tədbirlərin həyata keçirməsini tələb etdiyini bildirib.

Nazir müavini Ermənistan Respublikasının Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına və ya işğal edilmiş ərazilərin Ermənistana birləşdirilməsinə yol verilməyəcəyinə dair özünə hesabat verməli olduğunu diqqətə çatdırıb.

Fransanın Azərbaycandakı səfiri ölkəsinin iyul ayının 12-dən başlayaraq, Azərbaycan və Ermənistan sərhədində baş verənləri diqqətlə izlədiyini və insan tələfatına səbəb olmuş bu hadisələrdən dərin təəssüf və narahatlıq keçirdiklərini bildirib, Azərbaycan tərəfinə başsağlığı verib.

Səfir, nazir müavininin səsləndirdiyi Azərbaycan dövlətinin və xalqının narahatlıqlarını anladığını, ölkəsinin ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcəyindən əmin edib.

O, Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Parisdə Azərbaycan səfirliyinə qarşı törədilmiş vandal aktı ilə bağlı narahatlığı və gözləntiləri ilə bağlı mesajların aydın şəkildə Parisə çatdıracağını vəd edib.

“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
“Nar” mobil rabitə bazarında müsbət inkişaf dinamikasını qoruyub saxlayır
YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib
YUNESKO süni intellekt sahəsində ilk qlobal etik standartları qəbul edib
"Azercell"in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib
"Azercell"in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunlarına start verilib
Loading Bars
Xəbər lenti
Böyük Britaniyada koronavirusun "omikron" ştammına daha bir nəfər yoluxub
İngiltərə Premyer Liqası: “Çelsi” - “Mançester Yunayted” oyununda qalib müəyyənləşməyib
İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur - amerikalı ekspert
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 20 007 nəfər sağalıb
Üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək - İran hökumətinin sözçüsü
KTMT ölkələrinin əksəriyyəti Ermənistanın bu təşkilatda olmasına baxmayaraq Azərbaycanı dəstəkləyir - Sergey Markov
Bakıda Batut Gimnastikası yarışlarının təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm - Migel Visente Marino
Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil - İran Prezidenti
Prezident İlham Əliyev: Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək
Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
Azərbaycan, İran və Türkmənistan arasında qazın svop tədarükü barədə razılaşma imzalanıb (FOTO)
İranda hamının mövqeyi bundan ibarət idi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır - İran Prezidenti
Mərakeş "omikron" ştammının yayılmasına görə ölkəyə birbaşa sərnişin reyslərini dayandıracaq
Batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarının final gününün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
KTMT-yə üzv ölkələrin Azərbaycanı təbrik etməsi göstərdi ki, Ermənistan KTMT-də heç bir dəyərə malik deyil - Siyasi şərhçi
Bakıda batutda sinxron tullanma üzrə finalçılar müəyyənləşib
Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Region ölkələri ilə ticarətin inkşaf etdirilməsi İranın xarici siyasətinin prioritetidir - İbrahim Rəisi
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarının final gününün ən yaxşı anları (FOTO)
Belçikalı gimnast Dünya Yaş Qrupları Yarışlarında ikili mini-batutda tullanma proqramında birinci yeri tutub
Böyük Britaniya təmsilçisi Bakıda Dünya Yaş Qrupu Yarışlarında tamblinq proqramında birinci yeri tutub
Rusiyalı gimnast Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında tamblinq proqramında qızıl medal qazanıb
Yeni doğulmuşlar arasında koronavirusa yoluxma halları var - AÇIQLAMA
KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel
Ermənistanın son ümid yeri də puç oldu: KTMT-yə üzv dövlətlər Azərbaycanı tarixi Zəfərə görə təbrik edir
ABŞ gimnastları Dünya Yaş Qrupu Yarışlarında iki mini-batutda tullanma proqramında bütün mükafat yerləri tutublar
Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası keçiriləcək
Yaponiyalı gimnast Dünya Yaş Qrupu Yarışlarında batut gimnastikası üzrə fərdi proqramda birinci yeri tutub
Prezident İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Rusiyalı gimnast Dünya Yaş Qrupu Yarışının batut gimnastikası üzrə fərdi proqramında qızıl medal qazanıb
Dünya Yaş Qrupları Yarışlarının batutda sinxron tullanma proqramında finalçılar müəyyənləşib
Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1 662 nəfər COVID-19-a yoluxub, 18 nəfər ölüb
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü ideyala həyata keçirilir - Aşqabad zirvəsi
İran Qazaxıstanla birgə iqtisadi əməkdaşlıq komissiyasının tezliklə keçirilməsini istəyir – İran xarici işlər naziri
Prezident İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub - Türkmənistan Prezidenti
Kişilər arasında ikili mini-batutda tullanma proqramında finalçılar müəyyənləşib
İran Pakistanla münasibətləri hərtərəfli şəkildə inkişaf etdirməyə maraqlıdır – Rəisi
Şərq-Qərb nəqliyyat dəhlizi üzərindəki layihələri dəstəkləməyə davam edəcəyik - Ərdoğan
İranın Tacikistanla münasibətləri var-gücü ilə davam edəcək - İran prezidenti
Zəngəzur dəhlizinin əhəmiyyəti göz qabağındadır - Türkiyə Prezidenti
Prezident İlham Əliyev Aşqabadda İƏT XV Zirvə Toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi naharda iştirak edib
Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir - Ərdoğan
Saatlıda obyektlərin birində pozuntular aşkar edilib
Bakıda qadınlar arasında batut gimnastikası proqramında finalçılar müəyyənləşib.
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışları davam edir (FOTO)
İki hərbi qulluqçumuz Füzulidə minaya düşüb
Dünya Yaş Qrupu Yarışları kişilər arasında batut gimnastikası üzrə fərdi proqramda finalçılar müəyyənləşib
İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri əhəmiyyət kəsb edir – İran prezidenti
Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında ikili mini-batutda tullanma proqramında finalçılar müəyyənləşib
Soçi görüşü – Azərbaycanın növbəti diplomatik uğuru
Prezident İlham Əliyev: Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa yardımı etmişdir
Prezident İlham Əliyev: 2022-ci ildə azad olunmuş ərazilərdə yeni şəhər və kəndlərin salınması üçün ən azı 1,3 milyard ABŞ dolları ayrılacaq
Prezident İlham Əliyev: Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur
Prezident İlham Əliyev: Son 18 il ərzində Azərbaycanda ümumi daxili məhsul üç dəfədən çox artmışdır
Prezident İlham Əliyev: Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir (TAM NİTQ)
Prezident İlham Əliyev: Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər
Dünya Yaş Qrupları Yarışlarında kişilər arasında tamblinq üzrə finalçılar müəyyənləşib
Prezident İlham Əliyev: Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır
Dünyada COVID-19-a yoluxanların sayı 261 milyonu ötüb
Sabahın hava proqnozu açıqlanıb
Bakıda batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupu Yarışlarının final gününə start verilib (FOTO)
Prezident İlham Əliyev Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB-4)
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlib (FOTO/VİDEO) (YENİLƏNİB)
Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir - Səttar Möhbalıyev
MDU "Regionlarda ali təhsil: reallıqlar və perspektivlər" adlı beynəlxalq konfransa tərəfdaşlıq edib (FOTO)
Rusiyanın xalq artisti Aleksandr Qradski vəfat edib
Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Britaniyalı həkimlər "omikron" ştammının təhlükəli olduğunu şübhə altına alıblar
Azərbaycan və İran XİN rəhbərləri arasında görüş baş tutub
Ümumdünya Tibb Assosiasiyası hesab edir ki, COVID-ə qarşı revaksinasiya mütamadi olacaq
Bitkoin koronavirusun yeni "omikron" ştammı səbəbindən çökdü
Boris Consons bildirib ki, "omikron" ştammına vaksin olunmuşlar da yoluxa bilər
Qırğızıstanda parlament seçkiləri başlayıb
ABŞ-da atışma nəticəsində ölən və yaralılar var
Britaniyada “Arven” qasırğası üç nəfərin həyatına son qoyub
İsrail yeni COVID-19 ştammına görə sərhədlərini bağlayır
Səudiyyə Ərəbistanı azı bir doza peyvənd qəbul edənlərin ölkəyə girişinə icazə verəcək
Portuqaliyada klub COVID-19 səbəbiylə matça 9 futbolçu ilə çıxıb darmadağın olundu
"Barselona" Xavinin rəhbərliyi altında üç oyunda ikinci qələbəsini qazanıb
Ukraynada çoxmərtəbəli yaşayış evində partlayış olub, ölən və yaralanan var
Hindsitanda seçkilərdə qələbəni vəfat etmiş namizəd qazanıb
Gürcüstanda kömür mədənində uçqun nəticəsində 1 nəfər həlak olub
Britaniyada "omikron" ştammı aşkarlanıb
Taliban gələn ilə qızlar üçün məktəblər açmağı planlaşdırır
BMT Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır
İtaliyada "omikron" ştammına ilk yoluxma qeydə alınıb
Soçi görüşündə Ermənistana bir daha çatdırıldı ki, götürülən öhdəliklər tam şəkildə həyata keçirilməlidir - Sabiq nazir
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)
28-ci Dünya Yaş Qrupları Yarışları: kişilər arasında qoşa mini batutda tullanma üzrə qaliblər müəyyənləşib
Almaniyada koronavirusun yeni ştammı aşkarlanıb
Bakıda Dünya Yaş Qrupları yarışları çərçivəsində Rusiyalı idmançı tamblinq üzrə birinci yeri tutub
Rusiyalı gimnast Bakıda 28-ci Dünya Yaş Qrupları Yarışlarında batutla fərdi tullanma üzrə birinci yeri tutub
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış edib
Bakıda qadınlar arasında qoşa mini-batutda tullanma üzrə Dünya Yaş Qrupları yarışlarının qalibləri müəyyənləşib
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb
Bütün xəbərlər