Ceyhun Bayramov xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə video konfrans keçirib

Ceyhun Bayramov xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə video konfrans keçirib

Bakı. Trend:

Bu ilin 24 iyul tarixində Xarici İşlər Naziri Ceyhun Bayramov son günlərdə bir sıra xarici ölkələrdə yerli azərbaycanlı icmaların üzvlərinin, eləcə də bu ölkələrdəki diplomatik nümayəndəliklərimizin radikal ermənilərin son dərəcə aqressiv və təxribatçı əməllərinin hədəfinə çevrilməsi ilə əlaqədar, ölkəmizin ABŞ, eləcə də bir sıra Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə video konfrans formatında görüş keçirib. Görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak ediblər.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, video konfransın iştirakçıları son həftə ərzində Avropanın bir sıra paytaxtlarında, eləcə də ABŞ-da radikal erməni qüvvələri tərəfindən dinc azərbaycanlı nümayişçilərə, habelə Azərbaycanın diplomatik nümayəndəliklərinə və diplomatik xidmət əməkdaşlarına qarşı vandalizm aktlarının törədilməsi, nifrətə əsaslanan cinayət əməllərinin törədilməsi ilə bağlı yaranmış vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın bu ilin 12 iyul tarixində iki dövlətin beynəlxalq sərhədində başladığı hərbi təxribatı və Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasına xidmət edən bəyanat və fəaliyyəti məsələsinə toxunaraq, işğalçı ölkənin bütün təxribatçı cəhdlərinin qarşının alındığını və beynəlxalq ictimaiyyətin bu xüsusda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlarla çıxış etdiyini qeyd etdi. Nazir, xarici ölkələrdə erməni daşnaklarının özündə terror elementlərini ehtiva edən cinayət əməllərinin qarşısının alınması, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin və soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı aidiyyəti ölkələrin müvafiq qurumları ilə görülən işlər barəsində məlumat verdi. Dövlətimizin hər zaman olduğu kimi soydaşlarımızın yanında olduğu vurğulandı və son hadisələrdə xəsarət alan həmvətənlərimizə bütün lazımı yardımın göstərilməsi ilə bağlı diplomatik nümayəndəliklərimizə təlimat verildi. Nazir təxribatı törədənlərin müvafiq hüquqi məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğuladı.

AR Prezidentinin köməkçisi, Preident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri H.Hacıyev baş verən son hadisələrlə bağlı vəziyyətin bilavasitə AR Prezidentinin və Birinci Vitse-prezidentin nəzarəti altında olduğunu qeyd etdi. Erməni radikal qüvvələrinin vandalizmi nəticəsində xəsarət alan vətəndaşlarımıza və soydaşlarımıza müvafiq diqqətin göstərilməsinin vacibliyi, eləcə də irqçilik və nifrət zəminində cinayətlərə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab verməli olduqları bildirildi. AR Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın həmvətənlərə ünvanladığı müraciətinin qəlbində vətən sevgisi olan hər bir soydaşımız üçün çox güclü bir ismarış olduğunu vurğulayan H.Hacıyev, bu müraciətdə QHT və insan hüquqlarının müdafiəçisi qismində çıxış edən təşkilatlara edilən çağırışın aidiyyəti üzrə bütün ünvan sahiblərinə çatdırılmasının zəruri olduğunu bildirdi.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin diaspor fəallarının Ermənistanın iki dövlətin beynəlxalq sərhədində törətdiyi hərbi təxribata etiraz olaraq xarici ölkələrdə yalnız qanun çərçivəsində və dinc aksiyalarla çıxış etdiyini vurğuladı. Bu aksiyalarda çoxsaylı soydaşlarımızın Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmək və Ermənistanın işğalçı siyasəti ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi güddüyü qeyd olundu.

Daha sonra Azərbaycanın ABŞ və bəzi Avropa ölkələrindəki diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri çıxış edərək, akkreditə olunduqları ölkələrdə radikal ermənilərin zorakılıq aktları nəticəsində xəsarət alan soydaşlarımızın vəziyyəti haqqında məlumat verdilər; video-konfrans iştirakçıları diplomatik nümayəndəliklərin, vətəndaşlarımızın və soydaşlarımızın təhlükəsizliyinin möhəkmləndirilməsi tədbirləri, təqsirkarların məsuliyyətə cəlb edilməsi, hüquqi müstəvidə müvafiq addımların atılması və s. məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Nazir Ceyhun Bayramov vəziyyətin nəzarətdə saxlanılması və mütəmadi məlumat mübadiləsinin aparılması üçün bu kimi video-konfransların gələcəkdə də təşkilinin vacibliyini qeyd etdi. Diplomatik nümayəndəlik və konsulluqların rəhbərlərinə görülmüş tədbirlər və əldə olumuş nəticələr barədə Mərkəzi mütəmadi məlumatlandırmaq tapşırıldı.

Bakıda çoxmərtəbəli binada yanğın olub, ölən var
Bakıda çoxmərtəbəli binada yanğın olub, ölən var
Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR
Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR
Bakıda şantaj yolu ilə qızı intihara vadar edən oğlan həbs edildi
Bakıda şantaj yolu ilə qızı intihara vadar edən oğlan həbs edildi
Loading Bars
Xəbər lenti
İqlim dəyişikliyi ilə mübarizə üçün 10 trilyon dollara qədər vəsait tələb olunacaq - Kristalina Georgiyeva
Fransa və Qətər Əfqanıstana 40 tona yaxın humanitar yardım çatdırıb
BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatın bərpası tempinə təsirini qiymətləndirib
İsveçrə və Belçika koronavursla bağlı məhdudiyyətlərini sərtləşdirəcək
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma pomidor idxalına icazə verəcək
BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb
"Honda" şirkəti 790 minə yaxın avtomobili geri çağırır
ABŞ dövlət katibi Bayden ilə Putinin "ən yaxın gələcəkdə" danışacağını açıqlayıb
Ən məhsuldar smartfonun adı məlum olub
Koronavirusun "omikron" ştammı 38 ölkədə aşkar edilib - ÜST
Türkiyə prezidenti Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırılıb
Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib (FOTO)
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda çoxmərtəbəli binada yanğın olub, ölən var
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)
Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə”lər seçilib (FOTO)
MDU-da “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş olub
UNEC İqtisadi Forumunun sonuncu paneli: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya (FOTO)
Ombudsman nümayəndəsi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçiriləcək
Ərdoğan və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Tikinti-Təchizat Birliyi MMC-nin saxlanılması xərcləri müəyyənləşib
Dayanıqlı maliyyəni təmin etmək üçün alternativ maliyyə mənbələri vacibdir - Orxan Məmmədov
Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR
Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb (FOTO)
Ombudsman İtaliyada bir sıra rəsmi görüşlər keçirib (FOTO)
Bakıda şantaj yolu ilə qızı intihara vadar edən oğlan həbs edildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 703 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub (FOTO/VİDEO)
Sahil Babayev Qəbələdə şəhid ailəsi və qazilər üçün yaradılmış müəssisə və təsərrüfatlara baxış keçirib (FOTO)
Xaçmazda Vətən müharibəsi qazisi ziyarət olunub (FOTO)
Postmünaqişə dövrünün reallıqları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Roma papasının Aİ-dəki nümayəndəsi koronavirusdan ölüb
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regionda baş verən son prosesləri müzakirə edib
Dekabrın 6-na USD/AZN rəsmi məzənnəsi
Livanın informasiya naziri istefa verib
İsmayıllıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb
Muğanbankda struktur dəyişikliyi
Bu günə qədər "YAŞAT" Fonduna daxil olan vəsait açıqlandı
Azad edilən ərazilərdəki faciələrin 53 faizi qanunsuz səfərlərlə bağlıdır - DİN
“AzerGold” barəsində yayılan neqativ xəbərlərlə bağlı açıqlama yayıb
“The Banker” ABB-ni “İlin bankı” elan etdi!
Azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması üzrə konsepsiya hazırlanıb
İllik sosial təminat xərcləri 2018-2021-ci illərdə 60% artıb - Nazir
Bakıda yanan məişət tullantıları söndürülüb
Xaricdə təhsil almış daha 67 nəfərin diplomu tanınmayıb
Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb (FOTO)
Evi tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bir neçə bərpa olunan enerji növü var - Təbriz Əmmayev
FHN mina axtarışında ilk dəfə itlərdən istifadə edib
Gömrük postunda 137 kiloqramdan artıq heroin aşkarlanıb
Siyəzəndə COVİD-19 xəstəsi sükan arxasında saxlanıldı
UNEC İqtisadi Forumu: Postpandemiya dövründə biznes transformasiyası (FOTO)
Yelo Bank LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verdi (FOTO)
Ceyhun Bayramov ukraynalı həmkarı ilə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
Masazırda şəhid Nicat Salahovun il mərasimi keçirilib (FOTO)
Latviyada təyyarə eniş zolağından çıxıb - Hava limanı bağlanıb
Bakıda narkotik alveri edən daha bir dəstə yaxalandı (FOTO/VİDEO)
Bakıda NATO-nun təlim kursu keçirilib
Qubada əl qumbaraları tapılıb
Gələn ildən kənd təsərrüfatı üzrə verilən bütün aktivlər sığortalanacaq - Nazir
Cənubi Qafqazda vəziyyət həssas qalmaqdadır - Ann Linde
Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə görüşüb
Bakının mərkəzində yanğın olub
Şəmkirdə xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)
Pensiya ilə yanaşı, müavinətlər də artacaq - Sahil Babayev
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurda heyvan xəstəliklərindən azad zona yaradılır
Türkiyə-Azərbaycan birgə universiteti yaradılacaq
İqlim təhlükəsizliyi ilə bağlı regional əməkdaşlıq platforması yaradıla bilər
17 nəfərə qarşı dələduzluq edən vəkilin şikayəti təmin edilmədi
Kəlbəcərin qızıl ehtiyatları ilə bağlı geoloji-axtarış işlərinə başlanılıb - Nazir
Qarabağın inkişaf strategiyası hazırlanır - Rəhman Hacıyev
Qarabağda kənd təsərrüfatının inkişafı üzrə işlərin miqyası 2022-ci ildə genişləndiriləcək - Nazir
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi (FOTO)
Yasamalda avtomobildən 10 min manatdan artıq pul oğurlanıb (FOTO/VİDEO)
Hərbi qulluqçumuz ona hücum edən erməni əsilli təxribatçını zərərsizləşdirib - MN
Amnistiya aktının icrasında prokurorluq orqanlarının da üzərinə məsuliyyətli iş düşür - Heydər Yusifzadə
Türkiyənin “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirilib (FOTO)
Avstraliya Ermənistan və Azərbaycanı sərhədin delimitasiyası və demarkasiyası məsələsini həll etməyə çağırır
OPEC-in qərarı neftin ucuzlaşması riskini yüksəldir
Bakıda daha bir küçə təmir edilib (FOTO/VİDEO)
Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər (FOTO)
Mövsümi xəstəliklər artıb: koronavirusla qripi necə ayırd edək?
Füzuli və Ağdamda su hövzələri minalardan təmizlənir - Polkovnik (VİDEO)
Mixail Qusman “Rusiya mədəniyyətinə töhfəsinə görə” döş nişanı ilə təltif edilib (FOTO)
“Sumqayıt Tikinti Xidmət” ASC özəlləşdirilir
16 saylı cəzaçəkmə müəssisəsindən 14 məhkum azadlığa buraxılıb (FOTO)
FHN minalarla bağlı vətəndaşlara çağırış edib (FOTO/VİDEO)
Türkiyədə inflyasiya son üç ildə ən yüksək səviyyəyə çatıb
Bakıda məktəb direktoru iki həftəlik karantinə cəlb edildi
Amnistiya aktı çərçivəsində 260 nəfər cərimədən azad edilib
İrandan Azərbaycana narkotik gətirən şəxsə hökm oxundu
ADU Konfutsi İnstitutunun təqdimatı keçirilib (FOTO)
“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Amnistiya aktı çərçivəsində 17 saylı cəzaçəkmə müəssisəsindən 122 məhkum azadlığa buraxılıb (FOTO)
2022-ci ilin büdcəsində dəyişiklik edilib
Bütün xəbərlər