Bakı. Trend:
İclası Milli Məclisin spikeri Sahibə Qafarova açıq elan edib.
Trend-in məlumatına görə, iclasın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
X X X
11.00
Milli Məclisin növbədənkənar iclası keçirilir.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib.
İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihələri müzakirə ediləcək.