Deputat: Azərbaycan xalqı öz Prezidentinə və Milli Ordusuna qətiyyətli dəstək nümayiş etdirdi

Deputat: Azərbaycan xalqı öz Prezidentinə və Milli Ordusuna qətiyyətli dəstək nümayiş etdirdi

Bakı. Trend:

Trend Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun müsahibəsini təqdim edir:

- Hikmət müəllim, iyulun 12-də Ermənistanın silahlı qüvvələri növbəti dəfə Ermənistan-Azərbaycan dövlət sərhədində təxribat törətdi və layiqli cavabını aldı. Bu hadisə ilə bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı...

- Hər şeydən öncə qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu bu təxribata layiqincə cavab verməklə bir daha sübut etdi ki, istənilən ekstremal vəziyyətdə və mürəkkəb şəraitdə çevik əməliyyat qərarları qəbul edə bilir və onu mükəmməl yerinə yetirir. Ancaq ən mühüm məsələ odur ki, Ordumuzun gücünü və qərarlılığını təmin edən ali siyasi iradə var və bu iradə xalq tərəfindən dəstəklənir. Başqa sözlə, Azərbaycanda olan xalq-iqtidar birliyi, əslində, milli gücümüzün əsasını təşkil etməklə düşmənə qarşı mübarizədə də xalqımızı güclü edir. Təxribatın niyə məhz indi və təmas xəttində deyil, sərhəd zonasında olması məsələsinə gəldikdə isə, bunun bir neçə strateji və taktiki aspektləri var. Bu səbəblərə keçmədən öncə deyim ki, işğalçı Ermənistan bu təxribatla əldə etmək istədiyi hədəflərin heç birinə çata bilmədi.

Ancaq düşünürəm ki, strateji və taktiki hədəflər sadəcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə məhdudlaşmadığı üçün bu məsələnin üstündə bir qədər ətraflı dayanmaq lazımdır. Hadisəni ilk növbədə dünyada yaranan yeni hərbi-siyasi nizam kontekstində qiymətləndirməyə çalışsaq, qarşımıza çıxan reallıq ondan ibarətdir ki, Azərbaycan yeni dünya nizamında güclü milli aktor olmaq üçün özünə xeyli məqbul şərtlər təmin edə bilib. Bu ölkəmizi cəlb edildiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli məsələsində də növbəti mərhələni əvvəlkindən daha perspektivli edir. Şübhəsiz ki, bu nailiyyətlər, hər şeydən öncə, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi strateji diplomatiya və həyata keçirməyə nail olduğu qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri ilə şərtlənir. Hazırkı mərhələdə isə geniş mənada regionumuz hesab edə biləcəyimiz Yaxın Şərq, Şimali Afrika və Qafqaz regionunda yeni geostrateji balans formalaşmaqdadır və bu tarazılıqda Azərbaycan özünə xeyli dərəcədə əhəmiyyətli mövqe təmin edə bilib. Nəzərə alsaq ki, Şimali Afrika və Yaxın Şərqin dominant aktorlarından ikisi həm də bizim regionumuzun strateji aktorlarıdır, o zaman nədən söhbət getdiyini daha yaxşı anlaya bilərik.

Məsələ ondadır ki, bütün bunlar Ermənistan baş nazirinin başı total diktatura rejimi qurmağa və ölkəsində faşizmi təbliğ etməyə qarışanda olub. Yəni son 3 ildə regionumuzda yeni strateji balans formalaşmaqdadır və bu prosesdə Azərbaycan bütün mövqelər üzrə ciddi uğurlar əldə etməkdədir. Hətta siyasi tariximizdə ilk dəfədir ki, Azərbaycan, eyni zamanda iki beynəlxalq təşkilata rəhbərlik edir, dünyanın siyasi gündəmini təyin edən təşəbbüslərlə çıxış edir, dəstək qazanır və s. Ermənistan isə birdən dərk etməyə başladı ki, belə mühüm tarixi mərhələdə nəinki özünə mövqe qazana bilib, əksinə ənənəvi tarixi müttəfiqlərinin də dəstəyini ya itirib, ya da itirməkdədir. Ona görə də, bir növ, geostrateji hadisələrin arxasınca qaçmağa başlayıb. Elə 12 iyul tarixində əvvəlcədən planlaşdıraraq törətdiyi təxribat da heç olmasa, öz ənənəvi müttəfiqlərinin gözündə özünü strateji ortaq kimi yenidən təsdiq etməyə yönəlib. Ancaq bu prosesdə həm də Qərbdən almağa ümid etdiyi dəstəyi itirib. Ona görə də hərbi təxribatdan dərhal sonra siyasi-diplomatik təxribata əl atdı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək istədi. İkinci məsələ isə işğalçı ölkədə həddindən artıq sosial və iqtisadi problemlərin olması və üstəlik, COVID-19 pandemiyasına qarşı mübarizə apara bilməməsidir. Buna görə də Paşinyana qarşı öz ölkəsində kütləvi ictimai nifrət var və o hesab etdi ki, bu nifrəti Azərbaycana qarşı yönəltməklə diktaturasının ömrünü uzada bilər. Ancaq Azərbaycan Ordusu və diplomatiyası hər iki seqment üzrə onun siyasətini iflasa uğratdı.

Paşinyan nə çox arzu etdiyi KTMT-nin dəstəyini əldə edib onu münaqişəyə cəlb edə bildi, nə də sərhədimizdə törətdiyi hərbi təxribatı daxili siyasətdə uğur kimi təqdim edə biləcəyi bir nəticə əldə edə bildi. Nəticədə daxili siyasi dayaqlarını və xarici dəstəyi bir daha itirmiş oldu. Bu isə ondan xəbər verir ki, Ermənistanda hakimiyyətə kim gəlirsə-gəlsin, işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmayana qədər heç bir sosial, ya da iqtisadi uğur əldə edə bilməyəcək. Çünki regionda bütün iqtisadi, enerji və nəqliyyat kommunikasiyaları Azərbaycanın nəzarəti altındadır və bu mövqe getdikcə beynəlxalq dəstəklə daha da güclənir.

- Ermənistanın bəhs olunan təxribatından sonra paytaxt Bakıda və digər şəhərlərimizdə mitinqlər oldu. Bu hadisə kontekstində ölkəmizdəki ictimai-siyasi prosesləri necə qiymətləndirirsiniz?

- Hər şeydən öncə qeyd etmək lazımdır ki, bu möhtəşəm mitinq Azərbaycan xalqının öz Prezidentinə, Ali Baş Komandanına, öz Milli Ordusuna dəstək mitinqi idi, milli və ictimai-siyasi həmrəyliyimizin nümayiş olunması baxımdan olduqca əhəmiyyətli idi. Bu, eyni zamanda, Azərbaycan xalqının öz dövləti, siyasi hakimiyyəti və ordusu ilə birlikdə işğalçı Ermənistana cavab mitinqi idi. Ancaq biz bu mitinqi daxili sosial-siyasi struktural keyfiyyət baxımından qiymətləndirən zaman, ən azı, zahiri həmrəylik qədər daxili komponentlər baxımından da nə dərəcədə mühüm olduğunu görə bilərik. Bu mintinqlə bağlı bəzən deyirlər ki, “lider yox idi”, yaxud “təşkilatçı yox idi”. Bu, tamamilə yanlışdır. Bu mitinqin təşkilatçısı Azərbaycan xalqı, lideri isə Ali Baş Komandanımız idi. Çünki xalq Ali baş Komandan, Prezident İlham Əliyevə müraciətən, onu dəstəkləmək məqsədilə meydanlara çıxmışdı.

Sırf daxili sosial-struktural kontekstdə ikinci mühüm keyfiyyət dəyişikliyi isə o idi ki, bu vaxta qədər radikal müxalifət kimi təsnifatlandırdığımz müxaliflər bu siyasi prosesi istismar etmək niyyətinə düşmədilər və bunu etmədilər. Bu da özlüyündə yaxşı hal idi və düşünürəm ki, ölkəmizdə həyata keçirilən islahatların gətirdiyi konstruktiv siyasi dialoq əhval-ruhiyyəsi ilə bağlıdır. Üçüncü ən əsas məsələ isə o idi ki, bu mitinq həm də ermənilərin ideoloqlarına və onların işğalçılıq siyasətini dəstəkləyən hegemon güclərə, islamofob mərkəzlərə xalqımızın layiqli cavabı idi. Sonuncu mənəvi-siyasi komponent onunla əlamətdardır ki, işğalçı Ermənistan və onu dəstəkləyənlər hesab edirdilər ki, müəyyən müddət keçdikdən sonra Azərbaycan xalqının milli, vətənpərvərlik hissləri getdikcə korşalacaq və bundan əvvəlki tarixi hadisələrdə olduğu kimi, yalançı xalq diplomatiyası və qarşılıqlı “etimad mühiti” yaratmaqla status kvonu legitimləşdirəcəklər. Bax, Azərbaycan xalqı dünənki mitinqlə düşmənin bu ümidlərini əlindən aldı və bir daha sübut etdi ki, öz Prezidentinin qətiyyətini necə dəstəkləyir və xalq-iqtidar birliyi, nəticə etibarilə, torpaqlarımızın azad edilməsinə gətirib çıxaracaq.

- Mitinqin sonunda baş verən təxribat cəhdləri haqqında nə deyə bilərsiniz?

- Bu, Azərbaycan xalqının nümayiş etdirdiyi yüksək vətənpərvərlik, ümummilli həmrəylik fonunda olduqca sönük göründü. Eyni zamanda, ötən əsrin 90-cı illərindən bəri müsbət mənada qət etdiyimiz məsafənin, milli yetkinliyin fərqini ortaya qoydu ki, bu da mühüm hadisə idi. Artıq xalqımız yaxşı bilir ki, müxtəlif xarici qüvvələrin görünən və görünməyən təhriki ilə milli maraqlarımıza qarşı hərəkət etmək ümumi mənafelərimizə sarsıdıcı zərbə vura bilir. Dünənki hadisədə qanun pozuntusuna yol verənlərin çox kiçik bir qismi bunu nə məqsədlə etdiyini bilirdi. Qalanı isə ümumi axında onlara sadəcə qoşulanlar idi. Ona görə də təxribatın miqyası da kiçik oldu. Bu, bir daha ictimai-siyasi savadlılığımızın göstəricisidir. Ancaq nə olursa-olsun hüquq mühafizə orqanlarımız anarxist hərəkət edərək ümummilli həmrəyliyimizi nümayiş etdirən, şəhidlərimizin ruhuna hörməti ifadə edən mitinqə kölgə salan şəxsləri layiqincə cəzalandırmalı, ictimaiyyətimiz isə onların bu hərəkətini qətiyyətlə qınamalıdır. Bir məsələni də unutmaq olmaz ki, hazırda biz həm də koronavirus pandemiyası ilə “müharibə” vəziyyətindəyik. Bu “müharibə”də də vətəndaşlarımız öz həyatlarını itirir. Belə olduğu təqdirdə, biz sağlam olmalı, sağlam nəsil yetişdirməliyik ki, erməni işğalçılarına qarşı mübarizə apara bilək. Bizə yaraşan hansısa virusa yaxalanaraq ölmək deyil, bizə yaraşan torpaqlarımızı işğal edən düşməni müqəddəs torpaqlarımızdan çıxarmaq və bu yolda lazım gələndə şəhidlik zirvəsinə ucala bilməkdir! Ona görə də indiki vəziyyətdə heç bir halda yenidən kütləvi mitinqlərin təkrarlanmasına yol vermək olmaz və bunun üçün müvafiq qurumlarımız mütləq önləyici tədbirlər görməlidirlər.

Yekun olaraq qeyd etmək istəyirəm ki, 12 iyulda baş verən erməni təxribatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin ətrafında yeni situasiya yaratdı və yeni vəziyyət bizim lehimizə olmaqla problemin tezliklə həllini aktual edir. Elə daxili ictimai-siyasi münasibətlər baxımından da bu təxribat Ermənistanda dağıdıcı, Azərbaycanda isə birləşdirici faktora çevrildi.

Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar
Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar
Narkotik təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb (FOTO/VİDEO)
Narkotik təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb (FOTO/VİDEO)
Həbsdə olan jurnalistin səhhəti pisləşib
Həbsdə olan jurnalistin səhhəti pisləşib
Loading Bars
Xəbər lenti
“Azərkosmos”un xidmət ixracından gəliri 40 milyon dollara yaxınlaşıb
Fransanın Azərbaycandakı səfiri helikopter qəzası ilə bağlı başsağlığı verib
Azərbaycan qaz ixracını 34 faiz artırıb
Britaniya səfiri helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Bu il dünya ticarəti 23 faiz artacaq - BMT
Gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin mütəxəssisləri üçün imtahan keçirilib (FOTO)
Fidan Hüseynova İnformatika üzrə beynəlxalq olimpiadada gümüş qazandı
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
Helikopter qəzasına səbəb kimi hər hansısa kənar təsirdən söhbət gedə bilməz - Elçin Quliyev
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva helikopter qəzasında həlak olanların dəfni ilə bağlı müvafiq tapşırıqlar verib
Helikopter "Qaraheybət" təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb - Elçin Quliyev
Helikopter qəzasında həlak olanlara şəhid statusu veriləcək - DSX rəisi
İran XİN helikopter qəzası ilə bağlı ölkəmizə başsağlığı verib
Əlahiddə Ümumqoşun Orduda döyüş atışlı taktiki təlimlər keçirilib (FOTO/VİDEO)
Helikopter qəzası ilə bağlı yaradılan istintaq qrupu Sənan Paşayevin icraatına verilib
Mətbuat Şurası Tofiq Yusifin vəfatı ilə bağlı nekroloq yayıb
Milli Məclisdə narkomaniya ilə mübarizəyə dair dinləmə keçirilib (FOTO)
Helikopter qəzası ilə bağlı şahidlər dindirilir - Baş Prokurorluq
Türk Dövlətləri Təşkilatı Azərbaycana başsağlığı verib
Qəzaya uğrayan hərbi helikopterin qara qutusu tapılıb
İsrail səfiri Azərbaycana başsağlığı verib
Əlaqələndirmə Qərargahının ötən bir illik fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib (FOTO)
Helikopterin qəzaya uğramasında hər hansı kənar müdaxilənin olması istisna edilir - Baş Prokurorluq
600 min manatı Şamxal Həsənliyə vermişəm - Vüqar Səfərlinin məhkəməsindən
Hulusi Akar Zakir Həsənov və Elçin Quliyevə başsağlığı verib
Daha 4 müəssisədə pozuntular aşkarlanıb
Binəli Yıldırım helikopter qəzası ilə bağlı başsağlığı verib
Dekabrın 1-nə USD/AZN rəsmi məzənnəsi
Bakıda mülki geyimli polislər maskadan istifadə etməyənlərə qarşı reydlər keçirib (VİDEO)
Prokuror Zakir Sultanova 12 il cəza istədi
“Xalq cəbhəsi” qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib (FOTO)
Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır - Hərbi ekspert
Əziz Sancar Diasporla İş üzrə Dövlət Komitəsində olub (FOTO)
Vahid əlaqələndirmə mərkəzlərinə 4 mindən çox müraciət olub
Bəzi avtobusların hərəkət sxemlərində dəyişiklik edildi
Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Lənkəranda “EU4Lankaran” proqramının rəsmi açılış mərasimi olub
Hərbi helikopterin qəzaya uğradığı yerdən görüntülər (FOTO/VİDEO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 678 nəfər COVID-19-a yoluxub, 23 nəfər ölüb
Azərbaycan dili fənni üzrə sınaq imtahanı keçiriləcək
İran hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
DSX-nin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Helikopter qəzasında 14 nəfər həlak olub - ADLAR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib
İşğaldan azad edilmiş ərazilərdə Pakistan şirkətlərinin iştirakı barədə müzakirə aparılıb (FOTO)
Paşa Bankın onlayn biznes krediti zirvədədir!
Mövlud Çavuşoğlu helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Rusiya və İtaliya Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
"Azernews” qəzətinin növbəti sayında Soçi görüşünün yekunlarına həsr edilən analitik məqalə yayımlanıb
Türkiyədə bir dolların qiyməti 13 lirəni keçdi
AzMİU-da “Dizaynın müasir problemləri” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransı keçirilib (FOTO)
İranda ötən sutkada 119 nəfər koronavirusdan ölüb
Malların rüsumsuz gətirilməsi limiti azaldılır? - DGK-dən AÇIQLAMA
Türkiyə və Rusiyadakı soyuq hava siklonları Azərbaycana təsir edəcək? - AÇIQLAMA
Avropada təbii qaz qiymətləri 7 faiz bahalaşıb
30 tona yaxın yararsız məhsul məhv edilib
"JP Morgan" ilin sonuna qədər Azərbaycanda neft hasilatı üzrə proqnozları açıqlayıb
Bank kartlarından pul mənimsəyən şəxslər saxlanılıblar
İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq seminarda iştirak edib (FOTO)
Üç qurum koronavirusun yeni “Omicron” variantı ilə bağlı vətəndaşlara müraciət etdi
Orta Asiya gəncləri üçün sahibkarlıq üzrə vebinar konfrans keçirilib (FOTO)
Magistraturaya hazırlaşan bakalavrlar üçün sınaq imtahanı keçiriləcək
Satdığı şirniyyatdan qurd çıxan market rəhbərliyi məsuliyyətə cəlb olunub
Mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olan zaman baş verib
Türkiyə Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib
Mobil bankinq təhlükələri, kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir
Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq - Səttar Möhbalıyev
AccessBank-da iş var
Petkim Külək Elektrik Stansiyasının istehsal hədəfləri açıqlanıb
Ağdam Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb
Azərbaycan və Türkiyə Qarabağda 128 kvadrat kilometr minalanmış ərazini birgə təmizləyib
Prezident İlham Əliyev Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib (YENİLƏNİB)
Xəzər dənizində zəlzələ olub
Narkotik təsiri altında avtobus idarə edən 3 sürücü saxlanılıb (FOTO/VİDEO)
İki rayon və 65 kəndə qazın verilişi müvəqqəti dayandırılacaq
Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb
Həbsdə olan jurnalistin səhhəti pisləşib
Azərbaycan XİN İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib
“Gənclərin biznes emalatxanası” layihəsinə start verilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq
Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq - Nazir
Küçədə aşkarlanan koronavirus xəstəsi barədə araşdırma aparılır
Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir - AZAL
"SOCAR Türkiyə" investisiya planlarını açıqlayıb
Dillər Universitetinin Konfutsi İnstitutu yüksək mükafata layiq görülüb (FOTO)
Çin Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü barədə bəyanat verib
“SOCAR Türkiyə” əməliyyatların 90 faizini dollarla aparır - Baş direktor
Ötən gün ölkədə 16 yanğın olub, bir nəfər xilas edilib (VİDEO)
Ölmüş heyvan ətinin satışının qarşısı alınıb (FOTO)
“SOCAR Türkiyə”nin EBITDA üzrə gəliri açıqlanıb
Çoxmənzilli binalarda işıq sayğacları MTK hesabına quraşdırılmalıdır - Dövlət Xidməti
İnsan alverində təqsirləndirilən qadın 8 il azadlıqdan məhrum edildi
Azərbaycanda 20 mindən çox koronavirus testi istehsal olunub
MDU Erasmus+ layihəsi çərçivəsində tərəfdaşlığını davam etdirir (FOTO)
Bakıda küçədə döyülən şəxs xəstəxanada öldü
Azərbaycanda sığorta sektorunda yeniliklər planlaşdırılır
Bütün xəbərlər