...

Deputat: Prezidentin Yunanıstan səfiri ilə görüşdə sərgilədiyi mövqe Türkiyə-Azərbaycan dostluq və qardaşlığının daha bir nümunəsi idi

Siyasət Materials 4 Sentyabr 2020 10:21 (UTC +04:00)
Deputat: Prezidentin Yunanıstan səfiri ilə görüşdə sərgilədiyi mövqe Türkiyə-Azərbaycan dostluq və qardaşlığın daha bir nümunəsi idi
Deputat: Prezidentin Yunanıstan səfiri ilə görüşdə sərgilədiyi mövqe Türkiyə-Azərbaycan dostluq və qardaşlığının daha bir nümunəsi idi

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Türkiyə dost və qardaş ölkələrdir, hər zaman bir-birilərinin mövqeyini dəstəkləyiblər. Türkiyə hər zaman qəti şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da hər zaman qətiyyətlə Türkiyənin yanında olduğunu göstərib.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın və Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edərkən bir daha Azərbaycanın mövqeyini açıq şəkildə Yunanıstan səfirinin diqqətinə çatdırdı:

“Cənab Prezident bəyan etdi ki, Azərbaycan Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləyir. Əlbəttə ki, bu mövqe Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlığın daha bir nümunəsi idi. Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına da sərt cavab verərək onu məyus etmişdi.

Bildiyiniz kimi Azərbaycanın bu qəti mövqeyi Türkiyə rəsmiləri və ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edərək qeyd edib: "Çox təşəkkürlər, cənab Prezident! Can Azərbaycanın dəstəyindən heç şübhə etmədik. Türkiyə də tərəddüdsüz hər zaman Azərbaycanın yanında olacaq. Tək millət, iki dövlət!".

Deputat həmçinin bildirib ki, dövlət başçımız qəbul zamanı Yunanıstan və Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı da qətiyyətli mövqeyini nümayiş etdirdi. Əlbəttə ki, bu gün Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq Azərbaycanda ciddi narahatlıq doğurur. Ermənistan 30 ilə yaxın müddətdir ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayır. İşğal faktı beynəlxalq təşkilatlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan sənədlərdə öz əksini tapır və Ermənistan işğalçı ölkə olaraq qəbul edilir. Belə bir vəziyyətdə Yunanıstanın Ermənistanla hərbi əməkdaşlığı işğalçıya və işğala verilən dəstək kimi qiymətləndirilməlidir və bu məsələ Azərbaycanı ciddi narahat etməyə bilməz.

Cənab Prezident hər iki məsələ ilə bağlı ölkəmizin mövqeyini açıq şəkildə səfirin diqqətinə çatdırdı. Ümid edirik ki, Yunanıstan tərəfi ölkəmizin haqlı mövqeyini nəzərə alaraq işğalçı Ermənistanla hərbi əməkdaşlıq etməkdən çəkinəcək. Bu əməkdaşlıq heç bir halda Yunanıstan tərəfinə hər hansı bir fayda gətirməyəcək, çünki bu gün Ermənistanda bütün sahələrdə olduğu kimi hərbi sahədə də tənəzzül, özbaşınalıq hökm sürür və belə olan halda Ermənistanla əməkdaşlıqdan hansı fayda gözləmək olar, özü tənəzzülə uğrayan dövlət başqasına nə verə bilər? Hesab edirəm ki, Yunanıstan tərəfi bu sual ətrafında düşünüb, Ermənistanla hərbi ənəkdaşlıq məsələsinə yenidən baxsa, daha çox fayda əldə etmiş olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti