...

Arzu Nağıyev: ATƏT-in MİNSK qrupu verdiyi qərarlara hörmət etməlidir (VİDEO)

Siyasət Materials 13 Avqust 2020 20:57 (UTC +04:00)
Arzu Nağıyev: ATƏT-in MİNSK qrupu verdiyi qərarlara hörmət etməlidir (VİDEO)

Bakı. Trend:

Prezidenti İlham Əliyev Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının son vaxtlar intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidenti Vladimir Putinin diqqətinə çatdırıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev "REAL" TV-yə açıqlamasında deyib. Onun sözlərinə görə, Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək, bu günə qədər Rusiyadan Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğu bildirilib. Və elə telefon zənginin əsas məqsədi də bu məsələnin aydınlaşdırılması olub.

Millət vəkili Arzu Nağəyev ATƏT-in Minsk qrupunun həmsərdlərinin də öz işinə laqeyd yanaşdığını vurğulayıb və onun tərkibinin dəyişdirməsinin vacib olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti