...

Ermənistan Türkiyəni Rusiya ilə üz-üzə qoymağa çalışır - “Hədəf”də MÜZAKİRƏ

Siyasət Materials 3 Sentyabr 2020 17:25 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycana Suriya döyüşçülərinin gətirilməsi və onların Ermənistana qarşı “ildırım sürətli müharibə”yə hazırlaşdığı barədə yayılan məlumat cəfəngiyyatdır.

Trend-in məlumatına görə, bu barədə AzTV-nin “Hədəf” verilişində aparılan müzakirələr zamanı bildirilib. Verilişin qonaqları olan deputat Məzahir Əliyev və Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın məşhur “Nezavisimaya qazeta” nəşrində Azərbaycanla bağlı yayılmış dezinformasiya ətrafında müzakirə aparıblar.

Bu kimi yazıların niyə məhz Rusiya mətbuatında dərc olunduğu sualına da cavab verilib.

“İlk dəfə deyil ki Rusiya nəşrlərində Azərbaycanla bağlı dezinformasiya yayılır. Bu dəfəki yazıda da nəşr heç bir fakta, heç bir etibarlı mənbəyə əsaslanmayan məlumat dərc edib. Niyə Rusiya nəşrlərində belə yazılar dərc olunur? Çünki bu kampaniyanın arxasında kimin durduğu və nəyə xidmət etdiyi bəllidir. Azərbaycana qarşı aparılan çirkin kampaniyanın arxasında xaricdəki ermənilər və onların maraqlarını müdafiə edən qruplar, bilavasitə təcavüzkar Ermənistan dayanır”.

Verilişdə o da bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün kənar qüvvələrə ehtiyacı yoxdur.

Bundan başqa, Ermənistan rəhbərliyinin danışıqlar prosesi konkret həll müstəvisinə yönəldikdə hər dəfə təxribatlara əl atdığı vurğulanıb.

Deputat Məzahir Əliyev Azərbaycanın imitasiya xarakterli danışıqlar aparmaq niyyətində olmadığına diqqət çəkib və Rusiyanın bu məsələdə obyektib mövqe nümayiş etdirməli olduğunu deyib: “Ermənistan Türkiyə faktorundan, onların bizə etdiyi qardaşlıqdan sui-istifadə edib qardaş ölkəni Rusiya ilə üz-üzə qoymaq istəyir. Rusiya birmənalı başa düşməlidir ki, bu məsələdə obyektiv olmalıdır.

Bundan başqa, Ermənistan Azərbaycana qarşı şərt irəli sürür. Şərtlərdə ən xoşagəlməz məqam odur ki, onlar Ermənilər Azərbaycanı ermənifobiyada ittiham edir. Ermənistan hakimiyyətinin rəhbərləri o qədər həyasızlaşıblar ki, Azərbaycanda onların əleyhinə heç kimin söz deməməsini istəyirlər”.

“Hədəf” proqramını bütöv şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=FSxVJAgBvHI&feature=youtu.be

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti